Con Uintrop Hakett

Con Uintrop Hakett (ing. John Winthrop Hackett; d. 4 fevral 1848 – ö. 19 fevral 1916) — Avstraliyalı sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru; Qərbi Avstraliya Universitetinin yaradıcısı.[2]

Con Uintrop Hakett
ing. John Winthrop Hackett
Con Uintrop Hakett, 1897-ci il[1]
Con Uintrop Hakett, 1897-ci il[1]
Doğum tarixi
Vəfat tarixi (68 yaşında)
Dəfn yeri
  • Karrakatta qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsilə qayğısı

[redaktə | mənbəni redaktə et]

Con Uintrop Hakett tərəfindən 1911-ci ildə Qərbi Avstraliya Universitetinin yaradılması təşəbbüsü irəli sürülmüşdür.[2] O, həmin vaxt sahibkar və "Qərbi Avstraliya" qəzetinin baş redaktoru idi. Bundan sonra universitetin yaradılmasında əsas rol oynayan Kral komissiyasının sədri olur.[2] Sonradan Con Uintrop Hakett yeni yaradılmış universitetin kansleri təyin olunur.[2] C.U.Hakett şəxsi büdcəsindən Qərbi Avstraliya Universitetinin inkişafı və Pert şəhərində universitet binalarının tikintisi üçün 425000 funt-sterlinq dəyərində vəsait ayırmışdır.[2]

Uintrop Holl

Hazırda Qərbi Avstraliya Universitetinin kampusunda yerləşən bir çox binalar Con Uintrop Hakettin adını daşıyır.[2]

  1. "History of West Australia" (1897). W.B. Kimberley. Publisher: FW Niven and Co., Melbourne
  2. 1 2 3 4 5 6 Lamiyə Əliyeva, Dünya universitetləri: Qərbi Avstraliya Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 01.07.2011, № 25.  (az.)