Nyu-York (ing.New York; New York City) qısa adı ilə NYC — Nyu-York ştatında yerləşən Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri. Şəhərin ərazisi 778,2 km², əhalisi isə 2020-ci ilin siyahıyaalması ilə 8.804.190 nəfərdir. Nyu-York ştatının cənubunda yerləşən şəhər Nyu-York aqlomerasiya regionunun mərkəzidir, həmçinin ərazisinə görə dünyanın ən böyük aqlomerasiya regionudur.[7] 2020-ci ilin statistikasına əsasən şəhər 20 milyondan çox əhali ilə həm də dünyanın ən sıx məskunlaşılan meqapolislərindən biridir. Nyu-York dünyanın mədəni, maliyyə və media mərkəzi kimi təsvir edilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, yemək, incəsənət, dəb və idman sahələrində yer alır. Dünyanın ən çox fotoşəkil çəkilən şəhəridir.[8]Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahının yerləşdiyi Nyu-York beynəlxalq diplomatiya mərkəzlərindən biri[9][10] və qlobal investorlar üçün etibarlı sığınacaqdır.[11] Nyu-York bəzən dünyanın paytaxtı kimi təsvir edilir.
Dünyanın ən böyük limanlarından birində yerləşən və sahəsinin 36,4%-i su ilə əhatələnmiş Nyu-York şəhəri beş borodan ibarətdir. Bu beş boro — Bruklin (Kinqs dairəsi), Kuins (Kuins dairəsi), Manhetten (Nyu-York qraflığı), Bronks (Bronks dairəsi) və Staten-Aylend (Riçmond dairəsi) 1898-ci ildə vahid bir şəhərə birləşdirilmişdir.[12] Şəhər ABŞ-yə immiqrantlar üçün giriş qapısıdır. Nyu-Yorkda 800-ə qədər müxtəlif dildə danışılır ki, bu da onu dünyanın linqvistlik cəhətdən ən müxtəlif şəhəri edir.[13] Nyu-Yorkda ABŞ-dən kənarda doğulmuş 3,2 milyondan çox sakin yaşayır. Buna əsasən 2016-cı ildə şəhər dünayda ən çox əcnəbi yaşayan şəhər qəbul edilmişdir.[14][15] 2018-ci ilə qədər Nyu-York aqlomerasiya regionunun təxminən 1,8 trilyon ABŞ dollarlıq ümumi aqlomerasiya məhsulu (GMP) istehsal etidyi təxmin edilir və bu, ABŞ-də birinci yerdədir. Nyu-York aqlomerasiya regionu suveren dövlət olsaydı, dünyanın səkkizinci ən böyük iqtisadiyyatına sahib olardı. Şəhər dünyada ən çox milyarderin yaşadığı yerdir.[16]
Nyu-Yorkun izləri 1624-cü ildə Yeddi Birləşmiş Əyalət Respublikasından olan kolonistlər tərəfindən Aşağı Manhettendə qurulan ticarət məntəqəsinə qədər gedib çıxır. Məntəqə 1626-cı ildə Yeni Amsterdam (nid.Nieuw Amsterdam) olaraq adlandırılmış və 1653-cü ildə şəhər statusu almışdır. Şəhər 1664-cü ildə ingilislərin nəzarətinə keçdi və İngiltərə kralı II Karl buranı qardaşı York hersoquII Ceymsə verdikdən sonra Nyu-York adlandırıldı.[17][18] Nyu-York 1673-cü ildə hollandlar tərəfindən geri alındı və bir il üç ay müddətində Nyu-Orenc adlandırıldı; 1674-cü ilin noyabrından bəri Nyu-York olaraq adlandırılır. Şəhər 1785-ci ildən 1790-cı ilə qədər ABŞ-nin paytaxtı olub,[19] 1790-cı ildən bəri isə ABŞ-nin ən böyük şəhəri statusunu qoruyur. XXI əsrdə Nyu-York qlobal yaradıcılıq, sahibkarlıq[20] və ekoloji davamlılıq qovşağı[21][22] və azadlıq və mədəni müxtəlifliyin simvoludur.[23] Nyu-York 2019-cu ildə dünyanın 48 şəhərindən olan 30.000-dən çox insan arasında aparılan sorğu nəticəsi ilə dünyanın ən böyük şəhəri seçildi.[24]
Bir avropalının Nyu-York limanına ilk sənədləşdirilmiş səfəri 1524-cü ildə Fransa krallığında xidmətdə olan florensiyalı tədqiqatçı italyanCovanni da Verrazzano olmuşdur.[34] O, ərazininin Fransaya aid olduğunu iddia etdi və onu "Nouvelle Angoulême" (Yeni Anqoleme) adlandırdı.[35] İmperator V Karlın göstərişi ilə səfərə çıxmış Portuqaliya kapitanı Estevao Qomesin başçılıq etdiyi İspaniya ekspedisiyası 1525-ci ilin yanvarında Nyu-York limanına gəldi və "Rio de San Antonio" ("Müqəddəs Antoni çayı") adlandırdığı Hudzon çayının mənsəbinin xəritəsini tərtib etdi.[36]
Nəhayət yerli olmayan ilk rəsmi vətəndaş olan Yuan RodrigezSanto-Dominqodan şəhərə gəldi. Portuqal əsilli Rodrigez Santo-Dominqoda anadan olub, 1613–14-cü ilin qışında Manhettenə gəlib və niderlandların nümayəndəsi kimi yerli əhali ilə ticarət edib. Yuxarı ManhettendəBrodveyin 159-cu küçədən 218-ci küçəyə qədərki hissəsi onun şərəfinə "Yuan Rodrigez Vey" adlandırılıb.[39][40]
1625-ci ildə indiki Manhettenin ərazisində sonradan "Nieuw Amsterdam" (Yeni Amsterdam) adlandırılan daxili qalanın və Fort Amsterdamın tikintisinə başlandı.[41][42][43] Yeni Amsterdam koloniyası sonradan Aşağı Manhetten kimi tanınan ərazidə yerləşirdi. Koloniya Manhettenin cənub ucundan müasir Uoll-Stritə qədər uzanırdı, burada 1653-cü ildə yerli Amerikan və Britaniya basqınlarından qorunmaq üçün 12 futluq taxta şarampole tikilmişdi.[44] 1626-cı ildə holland general Peter Minuit Manhetten adasını kiçik Lenape qrupu olan "Cenarsie"dən "60 quldenə" satın aldı (2018-ci ildə təxminən 900 ABŞ dolları edir).[45][46][47] Təkzib edilmiş bir əfsanədə Manhettenin 24 dollar dəyərində şüşə muncuqlara alındığını iddia edilir.[48][49]
Satın alındıqdan sonra Yeni Amsterdam yavaş-yavaş böyüdü.[18] Köçkünləri cəlb etmək üçün Hollandiya 1628-ci ildə himayədarlıq sistemini təsis etdi, bu sistemlə Yeni Hollandiyaya 50 kolonist gətirən varlı hollandlara yerli siyasi muxtariyyət və gəlirli xəz ticarətində iştirak etmək hüququ ilə birlikdə torpaq sahələri veriləcəkdi. Bu proqram çox uğurlu olmadı.[50]
1621-ci ildən Niderland Ost-Hind Şirkəti Hollandiya Məclisi tərəfindən verilən səlahiyyət əsasında Yeni Niderlandda inhisarçı kimi fəaliyyət göstərirdi. 1639–1640-cı illərdə iqtisadi artımı gücləndirmək üçün Niderland Ost-Hind Şirkəti xəz ticarəti üzərindəki inhisarından əl çəkdi, bu da ərzaq, taxta, tütün və qulların artımına və ticarətinin artmasına səbəb oldu.[18][51]
1647-ci ildə Piter Stuyvesant Yeni Niderlandın son Baş direktoru kimi fəaliyyət göstərdi. Onun fəaliyyəti dövründə Yeni Niderlandın əhalisi 2000-dən 8000-ə qədər artdı.[52][53] O, içki satışı ilə bağlı qadağalar qoydu, Hollandiya Reformasiya Kilsəsi üzərində nəzarəti ələ keçirməyə cəhd etdi və digər dini qrupların (kvakerlər, yəhudilər və lüteranlar da daxil olmaqla) ibadət evləri yaratmasına mane oldu.[54] Niderland Ost-Hind Şirkəti nəyahət Stuyvesant və Yeni Amsterdam əhalisi arasındakı gərginliyi azaltmağa başladı.[55]
1664-cü ildə heç bir əhəmiyyətli müqavimət göstərə bilməyən Stuyvesant Yeni Amsterdamı qan tökmədən polkovnik Riçard Nikolsun başçılıq etdiyi ingilis qoşunlarına təslim etdi.[56][57] Təslim olma şərtləri ilə Hollandiya sakinlərinə müstəmləkədə qalmağa və dini azadlıqlara icazə verildi.[58] 1667-ci ildə, İkinci ingilis-holland müharibəsindən sonra Breda müqaviləsinə aparan danışıqlar zamanı hollandlar ingilislərdən əldə etdikləri indiki Surinamın (Cənubi Amerikanın şimal sahilində) yeni yaranmış plantasiya koloniyasını saxlamaq qərarına gəldilər və bunun müqabilində ingilislər Yeni Amsterdamı öz əllərində saxladılar. Bu qəsəbə York hersoqu II Ceymsin şərəfinə "Nyu-York" adlandırıldı.[59]Hudzon çayının 240 km şimalında yerləşən Fort-Orenc Ceymsin Şotlandiya titulundan sonra Albani adlandırıldı.[60] Köçürmə 1667-ci ildə II ingilis-holland müharibəsini başa çatdıran Breda müqaviləsi ilə təsdiqləndi.[61]
Yerli amerikalılar arasında bir neçə qəbilələrarası müharibə və avropalılarla təmas nəticəsində yaranan bəzi epidemiyalar 1660–1670-ci illər arasında Lenape üçün əhəmiyyətli əhali itkisinə səbəb oldu.[65] 1700-cü ilə qədər Lenape əhalisi 200 nəfərə qədər azaldı.[66] Nyu-York XVIII əsrdə bir neçə sarı qızdırma epidemiyası yaşamış və təkcə 1702-ci ildə bu xəstəliyə görə əhalisinin 10%-ni itirmişdi.[67][68]
Nyu-York 1700-cü illərin əvvəllərində Nyu-York koloniyasının bir hissəsi olaraq ticarət limanı kimi əhəmiyyətini artırdı.[69] O həm də quldarlıq mərkəzinə çevrildi, 1730-cu ilə qədər ev təsərrüfatlarının 42%-i qul saxlayırdı, bu, indiki Cənubi Karolina ştatının Çarlston şəhəri xaricində ən yüksək faizdir.[70] Quldarlıq Nyu-York iqtisadiyyatının ayrılmaz hissəsinə çevrildi. 1990-cı illərdə Foli meydanı yaxınlığında yeni federal məhkəmə binasının tikintisi zamanı "African Burying Ground"un kəşfi müstəmləkə dövründə on minlərlə afrikalının ərazidə basdırıldığını göstərdi.[71]
Möhür Aktı Konqresi 1765-ci ilin oktyabrında Nyu-Yorkda keçirildi, çünki şəhərdə təşkil edilən "Azadlıq oğulları" növbəti on il ərzində orada yerləşən ingilis qoşunları ilə savaşacaqdılar.[73]ABŞ İstiqlal müharibəsinin ən böyük döyüşü olan Lonq-Aylend döyüşü 1776-cı ilin avqust ayında müasir Bruklinin ərazisində baş verdi.[74] Amerikalıların məğlub olduğu bu döyüşdən sonra ingilislər şəhəri Şimali Amerikadakı hərbi və siyasi əməliyyat bazasına çevirdilər. Şəhər ingilis qoşunlarına qatılan sadiq qaçqınlar və qaçmış qullar üçün sığınacaq idi. İngilis işğalı zamanı 10.000-ə yaxın qaçan qul şəhərə sığındı. İngilis qüvvələri 1783-cü ildə, müharibənin sonunda təxliyə edildikdə 3.000 azad edilmiş qulu Yeni Şotlandiyaya köçürmək üçün İngiltərə və Karib hövzəsində məskunlaşdırdılar.[75] Müharibənin sülh yolu ilə həlli üçün yeganə cəhd 11 sentyabr 1776-cı ildə Bencamin Franklin də daxil olmaqla amerikalı nümayəndələr və ingilis generalı Riçard Hau arasında Staten-Aylenddə yerləşən Konfrans Evində baş tutdu. İngilis işğalı başlayandan qısa müddət sonra Nyu-Yorkda, Aşağı Manhettenin qərb tərəfində Böyük yanğın baş verdi, yanğın Triniti Kilsəsi də daxil olmaqla şəhərdəki binaların təxminən dörddə birini məhv etdi.[76]
XIX əsrdə Nyu-York şəhərinin əhalisi 60.000-dən 3,43 milyona qədər artdı.[81] Nyu-York ştatının 1799-cu il ləğvetmə aktına əsasən, kölə anaların uşaqları azad edilməli, lakin iyirmi yaşlarının ortalarına qədər qulluqda saxlanılmalı idi.[82][83] İstiqlal müharibəsindən sonra sahibləri tərəfindən azad edilən və qaçan qullarla birlikdə Manhettendə əhəmiyyətli bir azad qaradərili əhali tədricən artdı. Aleksander Hamilton və Con Cey kimi ABŞ-nin nüfuzlu qurucularının başçılığı ilə Nyu-York Manumission Cəmiyyəti köləliyi ləğv etmək üçün çalışdı və qaradərili uşaqların təhsili üçün Afrika Azad Məktəbi quruldu.[84] 1827-ci ildə ştatda köləlik tamamilə ləğv edildi və azad qaradərililər bundan sonra ayrı-seçkiliklə mübarizə apardılar. Nyu-Yorkda irqlərarası abolisionist fəallıq davam etdi; liderləri arasında Afrika Azad Məktəbinin məzunları da var idi. Nyu-York şəhərinin əhalisi 1820-ci ildəki 123.706 nəfərdən 1840-cı ildə 312.710 nəfərə yüksəldi, onlardan 16.000-i qaradərili idi.[85][86]
İrland immiqrantlarla qaradərililər arasında iş üçün on il davam edən şiddətli rəqabətdən sonra qaradərili Nyu-York sakinlərinə və onların əmlaklarına hücumlar edildi. Üsyançılar Rəngli Yetim Sığınacağını yandırdı və 200-dən çox uşaq çox hissəsi irland mühacirlərdən təşkil olunmuş Nyu-York Polis Departamenti tərəfindən xilas edildi. Bu hadisədə ən azı 120 nəfər öldü.[89] Beş gün ərzində 11 qaradərili kişi linç edildi və qaradərililər Vilyamsburq və Nyu-Cersiyə qaçdılar. Manhettendə qaradərili əhalinin sayı sonuncu dəfə 1820-ci ildə olduğu kimi 1865-ci ildə 10.000-dən aşağı düşdü. Ağdərili fəhlə sinfi üstünlük təşkil etdi.[88][89] Liman işçilərinin qaradərili kişilərə qarşı zorakılığı doklar bölgəsində xüsusilə şiddətli idi.[88] Bu, ABŞ tarixində vətəndaş iğtişaşlarının ən pis hadisələrindən biri idi.[90]
1898-ci ildə müasir Nyu-York şəhəri Bruklinin (o vaxta qədər ayrı bir şəhər idi), Nyu-York dairəsinin, Riçmond dairəsinin və Kuins dairəsinin birləşməsi ilə formalaşdı.[91] 1904-cü ildə metronun açılışı yeni şəhərin ərazilərini bir-birinə bağlamağa kömək etdi.[92] XX əsrin birinci yarısında şəhər dünyanın sənaye, ticarət və rabitə mərkəzinə çevrildi.[93]
Nyu-Yorkun ağdərili olmayan əhalisi 1890-cı ildə 36.620 nəfər idi.[96] Nyu-York şəhəri XX əsrin əvvəllərində Amerikanın cənubundan Böyük köç zamanı afro-amerikalılar üçün əsas yer idi və 1916-cı ildə Nyu-York Şimali Amerikada Afrika diasporasının ən böyük məskəninə çevrilmişdi.[97] Ədəbi və mədəni həyat Harlem intibahınınqadağalar dövründə çiçəkləndi.[98] Daha böyük iqtisadi bum hündür göydələnlərin tikintisinə səbəb oldu.
İkinci Dünya müharibəsi veteranlarının geri qayıtması ilə yaranmış müharibədən sonrakı iqtisadi bum Kuins və Nassau dairəsində, eləcə də Nyu-Cersidəki oxşar şəhərətrafı ərazilərdə böyük yaşayış sahələrinin inkişafına səbəb oldu. Nyu-York müharibədən zərər görmədən dünyanın aparıcı şəhəri kimi çıxdı, Uoll-Strit dünyanın dominant iqtisadi gücü oldu. Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının tikintisi 1952-ci ildə tamamlanaraq Nyu-Yorkun qlobal geosiyasi təsirini gücləndirdi və şəhərdə abstrakt ekspressionizmin yüksəlişi Nyu-Yorkun incəsənət dünyasının mərkəzi olan Parisin yerini almasını sürətləndirdi.[101]
1970-ci illərdə sənayenin yenidən qurulması səbəbindən yaranmış işsizləşmə Nyu-York şəhərində iqtisadi problemlərin və cinayət nisbətlərindən artmasına səbəb oldu.[112] 1980-ci illərdə maliyyə sənayesindəki canlanma şəhərin iqtisadi sağlamlığını xeyli yaxşılaşdırsa da, Nyu-Yorkun cinayət nisbəti həmin onillikdə və 1990-cı illərin əvvəllərində artmağa davam etdi.[113] 1990-cı illərin ortalarında cinayət nisbətləri yenidən hazırlanmış polis strategiyaları, iqtisadi imkanların yaxşılaşdırılması, gentrifikasiya və Asiya və Latın Amerikasından gələn yeni immiqrantlar səbəbindən kəskin şəkildə azalmağa başladı.[114] Nyu-Yorkun əhalisi 2000-ci il siyahıyaalmasında və ardınca 2010-cu il siyahıyaalmasında tarixinin ən yüksək səviyyəsinə çatdı.
Nyu-York şəhəri 11 sentyabr 2001-ci il hücumlarında ən böyük iqtisadi ziyana və ən böyük insan itkisinə məruz qaldı.[115] Həmin gün qaçırılan dörd təyyarədən ikisi Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldı, qüllələri dağıtdı və 2.192 mülki şəxs, 343 yanğınsöndürən və 71 hüquq-mühafizə orqanı əməkdaşının ölümünə səbəb oldu. Şimal qülləsi (ing.North Tower) məhv edilmiş ən hündür bina oldu.[116]
2020-ci ilin mart ayında Manhettendə Nyu-York şəhərindəki ilk COVID-19 hadisəsi təsdiqləndi.[125] İnfeksiya bütün dünyada geniş yayılmazdan əvvəl şəhər sürətlə Çinin Uhan şəhərini ötüb keçdi və erkən mərhələdə pandemiyanın qlobal mərkəzinə çevrildi. 2021-ci ilin mart ayına olan məlumata görə, Nyu-York şəhərində COVID-19 ilə əlaqəli 30.000-dən çox ölüm qeydə alınmışdır.
Nyu-York şəhərinin ərazisi 75.000–11.000 il əvvəl Viskonsik buzlaşması dövründə 610 metr dərinliyində böyük buzlaq örtüyünün kənarında yerləşirdi.[126] Buzun irəli hərəkət etməsi indiki Lonq-Aylend və Staten-Aylend ərazilərinin ayrılmasına şərait yaratdı. Bu hərəkət eyni zamanda Manhetten göydələnlərinin çoxu üçün möhkəm zəmin yaratdı.[127]
Nyu-York şəhəri ABŞ-nin şimal-şərqində, Nyu-York ştatının cənub-şərqində yerləşir. Şəhərin Hudzon çayının mənsəbində yerləşməsi ticarət limanı kimi əhəmiyyətini artırmağına kömək etmişdir. Nyu-York şəhərinin çox hissəsi Lonq-Aylend, Manhetten və Staten-Aylend adlı üç adada qurulub.
Hudzon çayı Hudzon vadisindən keçərək Nyu-York körfəzinə tökülür. Huzdon çayı şəhəri Nyu-Cersidən ayırır. Bronks və Vestçester dairəsindən axan Bronks çayı şəhərdə tamamilə içməli sulu yeganə çaydır.[128]
Şəhərin ümumi sahəsi 1.213.37 km²-dir. Bunun 783.84 km² hissəsi quru, 429.53 km² hissəsi isə sudur.[129][130] Şəhərin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 124,9 metr yüksəkliklə Staten Aylenddə yerləşən Todt-Hilldir, Men isə cənubdakı şərq sahilinin ən yüksək nöqtəsidir.[131][132]
Nyu-York şəhəri bəzən kollektiv şəkildə "Beş boro" adlanır.[137]
Əgər boroların hər biri ayrı şəhər olsaydı, dörd boro — Bruklin, Kuins, Manhetten və Bronks ABŞ-nin ən sıx məskunlaşılan on şəhəri arasında olardı (Staten-Aylend 2020-ci ilin statistikasına əsasən, 37-ci yerdə olardı). Bu borolar ABŞ-nin ən sıx məskunlaşılan dörd dairəsi ilə həmsərhəddir: Nyu-York (Manhetten), Kinqs (Bruklin), Bronks və Kuins.
Manhetten (Nyu-York dairəsi) coğrafi baxımdan ən kiçik və əhalinin ən sıx məskunlaşdığı borodur. Mərkəzi park və şəhərin əksər göydələnləri burada yerləşir və bəzən yerli ifadədə "The City" adlanır.[138] Manhetten 2017-ci ildə hər kvadrat km-ə 27.812 nəfərlə ABŞ şəhərləri arasında əhali sıxlığına görə yuxarı qiymətləndirildi.[139]
Manhetten Nyu-York şəhərinin mədəni, inzibati və maliyyə mərkəzidir və bir çox transmilli şirkətlərə, BMT Baş Qərərgahına, Uoll-Stritə və bir sıra mühüm universitetlərə ev sahibliyi edir. Manhetten həmçinin çox vaxt dünyanın maliyyə və mədəniyyət mərkəzi kimi təsvir edilir.[140][141]
Bruklin (Kinqs dairəsi) Lonq-Aylendin qərbində yerləşən şəhərin ən sıx məskunlaşılmış bölgəsidir. Bruklin mədəni, sosial və etnik müxtəlifliyi, azad incəsənəti, fərqli məhəllələri və fərqli memarlıq irsi ilə tanınır. Aşağı Bruklin "Xarici borolar"ın ən böyük mərkəzi məhəlləsidir. Rayonun 1870-ci illərdə ABŞ-də ən erkən əyləncə məkanlarından biri kimi qurulmuş Koni-Aylend də daxil olmaqla uzun sahil sahili var.[142]Marin park və Prospekt park Bruklindəki ən böyük iki parkdır.[143] 2010-cu ildən Bruklin sahibkarlıq və yüksək texnologiyalı startap firmalarının[144][145] və postmodern incəsənət və dizaynın inkişaf edən mərkəzinə çevrilmişdir.[145][146]
Bruklinin şimal-şərqində, Lonq-Aylenddə yerləşən Kuins (Kuins dairəsi) coğrafi baxımdan ABŞ-nin ən böyük borosu[147] və etnik müxtəliflik baxımından dünyanın ən etnik müxtəlifliyə sahib şəhər ərazisidir.[148][149] Tarixən hollandlar tərəfindən qurulan kiçik şəhər və kəndlərdən ibarət rayon o vaxtdan bəri həm ticarət, həm də yaşayış məskəni kimi tanınıb. ABŞ-nin ən işlək üç hava limanından ikisi, Con Kennedi adına Beynəlxalq Hava Limanı və La-Quardiya Hava Limanı Kuinsdə yerləşir. Üçüncü hava limanı Nyu-Cersi ştatının Nyuark şəhərində yerləşən Nyuark Liberti Beynəlxalq Hava Limanıdır.
Bronks (Bronks dairəsi) Nyu-Yorkun ən şimal bölgəsidir. Bronks Yanki Stadionuna və Co-op City-ə ev sahibliyi edir.[150] Həmçinin burada 1.07 km² ərazini əhatə edən və 6.000-dən çox heyvanın yaşadığı dünyanın ən böyük metropoliten zooparkı Bronks Zooparkı yerləşir.[151] Bronks hip hop musiqisinin yarandığı yerdir.[152]Pelem-Bey parkı 1,122 hektar ərazi ilə Nyu-Yorkdakı ən böyük parkdır.[153]
Staten-Aylend (Riçmond dairəsi) beş boro arasında ən şəhərətrafı bölgədir. Staten-Aylendin mərkəzində 45 km gəzinti yolları və meşələrlə birlikdə 10 km² ərazini əhatə edən Staten-Aylend Qrinbelt yerləşir.[154] 1984-cü ildə adanın təbii torpaqlarını qorumaq üçün yaradılmış Qrinbelt yeddi şəhər parkından ibarətdir.
Manhetten hündür göydələnləri ilə tanınır, şəhər dünyanın bir neçə ən hündür binasına ev sahibliyi edib. 2019-cu ildə Nyu-Yorkda 6.455 çoxmərtəbəli bina var idi ki, bu da Honqkonq və Seuldan sonra dünyada üçüncü sıradır.[157] 2011-ci ilə qədər 550 tamamlanmamış binanın hündürlüyü ən azı 100 metr idi, 200 metrdən daha yüksək olan 50-dən çox tamamlanmış göydələn var. Bunlara neoqotika memarlığının erkən nümunəsi Vulvort Bildinq daxildir; tikintisi 1913-cü ildə tamamlandı, 17 il ərzində dünyanın ən hündür binası oldu.[158]
Nyu-Yorkdakı yaşayış məhəllələrində əsasən sıx məskunlaşma müşahidə olunur.[162] Lakin daha az sakinli məhəllələr də var. Riverdeyl (Bronksda), Ditmas Park (Bruklində) və Duqlaston (Kuinsdə) kimi məhəllələrdə viktorian kimi stillərdə böyük subay ailə evləri geniş yayılmışdır.[163][164][165]
1835-ci ildə baş vermiş Böyük yanğından sonra taxta evlərin tikintisi məhdudlaşdırıldı və beləcə, daş və kərpic şəhər evlərinin tikinti materiallarına çevrildi.[166] Bağ evləri 1920-ci illərdə Cekson-Hayts kimi ucqar ərazilərdə məşhurlaşdı.[167]
ABŞ Geoloji Tədqiqatının 2014-cü ildə verdiyi məlumatda Nyu-Yorkda "hündür binalar üçün təhlükənin əvvələr qiymətləndiriləndən bir qədər aşağı olduğu" qeyd edilmişdir.[168]
Qışda hava soyuq və rütubətli olur. Şəhərin ən soyuq ayı olan yanvarda gündəlik orta temperatur 0,9 °C-dir.[173] Temperatur adətən qışda −12 °C-ə düşür,[174] hətta ən soyuq qış ayında bir neçə gün ərzində −16 °C-ə qədər düşür. Yaz və payız ayları dəyişkəndir, sərindən istiyə qədər dəyişir, baxmayaraq ki, temperatur adətən aşağı rütubətlə mülayimdir. Yay ayları adətən isti və rütubətlidir, iyulda gündəlik orta temperatur 25,3 °C təşkil edir.[173]
Şəhərin gecə temperaturu şəhər isti adası təsiri ilə tez-tez artır. Havanın günorta temperaturu hər yayda orta hesabla 17 gün ərzində 32 °C, bəzi illərdə isə 38 °C-i keçir, baxmayaraq ki, bu, son dəfə 18 iyul 2012-ci ildə baş verən nadir haldır.[175] Eynilə, −18 °C göstəricisi də son dərəcə nadirdir, sonuncu dəfə 14 fevral 2016-cı ildə müşahidə edilib.[176] Yüksək temperaturlar 9 fevral 1934-cü ildə qeydə alınmış −26 °C və 9 iyul 1936-cı ildə qeydə alınmış 41 °C-dir.[173][177] Rekord gündəlik maksimum soyuq 30 dekabr 1917-ci ildə −17 °C və əksi, rekord gündəlik minimum isti 2 iyul 1903-cü ildə 31 °C olmuşdur.[175] Yaxınlıqdakı Atlantik okeanın orta su temperaturu fevralda 4,3 °C ilə avqustda 23,4 °C arasında dəyişir.[178]
Şəhərə hər il 1.260 mm yağıntı yağır ki, bu da il ərzində nisbətən bərabər şəkildə yayılır. 1991 və 2020-ci illər arasında qışda qarın orta hündürlüyü 76 sm olmuşdur; bu göstərici illər arasında mühüm dərəcədə dəyişir. Nyu-York bölgəsində qasırğalara və tropik tufanlara nadir rast gəlinir.[179]Sendi qasırğası 29 oktyabr 2012-ci il axşamı Nyu-Yorka dağıdıcı fırtına gətirdi, Aşağı Manhettendə və şəhərin digər ərazilərində çoxsaylı küçələri, tunelləri və metro xətlərini su basdı və şəhər və şəhərətrafı ərazilərdə bir çox yerlərin elektrik enerjisini kəsildi.[180] Fırtına və onun dərin təsirləri gələcəkdə baş verə biləcək belə bir başqa hadisənin dağıdıcı nəticələrinin riskini minimuma endirmək üçün şəhərin və aqlomerasiya regionunun sahilləri ətrafında dəniz səddlərinin və digər sahil maneələrinin tikintisinin müzakirəsinə səbəb oldu.[181][182]
Qeyd edilən ən soyuq ay 1857-ci ilin yanvarıdır, orta temperatur −6,9 °C, ən isti aylar isə 1825-ci ilin iyulu və 1999-cu ilin iyuludur, hər ikisinin orta temperaturu 27,4 °C təşkil edir.[183] Qeyd edilən ən isti illər 2012 və 2020-ci illərdir, hər ikisinin orta temperaturu 13,9 °C-dir.[183][184] Qeyd edilən ən quraq ay 0,51 mm yağıntı ilə 1949-cu ilin iyunudur. Ən yağışlı ay isə 481 mm yağıntı ilə 2011-ci ilin avqustu olub. Qeydlərdəki ən quraq il 663 mm yağıntı ilə 1965-ci ildir. Ən yağışlı il isə 2.046 mm yağıntı ilə 1983-cü il olmuşdur.[185] Qeyd edilən ən qarlı ay 94 sm ilə 2010-cu ilin fevralıdır. Ən qarlı mövsüm 192 sm qarla 1995 – 1996-cı illərin iyul-iyun aylarıdır. Ən az qarlı mövsüm isə 5.8 sm qarla 1972 – 1973-cü illər olmuşdur.[186] Ən erkən mövsümi qar yağışı oktyabrın 10-da, həm 1979, həm də 1925-ci ildə baş verib. Ən son mövsümi qar yağışı isə mayın 9-da həm 2020, həm də 1977-ci ildə baş vermişdir.[187]
Aşağıda şəhərin iqliminin orta və minimum temperaturu 1991 – 2020-ci illər arası məlumatlar əsasında,[Q 1] maksimum temperaturu isə 1869-cu ildən bəri aparılan müşahidələr əsasında hazırlanmışdır.[Q 2]</ref>
Geytvey Milli İstirahət Bölgəsi ümumilikdə 110 km2-dən çox ərazini əhatə edir, onun əksəriyyəti Nyu-York şəhəri ilə əhatə olunub.[194] Bruklin və Kuinsdə Yamayka körfəzinin əksəriyyəti də daxil olmaqla 36 km2-dən çox bataqlıq ərazi, adalar və su sahəsi var.
Nyu York şəhərində yeddi dövlət parkı var. Onlardan bəziləri aşağıdakılardır:
"Clay Pit Ponds State Park Preserve" — geniş atçılıq yollarını özündə birləşdirən təbii ərazi.
"Riverbank State Park" — Hudzon çayı üzərində 11 hektarlıq ərazi.[198]
"Marsha P. Johnson State Park" — Bruklin və Manhettendə yerləşən Marşa P. Consonun şərəfinə adlandırılan İst-River çayı ilə həmsərhəd olan dövlət parkı.[199]
Nyu-Yorkda 110 km2-dən çox ərazini əhatə edən şəhər parkı və 23 km-lik ictimai çimərlik var.[200] Şəhərdəki ən böyük şəhər parkı 1.122 hektarlıq ərazini əhatə edən Bronksda yerləşən "Pelham Bay" parkıdır.[201][202] Şəhər parklarının bəziləri aşağıdakılardır:
Mərkəzi park — Manhettenin orta hissəsində yerləşən 3,41 km2-lik ərazini əhatə edən park.[201] Mərkəzi park 2013-cü ildə 40 milyon ziyarətçi ilə ABŞ-də ən çox ziyarət edilən şəhər parkı olmuşdur və dünyada ən çox çəkiliş edilən məkanlardan biridir.[203] Parkda çoxlu attraksionlar var; bir neçə göl və gölməçə, iki buz meydançası, Mərkəzi park zooparkı, Konservatoriya bağı və 0,43 km2-lik "Jackie Onassis" su anbarı.[204] Görməli yerlələrə təbiət mərkəzi olan Belvedere qalası, İsveç Kottec Marionette Teatrı və tarixi Karusel daxildir.[205]
Prospekt parkı — bu parkda 36 hektarlıq çəmənlik, göl və geniş meşəlik ərazi var.[206]
Flaşinq-Meadous – Korona parkı — Kuinsdəki bu park 363 hektar ərazi ilə şəhərin dördüncü ən böyük parkıdır,[207] 1939-cu il və 1964-cü il Nyu-York ümumdünya sərgilərinə ev sahibliyi edib.[208][209]
Bronksun ərazisinin beşdə birindən çoxu (28 km2) Pelham Bay parkı, Van Cortlandt parkı, Bronks zooparkı və Nyu-York Nəbatat Bağı da daxil olmaqla açıq sahələr və parklar üçün ayrılıb.[210]
Conference House parkı — Staten-Aylenddə yerləşən bu park tarixi əhəmiyyət daşıyır.[211] Nyu-Yorkdakı ən böyük yerli Amerika qəbiristanlığı olan tarixi "Burial Ridge" də bu parkdadır.[212]
Bruklin Sahil Mühafizəsi əməliyyatlarından başqa ABŞ Silahlı Qüvvələrinin Nyu-Yorkdakı tək aktiv əməliyyat bazası olan Fort Hamilton-a ev sahibliyi edir.[213] Burada həm də 1179-cu Nəqliyyat briqadası, 722-ci Aviasiya Tibb eskadrilyası və hərbi giriş emal stansiyası yerləşir.[214]
Note: Census figures (1790–2010) cover the present area of all five boroughs, before and after the 1898 consolidation. For New York City itself before annexing part of the Bronx in 1874, see Manhattan#Demographics.[218]
Nyu-York şəhəri 8.804.190 nəfər əhali (2020) ilə ABŞ-nin ən sıx məskulaşılmış şəhəridir.[226][227][228][229] ABŞ-nin ən çox əhalisi olan ikinci şəhəri və daha kiçik ərazisi olan Los-Anceleslə müqayisədə Nyu-Yorkda iki dəfə daha çox insan yaşayır.[227] Nyu-York 2010–2020-ci illər aralığında ABŞ-nin istənilən şəhərinin onillik əhali artımından və digər ən böyük dörd şəhər — Los-Anceles, Çikaqo, Hyuston və Finiksin ümumi əhali artımından daha çox əhali artımı yaşayıb.[230][231] Nyu-York şəhərinin əhalisi Nyu-York ştatının əhalisinin təxminən 44%-ni,[232]Nyu-York aqlomerasiya regionunun əhalisinin təxminən 39%-ni təşkil edir.[233] 2020-ci ildə Nyu-Yorkun sakinlərinin əksəriyyəti — 5.141.538 nəfəri və ya 58,4%-i Lonq-Aylend, Bruklin və ya Kuinsdə yaşayırdı.[234]
2017-ci ildə şəhərin təxmini əhali sıxlığı hər kvadrat kilometrə 11.000 nəfər təşkil edirdi.[235] Manhettenin 2017-ci ildəki əhali sıxlığı hər kvadrat km.-ə 28.154 nəfər idi ki, bu da ABŞ şəhərlərinin sıxlığına görə ən yüksəyidir.[236][237][238][239] ABŞ-də ikinci, üçüncü və dördüncü yerləri tutan üç ən sıx yer də Nyu-Yorka aiddir: müvafiq olaraq Bruklin, Bronks və Kuins.[240]
2020-ci ildə şəhərin əhalisinin 30,9%-i ağdərili, 28,7%-i hispanik, 20,2%-i afroamerikalı, 15,6%-i asiyalı və 0,2%-i yerli amerikalı idi.[241] Əhalinin 3,4%-i birdən çox irqə mənsubdur. Nyu-York tarix boyu ABŞ-yə mühacirlər üçün giriş qapısı olmuşdur. 1892-ci ildən 1924-cü ilə qədər Ellis adasına 12 milyondan çox avropalı immiqrant gəlmişdi.[242] "Ərimə qazanı" termini ilk dəfə Aşağı İst-Sayd tərəfdəki sıx məskunlaşmış immiqrant məhəllələrini təsvir etmək üçün istifafə edilmişdir. 1900-cü ilə qədər almanlar ən böyük mühacir qrupu idilər, ardınca irlandlar, yəhudilər və italyanlar gəlirdi.[243] 1940-cı ilə qədər ağdərililər şəhər əhalisinin 92%-ni təşkil edirdi.[244]
Şəhər əhalisinin təqribən 37%-i əcnəbilərdir və 2013-cü ilə qədər şəhərdəki bütün uşaqların yarısından çoxu yerli olmayan analar tərəfindən doğulub.[245][246] Nyu-Yorkda heç bir ölkə və ya mənşə bölgəsi üstünlük təşkil etmir.[245] 2011-ci ilə qədər şəhərdə xarici əsilli sakinlərin on ən böyük mənbəyi Dominikan Respublikası, Çin, Meksika, Qayana, Yamayka, Ekvador, Haiti, Hindistan, Rusiya və Trinidad və Tobaqo idi.[247]Banqladeş əsilli mühacirlər isə 2011-ci ilə qədər 74.000-dən çox olmamaqla şəhərdə ən sürətlə böyüyənlərdən birinə çevrilmişdir.[14][248]
2010-cu ilin siyahıyaalmasına görə Nyu-Yorkdakı asiyalı amerikalıların sayı bir milyondan çoxdur ki, bu da San-Fransisko və Los-Ancelesdəkilərin ümumi sayından daha çoxdur.[249] Nyu-York ABŞ-nin şəhərləri arasında ən çox asiyalı yaşayan şəhərdir.[250] Nyu-Yorkun Kuins bölgəsi ştatın ən böyük Asiya əsilli amerikalının və Birləşmiş Ştatlardakı ən böyük And əhalisinin (kolumbiyalı, ekvadorlu, perulu və boliviyalı) məskunlaşdığı yerdir və eyni zamanda dünyanın ən etnik cəhətdən müxtəlif şəhər ərazisidir.[148][149] Çin əhalisi Nyu-York ştatında ən sürətlə böyüyən millətdir; Flaşinq və Çayna-taun çinlilər üçün ənənəvi yerlərdir.[251][252] Həmçinin Nyu-York meqapolis bölgəsində və Nyu-York ştatında çinli immiqrantlar daha çoxdur.[253][254][255][256][257] Çin əsilli immiqrantlar şəhər və şəhərətrafı ərazilərdə məskunlaşmağa davam edir.[14][258][259][260]
2012-ci ildə Nyu-York şəhərinin 6,3%-i çinli idi, təxminən dörddə üçü Lonq-Aylend, Kuins ya da Bruklində yaşayırdı.[261]Koreyalılar şəhər əhalisinin 1,2%-ni, yaponlar isə 0,3%-ni təşkil edirdi.[262]Filippinlilər 0,8% ilə ən böyük Cənub-Şərqi Asiya etnik qrupu idi. Əhalinin 0,2%-ni təşkil edən vyetnamlılar ikinci yerdədir. HindlilərCənubi Asiyalı ən böyük etnik qrupdur, belə ki şəhər əhalisinin 2,4%-ni təşkil edirlər.[263]Baqladeşlilər və pakistanlılar müvafiq olaraq 0,7% və 0,5% təşkil edirlər. Kuins Asiya hindliləri, koreyalılar, filippinlilər, malayziyalılar və digər Cənub-Şərqi asiyalıların üstünlük verdiyi məskunlaşma məntəqəsidir.[253][264][265] Bruklin isə çoxlu sayda Qərbi Hindistan və Asiya hindli immiqrantları qəbul edir.
Nyu-York şəhəri ABŞ şəhərləri arasında ən çox avropalı və hispanik olmayan ağdərili əhaliyə malikdir. 2017-ci ildə hispanik olmayan ağdərili əhalisi 2,7 milyon olan Nyu-York Los-Anceles (1,1 milyon), Çikaqo (865.000) və Hyustonunkunun (550.000) cəmindən daha çoxdur.[266] Hispanik olmayan ağ əhali 1940-cı ildə 6,6 milyon nəfər idi.[267] Bu say daha çox 2010-cu ildə artmağa başladı.[268]
Şəhərdə yaşayan Avropa diasporu çox müxtəlifdir. 2012-ci ilin statistikasına əsasən, təxminən 560.000 italyan, 385.000 irland, 253.00 alman, 223.00 rus, 201.000 polyak və 137.000 ingilis var idi. Bundan əlavə, yunanlar və fransızların hər birinin 65.000, macarların isə 60.000 nəfər olduğu təxmin edilir. Ukraynalılar və şotlandların sayı müvafiq olaraq 55.000 və 35.000 nəfər olub. 2010-cu ilin statistikasına əsasən, ispanlar isə 30.838 nəfər olmuşdur.[269]
Norveç və isveç əsillilərin hər ikisi təxminən 20.000, çex, litva, portuqal, şotland-irland və uelslilərin hamısının sayı isə 12.000 ilə 14.000 arasında olmuşdur.[270]Ərəblərin sayı isə 16.000-dən çoxdur,[271] ən sıx məskunlaşdıqları ərazi isə Bruklindir. Mərkəzi asiyalılar, ilk növbədə özbəklər şəhərin sürətlə böyüyən seqmentidir, onların sayı 30.000-dən çoxdur.[272]Mərkəzi Asiya immiqrantlarının əksəriyyəti Kuins və yaxud Bruklində məskunlaşır. Albanlar isə daha çox Bronksda məskunlaşıb.[273]
2012-ci ildə şəhərdə yəhudilərin sayı 1,5 milyondan çox idi. Bu da İsraildən kənarda olan ən çox yəhudinin yaşadığı yerdir.[262]
2010-cu ildən Avstraliyadan gələnlərin sayı da sürətlə çoxalmağa davam edir.[275][276][277][278] 2011-ci ildə Nyu-Yorkda təxminən 20.000 avstraliyalı var idi, bu da 2005-ci ildəki 5.537 nəfərdən dörd dəfə çoxdur.[279][280] Bu fərqli etnik mənsubiyyətə sahib əhalinin öz məhəllələri də var. Misal olaraq Şri-Lanka, Seneqal, Qayana, Pəncab, Polşa, Rusiya, Koreya, Çin və s. məhəllələrini göstərmək olar.[281][282]
Saat əqrəbi istiqamətində, yuxarı soldan: Filippin doğumlu Cina Rokero Beynəlxalq Transgender Günü mərasimində; Kariblilərin Nyu-Yorkda təşkil etdikləri LGBT paradı; 2015 Manhetten LGBT paradı dünyadakı ən böyük LGBT paradıdır[24][283] və 2018-ci ildə keçirilən [[
Queens Pride Parade]]-dakı Multikulturalizm Festivalı
Hər il keçirilən gey praydı Beşinci prospektdən başlayır və Qriviç-Villicdə bitir.[24][287] Bu, hər il iyun ayında baş tutur və prayda on minlərlə iştirakçı və milyonlarla küçə tamaşaçıları qatılır.[288]
Stonewall 50 – WorldPride NYC 2019 indiyə qədərki ən böyük LGBT paradı idi, belə ki, paradın 150.000-dən çox iştirakçısı və 5 milyondan çox tamaşaçısı var idi.[289] Nyu-York şəhəri həm də Manhetten və Kuinsdə cəmləşmiş 50.000-dən çox transgenderə ev sahibliyi edir və bu da dünyanın ən çoxudur.[111][288] LGBTQ tarixində ən böyük transgender paradı 14 iyun 2020-ci ildə Nyu-Yorkda baş tutmuş və təqribən 15.000–20.000 arası iştirakçını cəlb etmişdir.[290][291]
Saat əqrəbi istiqamətində, yuxarı soldan: Yuxarı Manhettendə yerləşən Müqəddəs Patrik Katedralı; Bruklindəki haredi yəhudiləri. Bruklin ABŞ-də təxminən 600.000 nəfərlə ən böyük yəhudi icmasına malikdir[294]; Yuxarı Manhettendə yerləşən İslam Mədəni Mərkəzi Nyu-Yorkda tikilmiş ilk məsciddir; Flaşinqdəki Qaneş məbədi Şimali Amerikadakı ən qədim hindu məbədidir.
Əsasən Qərbi Avropa missioner fəaliyyətinin və müstəmləkəçiliyinin nəticəsi ilə Xristianlıq Nyu-Yorkda da böyük dindir.[292]Roma katolikliyi ən böyük Xristian məzhəbidir (33%), ardınca protestantlıq (23%) və digər xristianlar gəlir (3%). Roma Katolik əhalisinə ilk növbədə Nyu York Roma Katolik Baş Yeparxiyası və Bruklin Yeparxiyası xidmət edir. Evangelist protestantizm şəhərdəki protestantlığın ən böyük qoludur (9%), ardınca əsas protestentizm gəlir (8%).[293] Evangelizmdə baptistlər ən böyük qrupdur; Əsas protestantizmdə islah edilmiş protestantlar ən böyük alt dəstəni təşkil edir. Əhalinin təqribən 1%-i mormondur. Amerika Ortodoks Katolik kilsəsi 1927-ci ildə Nyu-Yorkda yaradılmışdır.
Təxminən 1,1 milyon yəhudinin[295][296] yarısından çoxu Bruklində yaşayır, şəhərdəki ikinci ən böyük dindir və İsrailin Təl-Əviv şəhərindən kənarda yaşayan ən çox yəhudiyə sahib şəhər Nyu-Yorkdur.[294][297] Yəhudilərin şəhər əhalisinin 18,4%-ni, dini demoqrafik tərkibin isə 8%-ni təşkil edir.[298] Qeydə alınmış ilk yəhudi köçkün 1654-cü ilin avqust ayında Hollandiyadan passportla gələn Yakob Barsimsondur.[299] Rusiya çarı II Aleksandrın ölümündən sonra 1881-ci ildən başlayan 36 illik ABŞ-yə yəhudi köçünün ən böyük dalğası yaşandı.[300] 2012-ci ildə ən böyük yəhudi məzhəbləri ortodoks, haredi və mühafizəkar yəhudilik idi.[301]Reform yəhudi icmaları ərazidə üstünlük təşkil edir.
İslam Nyu-York şəhərində Xristianlıq və İudaizmdən sonra üçüncü ən böyük din olaraq yer alır. Hesablamalara görə, şəhərin dövlət məktəblərində oxuyan şagirdlərin 10%-i də daxil olmaqla şəhərdə 600.000–1.000.000 arası müsəlman əhali var.[302] ABŞ müsəlmanlarının təqribən 22,3%-i Nyu-York şəhərində yaşayır.[303] Bruklindəki Powers Street məscidi ABŞ-də davamlı olaraq fəaliyyət göstərən ən qədim məscidlərdən biridir və Nyu-York şəhəri və ştatında ilk İslam təşkilatıdır.[304][305]
Nyu-Yorkdakı bu üç böyük dini qrupdan sonra Hinduizm, Buddizm, Siqhizm, Zərdüştilik və bir sıra digər dinlər, eləcə də ateizm gəlir. 2014-cü ildə Nyu-York əhalisinin 24%-inin heç bir dinə mənsub olmadıqları müəyyən edildi; əhalinin 3%-dən bir qədər çoxu isə ateist idi.[306]
Nyu-York şəhəri digər böyük şəhərlər kimi Cini indeksinə əsasən 0,55-lik gəlir fərqinə malikdir.[307] 2014-cü ilin birinci rübündə Nyu-York dairəsində (Manhetten) orta həftəlik əmək haqqı 2.749 dollar təşkil edib ki, bu da ABŞ-nin böyük ştatları arasında ən yüksək məbləği təmsil edir.[308] 2017-ci il etibarıyla Nyu-York şəhərin keçmiş meri Mişel Blumberq də daxil olmaqla 103 milyarder ilə dünyanın bütün şəhərləri arasında ən çox milyarderin yaşadığı yer idi.[309] Həmçinin 2014-cü ildə ABŞ-nin ən böyük şəhərləri arasında sakinlərin 4,6%-i ilə milyonçuların sayına görə birinci yerdə olub.[310] Nyu-York sakinlərindən gəlir vergisi (təxminən 3%) alan ABŞ-nin nisbətən az şəhərlərindən biridir.[311][312][313] 2018-ci ildə Nyu-Yorkda 78.676 evsiz var idi.[314]
Nyu-York şəhəri qlobal biznes, ticarət mərkəzləri və qlobal investorlar üçün etibarlı sığınacaqdır.[11] Şəhər bəzən dünyanın paytaxtı kimi təsvir edilir. Nyu-York dünya miqyasında bank və maliyyə, pərakəndə satış, dünya ticarəti, nəqliyyat, turizm, daşınmaz əmlak, sosial media, ənənəvi media, reklam, hüquq xidmətləri, mühasibatlıq, sığorta, teatr, dəb və ABŞ-də incəsənət mərkəzidir. Nyu-York və Nyu-Cersi limanı həm də 2017-ci ildə 6,7 milyon TEU-dan çox rekord həcmdə yük daşıyan əsas iqtisadi alətdir.[316]
Digər mühüm sektorlara tibbi tədqiqat və texnologiya, qeyri-kommersiya institutları və universitetlər daxildir. Şəhərdə istehsal bir qədər zəifdir. Geyim, tekstil, aksesuar sənayesində 1950-ci illərdə 323.000-dən çox işçi işləyirdi. Bu say baxmayaraq ki, artırılmağa səy göstərilsə də, 2015-ci ildə 23.000 olmuşdur.[323] Qida emalı 19.000-dən çox işçisi ilə 5 milyard dollarlıq sənayedir.
Şokolad hər il 234 milyon dollara qədər ixracla Nyu-Yorkun aparıcı xüsusi qida ixracatıdır.[324] Sahibkarlar 2014-cü ildə Bruklində "Şokolad rayonu" təşkil ediblər.[325] Həmçinin dünyanın ən böyük şokolad istehsalçılarından biri olan "Godiva"nın baş ofisi Manhettendədir.[326]
ABŞ-nin maliyyə sənayesinin baş qərərgahı Uoll-Strit Nyu-York şəhərində yerləşir. Şəhərin qiymətli kağızlar sənayesi şəhərin maliyyə sektorunun ən böyük seqmentini formalaşdırmağa davam edir. Bir çox böyük maliyyə şirkətlərinin baş ofisi Nyu-Yorkda yerləşir və şəhər həm də artan sayda maliyyə startap şirkətlərinə ev sahibliyi edir.
Həm ümumi orta gündəlik ticarət həcmi, həm də ümumi bazar kapitallaşması baxımından müvafiq olaraq, dünyanın ən böyük fond birjaları — Nyu-York Fond Birjası, Uoll-Strit 11 və NASDAQ Aşağı Manhettendə yerləşir.[330][331] 2012-ci ildə Uoll-Stritdə investisiya bankçılığının dəyəri təxminən 40 milyard dollar idi.[332][333]
Nyu-York şəhəri ABŞ iqtisadiyyatının qlobal mərkəzi olaraq qalır.[334][335] Baş ofisi Manhettendə yerləşən bir neçə investisiya bankı və investisiya menecerləri digər qlobal maliyyə mərkəzlərinin mühüm iştirakçılarıdır.[334] Nyu-York həm də ABŞ-nin əsas kommersiya bank mərkəzidir.[336]
Dünyanın ən böyük media konqlomeratlarının çoxu da bu şəhərdə yerləşir. Manhettendə 2018-ci ildə 46,5 milyon m2-dən çox ərazini əhatə edən ofis sahəsi vardı.[337] Bu da onu ABŞ-nin ən böyük ofis bazarı edir.[338]Midtaun Manhetten isə 37,2 milyon m2-lik ofis ərazisi ilə dünyanın ən böyük mərkəzi biznes rayonudur.[339]
Nyu-Yorkda və regionda yüksək texnologiyalı startap şirkətlərinin sayı və məşğulluq artmağa davam edir. Texnologiya sektoru 2010-cu ildən şəhərin iqtisadiyyatında daha çox paya sahibdir.[341]Tech:NYC şirkəti 2016-cı ildə təsis edilmişdir. Şirkət qeyri-kommersiya təşkilatı olub, əsas məqsədi Nyu-Yorkda texnologiya şirkətlərinin artmasını və şəhərin inkişafını təmin etməkdir.[342] Nyu-Yorkda biotexnologiya sektoru da şəhərin akademik elmi tədqiqatları və maliyyə dəstəyi ilə davamlı inkişaf edir.[343][344][345]
Daşınmaz əmlak şəhər iqtisadiyyatında əsas gücdür. Belə ki 2017-ci ildə Nyu-York şəhərinin daşınmaz əmlakının ümumi dəyəri 1,072 trilyon ABŞ dolları dəyərində qiymətləndirilib ki, bu da əvvəlki illə müqayisədə 10,6% artım deməkdir.[346]Deutsche Bank Center 2006-cı ildə 1,1 milyard ABŞ dolları ilə şəhərdə siyahıya alınmış ən yüksək bazar dəyəri olan əmlakdır.[346] Nyu-York şəhəri ölkənin və dünyanın ən qiymətli daşınmaz əmlakına ev sahibliyi edir. Park-Avenyu 450 2 iyul 2007-ci ildə 510 milyon dollara, hər kvadrat metr üçün təxminən 17.104 dollara satıldı.[347]
Midtaun Manhettendə yerləşən Fifth Avenue 2017-ci ildə hər kvadrat metrinə 32.000 dollar olmaqla dünyanın ən yüksək pərakəndə satış qiyməti adını aldı.[348] 2019-cu ildə ABŞ-də indiyə qədər ən bahalı ev satışı Manhettendə 238 milyon dollar satış qiyməti ilə, üzü Sentral parka baxan 2.200 m2-lik penthaus mənzil ilə baş tutdu.[349]
Turizm 2017-ci ildə 62,8 milyon ziyarətçi qəbul edən Nyu-York şəhəri üçün mühüm sənayedir.[351] Bu sənaye 2014-cü ildə şəhərə 61,3 milyard dollarla əvvəlki illərinkindən daha yüksək iqtisadi töhfə verib.[351] Nyu-Yorka təqribən 12 milyon ziyarətçi ABŞ-dən kənardan gəlmişdir, əsas ölkələr Birləşmiş Krallıq, Kanada, Braziliya və Çindir.
"I Love New York" (I ❤ NY) həm loqo, həm də mahnı olub reklam kampaniyasının əsasını təşkil edir və 1977-ci ildən Nyu-Yorkda turizmi təşviq etmək və Nyu-York ştatını tanıtmaq üçün istifadə edilir.[352]New York State Empire State Development şirkətinə məxsus bu loqoya şəhər və ştat boyu mağazalarda və müxtəlif yerlərdə rast gəlinir, bunların bəziləri lisenziyalı olsa da, bir çoxu lisenziyalı deyil.[353]
Manhettendən kənardakı görməli yerlərə isə etnik məhəllələr; Flushing Meadows-Corona Park və Kuinsdəki Unisphere; Bronks zooparkı; Bruklindəki Coney Island və Bronksda yerləşən Nyu-York Nəbatat bağı daxildir. Manhettendə 2013-cü ilə nisbətən 10% artımla 2014-cü ildə təxminən 90.000 otel otağı var idi.[355] 2014-cü ilin oktyabrında Çin şirkəti Anbang Nyu-Yorkda yerləşən Waldorf Astoria hotelini 1,95 milyard ABŞ dollarına satın aldı və bu, dünyada indiyə qədər satılan ən bahalı otel deməkdir.[356]
Nyu-York şəhəri dünyanın media paytaxtı kimi təsvir edilir.[357][358] Şəhər ABŞ əyləncə sənayesi üçün mühüm yerdir, orada bir çox filmlər, teleseriallar, kitablar və digər media işləri nümayiş edilir.[359] 2012-ci ildən Nyu-York ABŞ-də kino və televiziya istehsalı üzrə ikinci ən böyük mərkəzdir; ildə 200-ə yaxın bəddi film istehsal edilir və bu sektorda 130.000 nəfər işləyir. Film sənayesi Nyu-Yorkda böyüməyə davam edir, 2015-ci ildə şəhərin iqtisadiyyatına 9 milyard ABŞ dolları töhfə verib.[360] Nyu-York həcminə görə müstəqil film istehsalında dünya lideridir; bütün ABŞ müstəqil filmlərinin üçdə biri orada istehsal edilir.[361][362] Müstəqil Kommersiya İstehsalçıları Assosiasiyası da Nyu-Yorkda yerləşir.[363] Təkcə 2014-cü ilin ilk beş ayında Nyu-Yorkda televiziya çəkilişləri rekord səviyyəni keçdi.[364] Nyu-York hətta 2014-cü ildə Los-Ancelesi geridə qoydu.[365]
Şəhərdə 200-dən çox qəzet və 350 jurnalın ofisi var.[362] Nəşriyyat sənayesində təxminən 25.000 işçi çalışır.[368] ABŞ-də ən çox tirajla çıxan üç milli gündəlik qəzetdən ikisi Nyu-Yorkda nəşr olunur: "The Wall Street Journal" və jurnalistika üzrə ən çox "Pulitser" mükafatı qazanan və ABŞ mediasının "rekord qəzeti" hesab edilən "The New York Times".[369] Şəhərdəki tabloid qəzetlərə 1919-cu ildə Cozef Medill Piterson tərəfindən əsası qoyukmuş "New York Daily News"[370] və 1801-ci ildə Aleksander Hamiltonun yaratdığı "The New York Post" aiddir.[371] Şəhərdə həm də 40-dan çox dildə 270 qəzet və jurnal nəşr olunan geniş etnik mətbuat var.[372] "El Diario La Prensa" şəhərdəki ən böyük və ölkədəki ən qədim ispan dilli gündəlik nəşrdir.[373] Harlemdə nəşr olunan "The New York Amsterdam News" məşhur afroamerikalı qəzetidir. Tarixən ABŞ-nin ən böyük alternativ qəzeti olan "The Village Voice" 2017-ci ildə çap nəşri dayandıracağını və tam rəqəmsal müəssisəyə keçəcəyini bildirdi.[374] Televiziya və raido sənayesi də Nyu-Yorkda inkişaf edir və şəhər iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfə verir. Üç əsas ABŞ yayım şəbəkəsinin üçü də Nyu-Yorkda yerləşir: ABC, CBS və NBC. CNN, MSNBC, MTV, Fox News, HBO, Showtime, Bravo, Food Network, AMC və Comedy Central da daxil olmaqla bir çox telekanallar da Nyu-Yorkda yerləşir. Nyu-Yorkda bir neçə "Emmi" mükafatına layiq görülmüş şoular hazırlayan ictimai yayım xidməti NYC Media fəaliyyət göstərir.[375]WBAI xəbərlər və informasiya proqramları ilə ABŞ-də fəaliyyət göstərən bir neçə sosialist radiostansiyasından biridir. Nyu-York həm də qeyri-kommersiya təhsil mediası üçün əsas mərkəzdir. ABŞ-də ən qədim ictmai televiziya kanalı 1971-ci ildə təsis edilmiş Manhattan Neighborhood Network-dur.[376][377]
Nyu-York Şəhər Təhsil Departamenti tərəfindən idarə olunan Nyu-York Şəhər Dövlət məktəbləri sistemi ABŞ-də ən böyük dövlət məktəbi sistemidir və 1700-dən çox ayrı-ayrı ibtidai və orta məktəbdə təxminən 1,1 milyon şagirdə xidmət göstərir.[378] Şəhərin dövlət məktəb sisteminə akademik və bədii cəhətdən istedadlı tələbələrə xidmət göstərmək üçün doqquz ixtisaslaşdırılmış lisey daxildir. Şəhər hökuməti Pelham Dövlət məktəblərinə Bronksun çox kiçik, ayrı bir hissəsinin təhsili üçün pul ödəyir.[379]
"The New York City Charter School Center" yeni tipli məktəblərin qurulmasına kömək edir.[380] Şəhərdə təxminən 900 əlavə özəl dünyəvi və dini məktəb var.[381]
Nyu-Yorkdakı 120-dən çox ali təhsil müəssisəsində 600.000-dən çox tələbə təhsil alır və 2020-ci ildə Nyu-York Şəhər Universiteti (CUNY) sistemində yarım milyondan çox tələbə qeydiyyatda idi ki, bu da dünya şəhərləri arasında ən yüksək saydır.[383]Dünya universitetlərinin akademik reytinqinə əsasən, Nyu-York şəhəri orta hesabla istənilən qlobal şəhərin ən yaxşı ali təhsil müəssisələrinə sahibdir.[384]
Şəhərdə aparılan elmi araşdırmaların çoxu tibb və təbiət elmləri sahəsində aparılır. Nyu-York aqlomerasiya regionu 2019-cu ildə təbiət elmləri üzrə dərc olunmuş məqalələrin sayına görə birinci yeri tutdu.[387]
"New York City Health and Hospitals Corporation" (HHC) Nyu-York şəhərində dövlət xəstəxanalarını və klinikalarını idarə edir. İllik gəliri 6,7 milyard dollar olan HHC ABŞ-də 1,4 milyon xəstəyə, o cümlədən 475.000 sığortasız şəhər sakininə xidmət göstərən ən böyük şəhər səhiyyə sistemidir.[390] HHC 1969-cu ildə Nyu-York Qanunverici Orqanı tərəfindən ictimai fayda şirkəti olaraq təsis edilmişdir.[391] HHC-də 11 tibbi xəstəxana, 5 qocalar evi, 6 diaqnostika və müalicə mərkəzi və 70-dən çox ilkin tibbi yardım məntəqəsi fəaliyyət göstərir, onlar ilk növbədə yoxsul və işçi sinfinə xidmət edir.[392]
HHC sistemində ən məşhur xəstəxana ABŞ-nin ən qədim dövlət xəstəxanası olan Belluvue xəstəxanasıdır. Bellevue ABŞ Prezidenti və digər dünya liderləri Nyu-Yorkda olarkən xəstələndikdə və ya yaralandıqda onların müalicəsi üçün təyin olunmuş xəstəxanadır.[393] 2017-ci ili avqustunda şəhərin sabiq meri Bill de Blasio 2018-ci ildən başlayaraq apteklərdə siqaret satışını qadağan edən qanun imzaladı.[394]
Nyu-York Polis Departamenti (NYPD) 35.000-dən çox and içmiş polisi ilə ABŞ-də əhəmiyyətli fərqlə ən böyük polis qüvvəsidir.[395] NYDP polisləri siyasətçilər, media və öz polis avtomobilləri tərəfindən tez-tez "New York's Finest" ləqəbi ilə tanıdılır.
Nyu-York şəhəri 2014-cü ildə ABŞ-nin ən iri şəhərləri arasında üçüncü ən aşağı cinayət sayına sahib idi.[396] Bu, 1970–1990-cı illərdəki cinayətlərin əhəmiyyətli dərəcədə azaldığını göstərir.[397] Nyu-Yorkda zorakılıq cinayətləri 1993-cü ildən 2005-ci ilə qədər 75%-dən çox azalıb, bu da bütövlükdə ölkədə artım yaşandığı dövrə azalma deməkdir.[398] Nyu-York 2002-ci ildə əhali 100.000-dən çox olan 216 ABŞ şəhəri arasında cinayət statististikasına görə 197-ci yerdə idi.[398] 1992-ci ildə şəhərdə 2245 qətl hadisəsi qeydə alınmışdır.[399] 2005-ci ildə qətl sayı 1966-cı ildən bəri ən aşağı səviyyədə idi[400] və 2009-cu ildə ilk dəfə 461-dən az qətl hadisəsi qeydə alınmışdı.[399] 2017-ci ildə zorakılıq cinayətlərində şübhəli bilinənlərin 60,1%-i afroamerikalı, 29,6%-i hispanik, 6,5%-i ağdərili, 3,6%-i asiyalı və 0,2%-i yerli amerikalı olmuşdur.[401] Nyu-York şəhərində 2017-ci ildə 292 adamöldürmə hadisəsi baş vermişdir.[402]
Sosioloqlar və cinayət araşdırmaçıları şəhərdə cinayət nisbətinin kəskin şəkildə azalmasının izahı ilə bağlı konsensus əldə edə bilməyiblər. Bəziləri fenomeni NYPD-nin istifadə etdiyi yeni taktikalarla,[403] o cümlədən CompStat-dan istifadə və sındırılmış pəncərələr nəzəriyyəsi ilə əlaqələndirirlər.[404] Digərləri isə bunu immiqrasiya, epidemiya və demoqrafik dəyişikliklərə əlaqələndirirlər.[405][406] Başqa bir nəzriyyə isə ABŞ-dəki benzinlərin içindəki qurğuşunun insanlara təsir etməsidir. 1970-ci illərdə Amerika benzinindən qurğuşun çıxarıldıqdan sonra Nyu Yorkda və digər böyük şəhərlərdə zorakılıq cinayətlərinin nisbətinin aşağı düşməyə başladığı müşahidə edildi.[407] Nyu-Yorkda adamöldürmə qətllərinin azalmasını izah etmək üçün istinad edilən başqa bir nəzəriyyə isə şəhərdə getdikcə daha rütubətli iqlimin olmasıdır.[408]
1820-ci ildən Nyu-Yorkda ortaya çıxan mafiya dəstələri XX əsrdə daha da artmışdır.[409] Mafiya dəstələrinin XXI əsrdə azaldığı müşahidə edilir.[410][411]
Nyu-York Yanğından Mühafizə Departamenti (FDNY) yanğından mühafizə, texniki xilasetmə, bioloji, kimyəvi və radioaktiv təhlükələrə qarşı ilkin cavab tədbirləri və Nyu York şəhərinin beş rayonu üçün təcili tibbi yardım xidmətləri göstərir. FDNY ABŞ-də ən böyük və Tokio Yanğından Mühafizə İdarəsindən sonra dünyada ikinci ən böyük şəhər yanğından mühafizə idarəsidir FDNY-də təxminən 11.080 uniformalı yanğınsöndürən və 3.300-dən çox uniformalı ilkin tibbi yardım və tibb işçisi çalışır. FDNY-nin şüarı "Nyu-Yorkun cəsuru"dur. FDNY-nin baş qərərgahı Aşağı Bruklində yerləşir.[412]
Yanğından mühafizə idarəsi Nyu-Yorka xas olan bir çox müxtəlif problemlərlə üzləşir. Taxta çərçivəli subay ailə evlərindən tutmuş çoxmərtəbəli binalara qədər hər cür bina növləri ilə yanaşı, Nyu-York metropolitenində də baş verən yanğınlarla qarşılaşmışdır.[413] Tərkedilmiş körpülər və tunellər, eləcə də yanğınlara səbəb ola biləcək böyük parklar və meşəlik ərazilər də qarşılaşılan məkanlanlardandır.
2013-cü ildə Nyu-York ictimai kitabxanası və Bruklin ictimai kitabxanasının texniki xidmət şöbələrinin BookOps adlı yeni departamentdə birləşəcəyi bildirildi. Bu təklif edilən birləşmə Bruklin ictimai kitabxanası üçün 2 milyon dollar və Nyu-York ictimai kitabxanası üçün 1,5 milyon dollar qənaət etməyi nəzərdə tuturdu. Həmin birləşmə baş tutmasa da, Kuins ictimai kitabxanasının nəhayət bəzi resurslarını digər şəhər kitabxanaları ilə paylaşacağı gözlənilir.[415][416]
Nyu-York şəhəri Manhettendə yerləşən Baruch Kolleci tərəfindən dünyanın mədəniyyət paytaxtı kimi təsvir edilmişdir.[417] "Nyu-York: Dünyanın mədəniyyət paytaxtı – 1940–1965" kitabı Avstraliya Milli Kitabxanası tərəfindən nəşr edilmişdir.[418][419]
ABŞ-dəki Harlem intibahı kimi çoxsaylı mühüm Amerika mədəni hərəkatları Nyu-Yorkda başlamışdır.[420][421] Şəhər XX əsrin əvvəllərində stendap komediyasının, 1940-cı illərdə cazın,[422] 1950-ci illərdə abstrakt ekspressionizmin, 1970-ci illərdə isə hip hopun vətəninə çevrildi.[423] Şəhərin pank[424] və hardkor[425] səhnələri 1970 – 1980-ci illərdə təsiredici idi.
Nyu-Yorka xas olan əsas xüsusiyyətlərdən biri onun sürətli tempidir ki, bu da "Nyu-York dəqiqəsi"[431] ifadəsini təsdiqləyir.[432][433][434] Jurnalist Volt Vitmen Nyu-Yorkun küçələrini "izdihamlı, sürətli, elektrikli" olaraq xarakterizə etmişdir.[434]
Nyu-Yorkda 2000-dən çox incəsənət və mədəniyyət təşkilatı və 500-dən çox incəsənət qalereyası var.[435] Şəhər hökuməti incəsnəti ABŞ Milli İncəsənət Fondundan daha böyük illik büdcə ilə maliyyələşdirir.[435] XIX əsrdə varlı biznes maqnatları beynəlxalq miqyasda şöhrət qazanmış Karneqi Holl və Metropolitan muzeyi kimi böyük mədəniyyət müəssisələri şəbəkəsi qurdular. Elektrikli işıqlandırmanın yaranması teatr tamaşalarının yaranmasına səbəb oldu və 1880-ci illərdə Brodvey teatrı və 42-ci küçə boyunca Nyu-York şəhər teatrları fəaliyyətə başladı. Nyu-York bir çox tamaşaların və muziklların əsas mövzusu ya da maliyyələşdiricisidir.
Brodvey tatrı bəzən "Böyük ağ yol" adlandırılan dünyadakı ingilisdilli teatrın əsas mərkəzlərindən biridir.[436][437][438][439] Midtaun Manhettenin Teatr rayonunda hər biri ən azı 500 yerlik olan 41 məkan Bordvey teatrına məxsusdur. Brodvey tamaşaları 2013–2014 mövsümündə təxminən 1,27 milyard dollar dəyərində bilet satıb ki, bu da 2012–2013 mövsümündəki 1,139 milyard dollardan 11,4% artım deməkdir.[440] Müxtəlif tamaşalar ifa edənlər Manhetten küçələrinin hamısında var.
Nyu-York şəhəri bayramlar, millətlər, insan hüquqları və idman komandalarının qələbələri də daxil olmaqla geniş mövzularda keçirilən küçə paradları ilə məşhurdur. Hər il keçirilən paradların əsas istiqməti adətən, şimaldan cənuba doğru, əsas prospektlər boyuncadır. Macy's Şükran Günü paradı dünyadakı keçirilən ən böyük paraddır,[456] Sentral parkdan başlayaraq cənuba doğru gedir;[457] parad bütün dünyada yayımlanır və milyonlarla tamaşaçı qatılır.[456] Nyu-Yorkda hər ilin mart ayında keçirilən Müqəddəs Patrik Günü paradı, iyunda LGBT Qürur marşı, oktyabrda Hallouen paradı və bir çox xalqların müstəqillik gününün şərəfinə keçirlən paradlar da daxil olmaqla müxtəlif izdihamlı paradlar keçirilir. İdman komandalarının qələbələrinin və müxtəlif qəhrəmanlıq nailiyyətlərinin şərəfinə keçirilən paradlar Brodveydən Aşağı Manhettenə qədər davam edir.
Şəhər 5 idman növündə 40-dan çox komandaya ev sahibliyi etmişdir . Dünyada indiyə qədər tikilmiş ən bahalı on stadiondan dördü (Metlayf Stadionu, Yanki Stadionu, Medison-skver-qarden və Siti-fild) Nyu-Yorkda yerləşir.[464]Medison-skver-qarden və Ebbets Fild ABŞ poçt markalarında yer almışdır. Nyu-York 1970-ci ildə dörd əsas liqanın hamısında (MLB, NHL, NFL və NBA) titul qazanan səkkiz ABŞ şəhəri arasında birinci olmuşdur. 1972-ci ildə Kosmos NASL finalını qazanaraq beş idman növündə titul qazanan ilk şəhər oldu.
Nyu York "Beysbolun paytaxtı" kimi təsvir edilmişdir.[465] Şəhərin iki Beysbol Böyük Liqa komandası Kuinsdəki Siti-filddə oynayan Nyu-York Mets[466] və Bronksdakı Yanki Stadionunda oynayan Nyu-York Yankisdir. Yankis komandası rekord sayda 27 çempionluq qazanıb,[467] Mets isə iki dəfə Dünya seriyasında qalib gəlib.[468] Şəhərdə həm də Dünya seriyasında bir dəfə qalib olmuş Bruklin Dodgers (indiki Los-Anceles Dodgers) və Dünya seriyasında beş dəfə qalib gəlmiş Nyu-York Giants (indiki San-Fransisko Giants) komandaları olmuşdur.[469] Hər iki komanda 1958-ci ildə Kaliforniyaya köçdü.[470]
Nyu-Yorkdakı ekoloji problemlərə şəhərin böyüklüyü, sıxlığı, ictimai nəqliyyatın çoxluğu və Hudzon çayının mənsəbində yerləşməsi təsir edir. Şəhər həm ölkənin ən böyük çirklənmə mənbələrindən biridir, həm də adambaşına ən aşağı istixana qazı emmisiyalarına və elektrik enerjisinə malikdir.
Nyu-York şəhərinin içməli suyu Katskill dağlarınınçay hövzəsindən gəlir.[480] Su hövzəsinin bütövlüyü və pozulmamış təbii su filtrasiya sisteminin nəticəsində Nyu-York Birləşmiş Ştatların yalnız dörd böyük şəhərindən biridir ki, onların əksəriyyətindəki içməli suyun təmizləyici qurğular vasitəsilə təmizlənməyə ehtiyac yoxdur.[481] Şəhərin su sistemi gündə bir milyard qallondan çox su keçdiyi ABŞ-nin ən böyük su sistemidir;[482] Delaver su kəmərində kiçik bir sızma bir gündə 20 milyon qallonun itirilməsinə gətirib çıxarır.[483] Şəhərin şimalındakı Kroton çay hövzəsində Nyu-York şəhərinin su təchizatını gündə təxminən 290 milyon qallon artırmaq üçün 3, 2 milyard ABŞ dolları dəyərində su təmizləyici qurduğunun tikintisi davam edir, bu da şəhərin mövcud su mənbəyinə 20% əlavə artım deməkdir.[484] Nyu-Yorkun su təchizatı sisteminin ayrılmaz hissəsi olan 3 saylı Nyu-York su tunelinin davam edən genişləndirilməsi şəhərin tarixində ən böyük əsaslı tikinti layihəsidir,[485] Manhetten və Bronksda xidmət edəcək seqmentlər tamamlandı və Bruklin və Kuinsdə xidmət edəcək seqmentlərin də 2020-ci ildə tamamlanması planlaşdırılır.[486] 2018-ci ildə Nyu-York şəhəri su sisteminin bütövlüyünü qorumaq və filtrdən keçməmiş su təchizatının təmizliyini qorumaq üçün 1 milyard dollar investisiya etdiyini açıqladı.[482]
Ümumdünya Səhiyyə Təşkilatının 2016-cı il Qlobal Şəhər Havasının Çirklənməsi Məlumat Bazasına əsasən,[487] Nyu-York şəhərinin havasında 2,5 mikrometr və ya daha az (PM2.5) ölçüdə olan hissəciklərin illik orta konsentrasiyası hər kubmetr üçün 7,0 mikroqram olmuşdur.[488] Nyu York Şəhər Sağlamlıq və Psixi Gigiyena Departamenti (NYC Health) Kuins Kolleci ilə əməkdaşlıq edərək, təxminən 150 yerdə çirkləndiriciləri ölçmək üçün "Nyu-York İcma Hava Tədqiqatı"nı (ing.New York Community Air Survey) keçirir.[489]
Nyu-York şəhəri 1898-ci ildə konsolidasiya edildiyi vaxtdan bəri mer-məclis höküməti formasına malik böyük şəhər bələdiyyəsi olmuşdur.[490] Nyu-Yorkda şəhər hökuməti ictimai təhsil, islah müəssisələri, ictimai təhlükəsizlik, istirahət obyektləri, kanalizasiya, su təchizatı və sosial xidmətlərdən cavabdehdir.
Bələdiyyə sədri və şura üzvləri dörd il müddətinə seçilir. Şəhər Şurası 51 şura üzvündən ibarət bir palatalı orqandır.[491] Bələdiyyə sədri və şura üzvləri dörd ildən bir yenidən seçilir[492] və ardıcıl iki dəfə seçilə bilərlər.[493][494]
Nyu-York Ali Məhkəməsi böyük məhkəmə prosesləri və apellyasiya şikayətlərini keçirir və Vahid Məhkəmə Sisteminin tabeliyindədir. Manhetten Ali Məhkəmənin Birinci Departamenti və Apellyasiya Şöbəsinə, Bruklin isə İkinci Departamentə ev sahibliyi edir. Şəhərdə Vahid Məhkəmə Sisteminin bir hissəsi olmayan bir neçə inzibati məhkəmələr də mövcuddur.
Şəhərin hazırkı (2022) meri Erik Adamsdır. O, 2021-ci ildə 67% səslə seçilib və 2022-ci ilin yanvarın 1-dən vəzifəsinin icrasına başlayıb.
Dövlət vəzifələrinin əsəriyyətində Demokrat Partiyasının üzvləridir. 2016-cı ilin aprel ayındakı məlumata əsasən, şəhərdə aparılmış seçkidə iştirak edən seçicilərin 69%-i Demokratlar, 10%-i isə Respublikaçılar olmuşdur.[495] Prezident Kalvin Kulic1924-cü ildə beş rayonda qalib gəldikdən bəri Nyu-York şəhəri şəhər miqyaslı və ya prezident seçkilərində Respublikaçıları seçməmişdir. 2012-ci ildə demokrat Barak Obama Nyu-Yorkda ümumi səslərin 80%-dən çoxunu toplayan hər hansı partiyanın prezidentliyə ilk namizədi oldu. Şəhərdə əlverişli mənzil, təhsil, iqtisadi inkişaf və əmək siyasəti ilə bağlı partiya proqramları mühüm əhəmiyyət kəsb edir.[496]
Nyu-York Birləşmiş Ştatlarda kampaniya maliyyəsi üçün ən mühüm mənbələrdən biridir. Siyasi töhfələr üçün ölkədəki ən yaxşı beş poçt indeksindən ən azı dördü 2004, 2006 və 2008-ci il seçkiləri üçün Manhettendə idi. 2004-cü ildə Corc Volker Buş və Con Kerrinin prezidentlik kampaniyaları üçün ən çox pulu 10021 nömrəli poçt indeksi qazandı.[497][498]
ABŞ-dəki ictimai nəqiyyatın hər üç istifadəçisindən biri əksəriyyəti gündə 24 saat xidmət göstərən Nyu-Yorkdakı ictimai nəqliyyatdan istifadə edir və ölkənin dəmir yolu sürücülərinin üçdə ikisi Nyu-York aqlomerasiya regionunda yaşayır.[499][500]
Nyu-York metropoliteni 472 stansiyası və marşrutların uzunluğu ilə ölçüldükdə dünyanın ən böyük sürətli nəqliyyat sistemidir. Honkonq,[501][502]London, Paris, Seul[503][504] və Tokio daxil olmaqla əksər şəhərlərdəki metropolitenlərə xas olan gecə bağlanmasından fərqli olaraq Nyu-York metropoliteni gündə 24 saat xidmət göstərir. Nyu-York metrosu həm də 2015-ci ildə 1,76 milyard sərnişinlə Qərb yarımkürəsinin ən işlək metrosu olmuşdur.[505] "Böyük Mərkəzi Stansiya" olaraq da adlandırılan Grand Central terminalı qatar platformalarının sayına görə dünyanın ən böyük dəmiryolu stansiyasıdır.
Nyu-Yorkda ictimai nəqliyyat vacibdir. 2005-ci ildə Nyu-York sakinlərinin 54,6%-i ictimai nəqliyyatdan istifadə edərək işə getmişdir.[506] Bu, ABŞ-nin qalan hissəsindən fərqlidir, orada sakinlərin 91%-i iş yerlərinə avtomobillə gedirlər.[507]Nyu-York Nəzarətçisinə görə, Nyu-York şəhəri ərazisində işçilər hər həftə işə getmək üçün orta hesabla 6 saat 18 dəqiqə vaxt sərf edirlər ki, bu da böyük şəhərlər arasında ölkədəki ən uzun gediş-gəliş vaxtıdır.[508] Nyu-York ABŞ-nin yeganə şəhəridir ki, burada ailələrin əksəriyyətinin (52%) avtomobili yoxdur; Manhettenlilərin yalnız 22%-nin avtomobili var.[509] İctimai nəqliyyatdan çox istifadə etdiklərinə görə Nyu-York sakinləri ailə gəlirləri ölkə üzrə orta göstəricidən daha az xərcləyirlər və digər ABŞ şəhərlərinin sakinləri ilə müqayisədə hər il nəqliyyata 19 milyard dollar qənaət edirlər.[510]
Staten-Aylend dəmir yolu sürətli nəqliyyat sistemi gündə 24 saat işləyərək yalnız Staten-Aylenddə xidmət edir. PATH sistemi Midtaun və Aşağı Manhetteni Nyu-Cersinin şimal-şərqi ilə, ilk növbədə Hoboken, Cersi-Siti və Nyuarkla birləşdirir. Nyu-York metrosu kimi PATH da 24 saat xidmət göstərir; bu da o deməkdir ki, dünyadakı 24 saatlıq cədvəl üzrə işləyən 6 sürətli nəqliyyat sistemindən üçü tamamilə və ya qismən Nyu-Yorkdadır (digərləri Çikaqo metropoliteninin bir hissəsi, Filadelfiyada xidmət göstərən PATCO Speedline və Kopenhagen metropolitenidir).
Nyu York şəhərinin ictimai avtovağzalı 7/24 işləyir və Şimali Amerikadakı ən böyük avtovağzaldır.[517] Şəhərin əsas şəhərlərarası avtobus terminalı olan Port Authority avtovağzalı gündə 7.000 avtobusa və 200.000 sərnişinə xidmət göstərir ki, bu da onu dünyanın ən işlək avtovağzalına çevirir.[516]
Staten-Aylend Ferri 2015-ci ilin iyulundan 2016-cı ilin iyununa qədər Staten-Aylend və Aşağı Manhetten arasında 8,4 km marşurutda 23 milyondan çox sərnişin daşıyaraq və gündə 24 saat işləyərək dünyanın ən işlək bərəsi olmuşdur.[522] Digər bərə sistemləri Manhetten və şəhər və aqlomerasiya regionu daxilindəki digər ərazilər arasında sərnişinlərə xidmət göstərir.
Beş boronun hamısını əhatə edən marşuruta sahib NYC Ferry 2017-ci ildə hazırlanmağa başlandı.[523] Eyni zamanda SeaStreak 2017-ci ildə xidmətə başlayan Jersey Shore və Manhetten arasında sərnişinləri daşımaq üçün 2016-cı ilin sentyabrında 600 sərnişin tutumlu yüksəksürətli lüks bərənin tikintisinə başlanıldığını elan etdi.[524]
Şəhərin nəqliyyat infrastrukturuna 13.587 sarı taksi;[525] icarə şirkətlərinin icarəyə verdikləri nəqliyyat vasitələri;[526][527] və Ruzvelt adası ilə Manhetten adası arasında sərnişinləri daşıyan kanat yoluRuzvelt tramvayı da daxildir.
Nyu-Yorkda həmçinin müxtəlif körpülər və tunellər vasitəsilə şəhərin rayonlarını bir-birinə və Şimali Cersi, Vestçester dairəsi, Lonq-Aylend və Konnektikutun cənub-qərbinə birləşdirən geniş magistral və park yolları var. Bu magistrallar Manhettenə gedən milyonlarla şəhər və şəhərətrafı sakinlərə xidmət göstərdiyindən, sürücülərin, xüsusən də pik saatlarda gündəlik baş verən tıxaclarda saatlarla hərəkətsiz qalması adi haldır.[530][531]Nyu-Yorkda tıxac qiymətlərinin 2022-ci ildə qüvvəyə minməsi planlaşdırılır.[532][533][534]
Nyu-York həm də qırmızı işıqda dönmə qaydaları ilə tanınır. Amerika Birləşmiş Ştatlarının digər bölgələrindən fərqli olaraq, Nyu-York ştatı bir milyondan çox əhalisi olan şəhərlərdə yol-nəqliyyat qəzalarını azaltmaq və piyadaların təhlükəsizliyini artırmaq üçün qırmızı işıqda sağa və ya sola dönməyi qadağan edir. Bu səbəbdən də Nyu-York şəhərində qırmızı işıqda olan bütün dönmələr bu cür manevrlərə icazə verən bir işarə olmadıqda qeyri-qanunidir.[535]
Nyu-York şəhəri dünyanın ən böyük təbii limanlarından birində yerləşir[538] və Manhetten və Staten-Aylend rayonları eyniadlı adalarla həmsərhəddir, Kuins və Bruklin isə daha böyük ada olan Lonq-Aylendin qərb ucunda yerləşir və Bronks Nyu-York ştatının əsas hissəsində yerləşir. Su ilə ayrılmış rayonların bu vəziyyəti geniş körpü və tunel infrastrukturunun inkişafına səbəb olub.
Corc Vaşinqton körpüsü Manhetteni Berqen dairəsi ilə birləşdirən dünanın ən işlək avtomobil körpüsüdür.[536][537]Verrazano-Narrows körpüsü Amerika qitəsindəki ən uzun asma körpüdür və dünyanın ən uzun körpülərindən biridir.[539][540]Bruklin körpüsü şəhərin simvoludur. Bruklin körpüsünün qüllələri əhəngdaşı, qranit və "Rosendale" sementindən tikilib və memarlıq üslubu neoqotikadır. Bu körpü həm də açılışından 1903-cü ilə qədər dünyanın ən uzun asma körpüsü olub və ilk polad məftilli asma körpüdür. Queensboro körpüsücantilever memarlığının mühüm parçasıdır. 1909-cu ildə açılmış Manhetten körpüsü müasir asma körpülərin qabaqcıllarından hesab olunur və onun dizaynı bütün dünyada uzun müddətli asma körpülərin bir çoxu üçün model rolunu oynayıb; Manhetten, Throgs Neck, Triboro və Verrazano-Narrows körpüləri yüksək texnologiya üslubunun nümunələridir.[541][542]
Manhetten adası Nyu-York şəhərinin xarici rayonları və Nyu-Cersi ilə də bir neçə tunellə bağlıdır. Nyu-Cersi və Midtaun Manhetteni birləşdirən və Hudzon çayının altından yerləşən gündə 120.000 avtomobilin hərəkət etdiyi Linkoln tuneli dünyanın ən işlək avtomobil tunelidir.[543] Tunel Nyu-York limanından keçən və Hudzon çayı ilə Manhetten estakadalarına üzən böyük sərnişin və yük gəmilərinin maneəsiz keçməsini təmin etmək üçün tikilib. Aşağı Manhetten ilə Cersi-Sitini birləşdirən Holland tuneli 1927-ci ildə istifadəyə verildiyi zaman dünyanın ilk mexaniki havalandırılan avtomobil tuneli idi.[544][545] Manhetteni Kuins və Bruklin ilə birləşdirən körpülərdə tıxacları aradan qaldırmaq üçün tikilmiş Kuins M idtaun tuneli 1940-cı ildə tamamlandığı zaman ən böyük qeyri-federal layihə idi.[546] Ovaxtkı Prezident Franklin D. Ruzvelt tuneldən keçən ilk şəxs olmuşdur.[547]Bruklin – Betteri tuneli (rəsmi olaraq Hugh L. Carey tuneli kimi tanınır) Betteri parkın altından keçir və Manhettenin cənub ucundakı Maliyyə dairəsini Bruklindəki Red Hook ilə birləşdirir.
Nyu-York şəhərində velosiped sürmək şəhər sıxlığı, nisbətən düz ərazi və "dayan-get" prinsipinə əsaslanan tıxaclı yollar ilə əlaqələndirilir.[548] Velosiped sürmək Nyu-Yorkda getdikcə populyarlaşır; 2005-ci ildə günlük velosiped səfəri 170.000 olan rəqəm on iki il sonra — 2017-ci ildə təxminən 450.000-ə qalxmışdır.[549] Nyu-Yorkda 2006-cı ildəki 826 kilometr (513 mil) ilə müqayisədə 2017-ci ildə 2145 kilometrlik (1333 mil) velosiped zolağı var idi.[549] 2019-cu ildə şəhər boyu 203 kilometrlik (126 mil) ayrılmış və ya "mühafizə olunan" velosiped zolaqları var idi.[550]
2006-cı ildə Nyu-York şəhərinin qardaş şəhərlər proqramı yeniləndi və "New York City Global Partners" adlandırıldı.[551] Nyu-Yorkun "tarixi" tərəfdaş şəhərləri tərəfdaşlıq şəbəkəsinə qoşulduqları illə aşağıdakı cədvəldə göstərilmişdir.[552]
↑1991-ci ildən 2020-ci ilə qədər qeyd olunan məlumatlar əsasında hesablanmış orta aylıq maksimum və minimum göstəricilər.
↑Sentral park üçün rəsmi hava müşahidələri 1869-cu ildən 1919-cu ilə qədər Beşinci prospektdə və 64-cü küçədə yerləşən Arsenalda, 1919-cu ildən isə Belveder qalasında aparılır.<ref>"Belvedere Castle at NYC Parks". 2014-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
↑"DDC New York". Digital Diplomacy Coalition, New York. iyul 27, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: avqust 11, 2018. Established in 2014, DDC New York has partnered with the United Nations, major tech and social media companies, multiple governments, and NGOs to bring unique programs to the area community.
↑ 123Gleason, Will. "Citing its diversity and culture, NYC was voted best city in the world in new global survey". Time Out. mart 11, 2019. May 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2019. After compiling the thoughts of over 30,000 people, both from our NYC readership and half-a-world away, New York was voted the greatest city on the planet for 2019. In a hint as to why this happened, and why now, it also lead [sic] the categories of most diverse metropolis and best culture.
"Singapore transport minister says Suez block may disrupt supplies to region". Reuters. mart 25, 2021. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 25, 2021. A container ship, almost as long as the Empire State Building is high, is blocking transit in both directions through the Suez Canal, one of the world’s busiest shipping channels for oil and grain and other trade linking Asia and Europe.
↑"Pieter Schaghen Letter". S4ulanguages.com. 1626. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 28, 2021. "... hebben t'eylant Manhattes van de wilde gekocht, voor de waerde van 60 gulden: is groot 11000 morgen. ..." ("... They have purchased the Island Manhattes from the Indians for the value of 60 guilders. It is 11,000 morgens in size ...)
↑"World Trade Center Transportation Hub". Port Authority of New York and New Jersey. yanvar 3, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. The state-of-the-art World Trade Center Transportation Hub, completed in 2016, serves 250,000 Port Authority Trans-Hudson (PATH) daily commuters and millions of annual visitors from around the world. At approximately 800,000 square feet, the Hub, designed by internationally acclaimed architect Santiago Calatrava, is the third largest transportation center in New York City.
↑"One World Trade Center". SkyscraperPage.com. Skyscraper Source Media. 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. The roof height is the same as original One World Trade Center. The building is topped out by a 124-meter (408-foot) spire. So the tower rises 1,776 feet (541-meter) which marks the year of the American declaration of Independence.
↑Nocera, Joe. "Two Days in sentyabr". The New York Times. sentyabr 14, 2012. İstifadə tarixi: May 6, 2017. On the left, that anger led, a year ago, to the rise of the Occupy Wall Street movement. Thus, Anniversary No. 2: Sept. 17, 2011, was the date Occupy Wall Street took over Zuccotti Park in Lower Manhattan, which soon led to similar actions in cities across the country. The movement's primary issue was income inequality—"We are the 99 percent", they used to chant.
↑Sorrentino, Christopher. "When He Was Seventeen". The New York Times. sentyabr 16, 2007. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 27, 2016. In 1980 there were still the remains of the various downtown revolutions that had reinvigorated New York's music and art scenes and kept Manhattan in the position it had occupied since the 1940s as the cultural center of the world.
↑"Alchemy borrows $220M for Woolworth conversion". Real Estate Weekly. iyun 15, 2016. fevral 11, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. The neo-gothic Woolworth Building was commissioned by Frank W. Woolworth in 1910 as his eponymous company's new headquarters and designed by renowned architect Cass Gilbert. The building was completed in 1913 and was for 17 years the tallest building in the world.
↑"The Reservoir". CentralPark.com. avqust 9, 2017. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: oktyabr 20, 2017. Officially named the Jacqueline Kennedy Onassis Reservoir in 1994, the Reservoir is famed for the 1.58 mile track that encircles the 106-acre body of water.
↑Foderaro, Lisa W. "How Big Is That Park? City Now Has the Answer". The New York Times. May 31, 2013. iyun 1, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 9, 2017. But the biggest loser was clearly Flushing Meadows. Previously the third-largest park in the city, it dropped to fourth place after the new analysis put its actual acreage at 897 (897.62 to be precise), down from 1,255 acres.
↑[Flushing Meadows Corona Park World's Fair Legacy; Celebrating the 50th & 75th Anniversaries of the 1939 & 1964 Fairs], New York City Department of Parks and Recreation. Retrieved fevral 9, 2017.
↑National Tennis Center Strategic Vision ProjectArxivləşdirilib 2022-05-31 at the Wayback Machine, New York City Department of Parks and Recreation. Retrieved fevral 9, 2017. "The 42-acre NTC is located within Flushing Meadows Corona Park on parkland leased by NYC Parks to USTA and is one of the world's largest public recreational tennis facilities. For 11 months of the year, NTC facilities are open to the public for indoor and outdoor tennis. The NTC is also host to the U. S. Open, one of the sport's four Grand Slam championship tennis tournaments."
↑via Associated Press. "Ladies and gentlemen, the Bronx is blooming!"Arxivləşdirilib 2019-05-02 at the Wayback Machine, NBC News, iyul 2, 2008. Retrieved fevral 9, 2017. "Despite its urban image, the Bronx has 7,000 acres of park land, about 25 percent of its total area. In addition to Yankee Stadium and the Bronx Zoo, the borough's green spaces include the New York Botanical Garden; a 19th-century garden overlooking the Hudson River called Wave Hill; and Van Cortlandt and Pelham Bay parks, where you can bird-watch, play golf and ride horses."
↑Conference House ParkArxivləşdirilib 2022-06-17 at the Wayback Machine, New York City Department of Parks and Recreation. Retrieved fevral 9, 2017. "On sentyabr 11, 1776, this house was the site of a conference between British Lord Admiral Richard Howe and Founding Fathers Benjamin Franklin, John Adams, and Edward Rutledge. The talks occurred just two months after the Declaration of Independence had been signed. With the British controlling New York City, Long Island, and Staten Island, the Americans seemed headed for defeat. Lord Howe offered to end the conflict peacefully if the American colonies would return to British control, but the Americans refused to give up their struggle for independence."
↑ 12The Encyclopedia of New York City, ed. Kenneth T. Jackson (Yale 1995, ISBN0-300-05536-6), p. 923, citing "U.S. Department of Commerce, Bureau of the Census, Census of Population 1960 (vol. 1, part A, table 28), 1970, 1980, 1990". After annexing part of the Bronx in 1874, the population of the then-New York City was 1,206,299 in 1880 and 1,515,301 in 1890, Yale University Press.
↑Semple, Kirk. "Asian New Yorkers Seek Power to Match Numbers". The New York Times. iyun 23, 2011. 2011-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 5, 2011. Asians, a group more commonly associated with the West Coast, are surging in New York, where they have long been eclipsed in the city's kaleidoscopic racial and ethnic mix. For the first time, according to census figures released in the spring, their numbers have topped one million—nearly one in eight New Yorkers—which is more than the Asian population in the cities of San Francisco and Los Angeles combined.
↑Busuttil, Shaun. "G-day! Welcome to Little Australia in New York City". KarryOn. noyabr 3, 2016. May 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2019. In Little Australia, Australian-owned cafes are popping up all over the place (such as Two Hands), joining other Australian-owned businesses (such as nightclubs and art galleries) as part of a growing green and gold contingent in NYC. Indeed, walking in this neighbourhood, the odds of your hearing a fellow Aussie ordering a coffee or just kicking back and chatting are high—very high—so much so that if you're keen to meet other Aussies whilst taking your own bite out of the Big Apple, then this is the place to throw that Australian accent around like it's going out of fashion!
↑Moreno, Tonya. "U.S. Cities That Levy Income Taxes". The Balance. fevral 2, 2017. mart 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 20, 2017. Fourteen states and the District of Columbia allow cities, counties, and municipalities to levy their own separate individual income taxes in addition to state income taxes.
↑"More Than a Link in the Food Chain"(PDF). The Mayor's Office for Industrial and Manufacturing Business. fevral 2007. avqust 31, 2008 tarixində orijinalından(PDF) arxivləşdirilib. İstifadə tarixi: sentyabr 1, 2008.
↑ 12"Department of Finance Publishes Fiscal Year 2017 Tentative Assessment Roll"(PDF). New York City Department of Finance. yanvar 15, 2016. 2022-03-14 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: noyabr 26, 2021. Today, Jacques Jiha, Commissioner for the Department of Finance, announced the publication of the Tentative Property Assessment Roll for fiscal year 2017, which shows the total Market Value for the upcoming year at about $1.072 trillion, an increase of $102.5 billion, or 10.6 percent from the 2016 Fiscal Year.
↑Quirk, James. "Bergen offices have plenty of space". The Record (Bergen County). North Jersey Media Group. iyul 5, 2007. dekabr 22, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 5, 2007. On Monday, a 26-year-old, 33-story office building at 450 Park Ave. sold for a stunning $1,589 per square foot, or about $510 million. The price is believed to be the most ever paid for a U.S. office building on a per-square-foot basis. That broke the previous record—set four weeks earlier—when 660 Madison Ave. sold for $1,476 a square foot.
↑Chauvin, Kelsy. "15 Things NOT to Do in New York City". Fodor's. mart 15, 2019. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 23, 2019. There are more than 8.6 million citizens of New York City, and they’re pretty much all in a hurry. They’re also shrewd, outspoken, and proudly able to survive in a metropolis that tends to punish the meek. The buzzing subway system alone is a symbol of how this city works: part ballet, part battlefield. Residents and visitors alike can see why New York is considered the greatest city in the world.
↑Poliak, Shira. "Adjusting To New York City". Sun Sentinel. dekabr 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: noyabr 1, 2015. Additionally, the fast-paced lifestyle of New York City demands adjusting.
↑McBeth, VR. "The Great White Way". TimesSquare.com. sentyabr 25, 2006. May 4, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: dekabr 4, 2021. Coined in 1901 by O.J. Gude, the designer of many prominent advertising displays, to describe the new light show that beckoned along Broadway, The Great White Way is a phrase known worldwide to describe Broadway's profusion of theaters in Times Square.
↑Gleason, Will. "Citing its diversity and culture, NYC was voted best city in the world in new global survey". Time Out. 11 mart 2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2019. Just look at the Queens Night Market, which began in the summer of 2015 as a collection of 40 vendors serving authentic and affordable international cuisine in Flushing Meadows Corona Park. Since then, it's steadily attracted more and more attendees and, last year, averaged 10,000 people a night. Those thousands of New Yorkers weren't just hungry for new food, but for new points-of-view. "When I first started, it was all about how can we attract people with an event that's as affordable and diverse as possible," says Night Market founder John Wang. "We've now been able to represent over 85 countries, and I'm constantly hearing examples of people branching out and trying things they've never heard of before.
↑Weinberger, Rachel; Kaehny, John; Rufo, Matthew. "U.S. Parking Policies: An Overview of Management Strategies"(PDF). Institute for Transportation and Development Policy. 2010. səh. 62. 2016-06-16 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: iyun 11, 2011. New York City is the largest, densest and most transit- and pedestrian-oriented city in the United States. It is the only U.S. city in which a majority of households do not have a car. Despite this, New York City is very much an American city in the way it under prices and under uses curbside parking meters. Meter rates are far lower than in other leading world cities, and New York suffers from high levels of cruising and double parking (p. 62) ... Nationally 90% of households own automobiles. New Yorkers own fewer at 48% with only 22% of Manhattan residents owning automobiles (p. 78)