Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini.
Comərd Əliyev | |
---|---|
Comərd Rasim oğlu Əliyev | |
Vəzifədədir | |
2010-cu ildən indiyə kimi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | Moskva Memarlıq İnstitutu |
|
|
Təltifləri |
1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir.
1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir.
1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur.
1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir
Ailəlidir, 2 övladı var.