Con Qey

Con Qey (30 iyun 1685[1][2][…]4 dekabr 1732[1][2][…], London[3]) – ingilis şairdramaturq.

Con Qey
ing. John Gay
Doğum tarixi 30 iyun 1685(1685-06-30)[1][2][…]
Vəfat tarixi 4 dekabr 1732(1732-12-04)[1][2][…] (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, dramaturq, yazıçı, librettoçu
Əsərlərinin dili ingilis dili
Janrlar poeziya
Vikimənbənin loqosu Con Qey Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Şərab" şeiri ("Wine", 1708), "Kəndin asudə vaxtları" komik poeması ("Rural sports", 1713) ilk bədii yaradıcılıq nümunələrindəndir. Edmund Spenserin "Çobanın təqvimi" əsərinə parodiya olan "Çoban həftəsi" ("The shepherd’s week", 1714) istehzalı pastoral silsiləsi uğur qazanıb. Bu əsərin mövzusu Conatan Svift tərəfindən təlqin edilib. Ballada-operanın yeni janrında yaradılmış və parodiyanı sosial satiraya qovuşduran "Dilənçilər operası" ("The beggar’s opera", 1728) ona daha çox şöhrət gətirmişdir.

"Polli" ballada operası ("Polly", 1729) həmin əsərin davamı sayıla bilər. Bu əsərlərin motivləri əsasında Bertolt Brext "Üçqəpiklik opera"sını yaratmışdır. Conatan Sviftə nəzirə olaraq yazılan "Triviya, yaxud London küçələrində gəzişmə sənəti" ("Trivia, or The art of walking the streets of London", 1716) komik poemasının, Georq Fridrix Hendelin "Azis və Qalateya" ("Acis and Galatea", 1718) oratoriyasının librettosunun müəllifidir.

Şair daha çox təmsilləri ilə də məşhurdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 John Gay // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118716573 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.