Con Malboro Çörçill

Con Marlboro Çörçill (26 may (5 iyun) 1650[1]16 (27) iyun 1722[1][2]) — İngilis sərkərdəsi, generalissimus.

Con Malboro Çörçill
ing. John Churchill, 1st duke of Marlborough
Şəxsi məlumatlar
Doğum tarixi 26 may (5 iyun) 1650[1]
Vəfat tarixi 16 (27) iyun 1722[1][2] (72 yaşında)
Vəfat səbəbi serebrovaskulyar xəstəlik[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Britaniya Ordusu[d], İngiltərə Silahlı Qüvvələri
Rütbəsi general, generalisimus
Döyüşlər
Təltifləri Bant ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Marlboro Çörçill Avropanın böyük sərkərdələr dövründə yaşamış, onların bəziləri ilə müttəfiq, bəziləri ilə rəqib olmuşdur. O, çox qədim ingilis zadəgan nəslində doğulmuş və ilk hərb məktəbini Avropanı bürümüş otuzillik müharibəni Niderland teatrında keçirmişdi. Elə burada da özünün ilkin qabiliyyəti ilə diqqəti cəlb etmişdi. O zaman Ingiltərə Fransa ilə müttəfiq idilər və onlar əlbir Avstriya imperiyasına qarşı hərbi əməliyyatlar aparırdılar. Gənc Çörçillin Tanjer, NeymvegenMaastrixt uğrunda döyüşlərdə göstərdiyi bacarıq və rəşadər barədə kral 14-cü Lüdovik şəxsən ingilis kralına məktub göndərmişdi. Bu, əlbəttə, nəticəsini çox tez göstərdi. O, İngiltərədən sürgün edilmiş York hersoqunu müşayiət etmək şərəfinə layiq görülmüşdü ki, bu özlüyündə böyük iltifat idi. Sürgün edilən hersoq bir müddət sonra İngiltərə kralı 1-ci Yakov kimi qayıtmalı oldu. O, Marlboronu ardıcıl baronet, ser və nəhayət lord titulları ilə təltif edib, Fransaya kral elçisi kimi göndərdi. Ona üsyan etmiş hersoq Monmutu ram etmək həvalə olundu. Marlboro tapşırığın öhdəsindən asanlıqla gəldi.

Hərb karyerası

[redaktə | mənbəni redaktə et]

İngiltərədə dini ehtiraslar qızışanda Con Çörçill Oranlı Vilhelm tərəfə keçir. Oranlı Vilhelm onu İngiltərə ordularının baş komandanı təyin edərək, hersoq Marlboro titulu ilə mükafatlandırır. Hersoq Marlboro 1690-cı ildə Valpur döyüşündəki qələbə ilə özünü tam sübuta yetirmiş olur. Daha sonra isə taxt-tac iddiasında olan irlandları dalbadal iki dəfə məğlubiyyətə uğradır. Amma az sonra o, devrimçilərin tərəfinə keçir. Çevriliş uğursuz olur və o, Tauer zindanına atılır. Az sonra kral onu əfv edir. İspan taxt-tacı uğrunda mübarizədə İngiltərənin mövqeyinin müdafiəsi Malboroya tapşırılır. Malboro Niderland və Avstriya ilə Antifransa ittifaqı bağlayır. Bir sıra alman kralları və Portuqaliya da az sonra ittifaqa qoşulur. Artıq generalissimus titulunu daşıyan hersoq Marlboro ardıcıl bir neçə qalanı tutur və bu dəfə holland rütbəsinə layiq görülür. 1704-cü ildə Malboro birləşmiş ingilis-holland qüvvələrini Flandriyada təqib etməyə başladı və qüvvələr Qoxştedt yaxınlığında üz-üzə gəldilər. Parlaq qələbə qazanan hersoq Bavariyanı ələ keçirdi. 18 iyul 1705-ci ildə Maasda 15 minlik fransız korpusunu darmadağın etdi. 1706-cı ildə mar.al Villeruanı Ramillendə əzdi. Fransızlar. Brwsseli təslim edib geri çəkildilər. Ard-arda Udenard, Brügge, Antverpen, Ostend, Menina kimi şəhərlər hersoqun əlinə keçdi.

14-cü Lüdovik Villeruanı marşal Vandomla əvəz etsə də, vəziyyət dəyişmədi. mükafat olaraq ona Belçika general-qubernatorluğu təklif olunsa da, generalissimus bundan imtina etdi. İnadkar Marşal Vandomla hersoq Malboro Dil çayının o tərəf-bu tərəfinə keçərək vaxt udmağa çalışırdılar. Nəhayət Yevgeni Savoyski ilə birləşən Malboro Udenardda həlledici döyüşə girdi. Fransızlar yenə ağır məğlubiyyətə uğradılar. Lakin fransızların qüvvəsi tükənmək bilmirdi. Onlara şahzadə Konde kimi güclü komandanlar başçılıq edirdi. Başqa bir tərəfdən isə marşal Villar hərəkətə gəldi. Rəqiblər Şeldu çayını keçib Malplyakda toqquşdular. Fransızlar bu dəfə də məğlub oldular. 12 sentyabr 1707-ci ildə Villar məğlub oldu və yaralanaraq geri çəkildi. Lakin Malboro da bu döyüşlərdə 121 min əsgərini itirmişdi. Bu hadisə İngiltərədə mənfi reaksiyaya səbəb oldu. Mühafizəkar siyasətçilər dövləti quru əməliyyatlarından çəkindirib dəniz savaşlarına girməyi razı sala bildilər. Tarix bu addımın doğruluğunu sonradan göstərdi. Hersoq Malboro bədxərclikdə ittiham olunaraq istefaya göndərildi. Lakin kral Georq bu ittihamları əsassız sayaraq onu yenidən komandan təyin etdi. Həyatı boyu bir savaşda belə məğlub olmayan generalissimus bu dəfə xəstəliyə məğlub olaraq vəfat etdi.