Con Ernest Vilyamson

Con Ernest Vilyamson (ing. John Ernest Williamson) - Dünyada ilk dəfə sualtı filmi çəkmiş şəxs. Sualtı fotoşəkilləri çəkmək üçün fotosferi icad etmişdir.[1] Vilyamson sualtı qayıqdan ilk foto çəkmiş şəxs kimi də tarixə düşüb.[2]

Con Ernest Vilyamson
ing. John Ernest Williamson
Con Ernest Vilyamsonun 1920-ci ilin dekabr ayında çəkilmiş fotosu.
Con Ernest Vilyamsonun 1920-ci ilin dekabr ayında çəkilmiş fotosu.
Doğum tarixi
Doğum yeri Liverpul, Birləşmiş Krallıq
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Nassau, Baham adaları
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Ernest Vilyamson 1881-ci ilin 8 dekabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində anadan olub.[3] Atası Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Norfolk şəhərindən olan dəniz kapitanı Çarlz Vilyamson dövrünün tanınmış dənizçilərindən biri olmuşdur.[4] Atası Çarlz konsentrik dəmir halqalardan hazırlanmış və akkordeon kimi uzanan dərin dəniz borusu icad etmişdi. Boru sualtı təmir və gəmilərin xilas edilməsi üçün istifadə edilmişdir.

1912-ci ildə Vilyamson müxbir kimi işləyərkən Norfolk Limanında sualtı fotoşəkillər çəkmək üçün bu cihazdan istifadə etmişdir.[2] Daha sonra o, məşhur fransız yazıçısı Jül Vernin şərəfinə adlandırdığı fotosfer cihazısını ixtira edərək onunla Baham adalarında sualtı kinofilmlər çəkməyə başlamışdır.[1][5]

Vilyamson Sualtı Film Korporasiyası adlı film şirkəti yaratmışdır.[6] 1914-cü ildə onun ilk sualtı kinofilm olan və köpəkbalıqlarından bəhs edən Otuz min lye su altında filmi təqdim olunub. Film öz adını Jül Vernin 1870-ci ildə tamamladığı macəra romanı İyirmi min lye su altından götürüb.[5] Con Ernest Vilyamsonun rəhbəri olduğu Sualtı Film Korporasiyası dünyada yaradılmış ilk qurulan ilk kinostudiyalardan biri olan Tanhauzer Film Korporasiyası ilə əməkdaşlıq edərək sualtı filmlər mövzusunda müxtəlif filmlər çəkməyə davam etmişdir.[5]

  1. 1 2 "With Williamson Beneath the Sea". UCLA. 2002-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-22. John Ernest Williamson (1881-1966) was active in motion pictures for nearly fifty years. (#redundant_parameters); (#redundant_parameters)
  2. 1 2 McKay, Herbert C. Motion picture photography. New York City: Falk publishing co., inc. 1927. 310–316. OL 6721834M.
  3. "International Scuba Diving Hall of Fame". 24 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 March 2010. (#redundant_parameters); (#redundant_parameters)
  4. American Museum of Natural History Arxiv surəti 23 noyabr 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-11-23 at the Wayback Machine
  5. 1 2 3 Taves, Brian. "A Pioneer Under the Sea Library Restores Rare Film Footage". Information Bulletin, September 16, 1996. Library of Congress. 17 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. Bowers, Q. David. "Terrors of the Deep". Thanhouser Films: An Encyclopedia and History. 18 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)