Con Sinqer Sarcent (12 yanvar 1856, Florensiya - 14 aprel 1925, London) — VIII Edvard dövründə Böyük Britaniyanın varlılarını və ziyalarını təsvir etdiyi portretləri ilə tanınan amerikalı rəssam.
Con Sinqer Sarcent | |
---|---|
John Singer Sargent | |
| |
Doğum tarixi | |
Doğum yeri | Florensiya, İtaliya |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | London, İngiltərə, Birləşmiş Krallıq |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Milliyyəti | amerikalı |
Fəaliyyəti | rəssam, memarlıq çertyojçusu[d], memar |
Təhsili | |
Janrlar | peyzaj, portret |
Stil | sulu boya |
Tanınmış işləri |
"Madam X-in portreti" "Zəhərli qaz" "Qərənfil, zanbaq, zanbaq, qızılgül" |
Təsirlənib | Leon Bonnat, Dieqo Velaskes |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İncəsənət həyatında 900-dan çox yağlıboya əsəri, 2000-dən çox sulu boya əsəri və minlərlərlə eskiz yaratmışdır. Əsərlərinin içində Venesiya, Tirol, Korfu, Mayns, Florida kimi səyahət etdiyi şəhərlərin peyzajları da var.
Sarcentin ailəsi amerikalı idi. Buna baxmayaraq həyatının böyük bir hissəsini Avropada keçirmişdir. İncəsənət təhsilini tamamaladıqdan sonra Londonda yaşamışdır. Londonda portret çəkmək bacarığı ilə məşhurlaşmış və bu şöhrətini vəfat edənədək qorumuşdur. Rəssam həyatında bir çox mübahisə ilə qarşılaşmışdır. Məsələn, hələ karyerasının ilk illərində "Madam X-in portreti" adlı əsərini portretçi kimi məşhurlaşmaq üçün yaratmışdı. Amma bu rəsm əsəri 1884-cü ildə açılan Paris Salonunda sərgilənərkən böyük tənqidlərə məruz qalmışdır.
Sarcent ilk illərdə eskizlərə üstünlük vermişdir. Eskizlərindən imperializm üslubu görülməkdədir. Daha sonra müştərilərin sifarişinə uyğun olaraq portret çəkməyə başlamışdır. Lakin həyatının son illərində peyzaja yönəlmişdir.
Sarcent 1856-cı ildə varlı amerikalı ailəsində Florensiyada anadan olmuşdur. Uşaqlığını ailəsi ilə səyahətlərdə keçirdi. Məktəbdəki dərslərdən uğursuz olan Sarcentin ən öyrədici mənbəyi ailəsi ilə ziyarət etdiyi muzeylər idi. 1869-cu ildə Romada alman-amerikalı rəssam Karl Velşdən dərslər almışdır. 1871-ci ildə ailəsi Drezdenə köçmüşdür. Oradan Venesiyaya yerləşmişdirlər. 1874-ci ildə Parisdə fransız rəssamlar Karls Durantın emalatxanasına daxil oldu. Rəssamın ilk işlərində fırçasından cəsarətlə istifadə etdiyi sezilməkdədir.
1874-1880-ci illəri arasında Parisdə yaşamışdır. Bu zaman Avropa səyahətlərinə çıxdı. Səyahətlərin bir hissəsi dəniz səyahətləri idi. 16 avqust 2010-cu ildə Almaniya incəsənət jurnalı "Das Kunstmagazin"də Hanz Pietx yazdığı "Yay, günəş, çimərlik: Böyük ABŞ rəssamı Sarcentin dəniz mənzərələri" başlıqlı məqaləyə görə rəssam Tirol, İtaliya, Tanka, Əlcəzair, Fələstin, Misir, Fransa, İspaniya, Portuqaliya, İngiltərə, Şotlandiya və Norveçi ziyarət etmişdir. Rəssam ABŞ-lı olmasına baxmayaraq bu ölkəyə ilk dəfə 1876-cı ildə getmişdir.
Sarcent Paris Salonuna ilk dəfə 1878-ci ildə qəbul edilmişdir. 1879-cu ildə gəzintiyə çıxdığı İspaniyada rəssam Dieqo Velaskesin əsərlərindən təsirlənmişdir. Həmin il Hollandiyaya gedərək bir başqa rəssam olan Frans Halsın rəsm əsərləri ilə tanış olmuşdur.
1883-cü ildə "Edvard Darli Boitin qızları" adlı rəsm əsəri sərgilənmişdir. Bu əsərdə ispan rəssamı Dieqo Velaskesin təsiri açıq-aşkar görünür. 1884-cü ildə sərgilənməyə başlanan "Madam X-in portreti" böyük skandal yaratdı. Sarcent "Madame X-in portreti" əsərində fransız bir bankirlə evli olan amerikalı Virciniya Ameliya Aveyno Qautreaunu çəkmişdi. Rəssamın qadının çiyinlərini açıq buraxması erotik kimi qiymətləndirilmişdir. Bu cür baxış ancaq Parisdə hakim deyildi. Sarcentin bu işi Londondakı Kral İncəsənət Akademiyası tərəfindən də mənfi qarşılanmışdır. Bu münasibətə cavab olaraq Sarcent Tomas Kuper Qotç, Stanhoup Forbs, Frank Bramli və digər rəssamlarla birlikdə "Yeni İngilis İncəsənət Klubu"nu qurmuşdur.
Sarcent 1886-cı ildə Londona köçmüşdür və Çelsi qraflığında Ceyms MakNil Uayistlerin keçmiş studiyasında yaşamağa başlamışdır. Bu studiyada 1890-cı ildə "La Carmencita" və 1897-ci ildə "Henri Marquand" adlı əsərlərini tamamlamışdır. 1887-ci ildə ikinci dəfə ABŞ-yə getmişdir. Bu dəfə ABŞ-də daha çox qalıb Boston və Nyu Yorkda yeni tikilmiş kitabxanaların divarları üçün əsərlər hazırlamışdır.
1889-cu ildə Parisdə Qran Priks mükafatını qazanmış və həmin il Fransanın ən yüksək dövlət mükafatı olan Fəxri Legion ordeninə layiq görülmüşdür. 1894-cü ildə Londondakı Kral Akademiyasının üzvü olmağı təklif edilmiş və 1897-ci ildə akademiyanın tam üzvü olmuşdur.
XX əsrin əvvəllərində portret işindəki ustalığına görə Avropada ən çox portret sifarişi alan rəssam olmuşdur. Avropa və ABŞ-yə gedərək burada rəsm çəkməyə davam etmişdir və əsərləri müxtəlif qalereyalarda sərgilənmişdir. Məsələn, 1913-cü ildə İtaliyanın Qarda gölünün sahilinə səyahət etmiş və burada peyzajlar çəkmişdir. Venesiyada olarkən isə şəhərin küçələrini sulu boya ilə rəsm etmişdir. Londonlu Aşer Verteymer öz ailəsinin portretini çəkməsi üçün Sarcentə böyük sifariş vermişdir.
1918-ci ildə Birinci dünya müharibəsinin sonlarında ABŞ-dən İngiltərəyə qayıdarkən Britaniya İnformasiya Nazirliyi tərəfindən "müharibə rəssamı" təyin olunmuşdur. Bu vəzifəsi zamanı "Zəhərli qaz" kimi sulu boya əsərlər yaratmışdır. 1922-ci ildə Nyu Yorkda bir neçə rəssam ilə birlikdə Qrans Sentral İncəsənət Qalereyasını qurmuşdur.
ABŞ-dən Londona qayıtdıqdan sonra 14 aprel 1925-ci ildə ürək tutmasından vəfat etmişdir. Məzarı Brukland məzarlığındadır.
Rəssam heç vaxt evlənməmişdir. Sarcent şəxsi həyatı haqqında məlumat verməməsi ilə tanınmışdır. Hətta bəzi tarixçilər onun homoseksual olduğunu iddia edirlər. Amma bu iddianın doğru olub-olmadığı haqqında heç bir məlumat yoxdur.