Konkord — orta məsafəli, 4 motorlu, dar gövdəli, supersonik (səsdən sürətli) və yüksək sürətli sərnişin təyyarəsidir.
"Konkord" | |
---|---|
Tipi | Səsdən sürətli (Supersonik) |
İstehsalçı | Sud Aviasiya, British Aircraft Corporation |
İlk uçuş | 2 mart 1969 |
İstismara verilmə tarixi | 21 yanvar 1976 |
İstimarının bitmə tarixi | 26 noyabr 2003 |
İstismarçılar | Air France |
İstehsal ili | 1965 - 1979 |
Buraxılış sayı | 20 |
Vikianbarda əlaqəli mediafayllar |
Sovet istehsalı Tu-144 təyyarəsindən sonra dünyanın ikinci supersonik təyyarəsidir.
Konkord: Fransız Aérospatiale ve İngilis British Aircraft Corporation (BAC) firmalarının ortaq istehsalıdır. Layihə, Fransa və İngiltərə arasında imzalanan ikitərəfli razılaşma çərçivəsində hazırlanmışdır və təyyarənin adı da bu razılaşmaya ithafən Concorde (az. razılaşma, harmoniya, birlik) olaraq seçilmişdir.
Təyyarənin prototip istehsalına 1965-ci ilin fevral ayında başlandı. Konkord’ların 50%-i aliminumdan hazırlanmışdı. İlk sınaq uçuşu 1969-cu il 2 mart tarixində həyata keçirildi. Və yalnız 7 il sonra 1976-cı il 21 yanvar tarixində rəsmi olaraq Konkord istifadəyə verildi.
British Airways: London – Bəhreyn
Air France: Paris – Rio de Janeyro
Maksimum 120 sərnişin ilə satta 2.170 km/s sürətlə 18.300 metr hündürlükdə uça bilən Konkord, Paris – Nyu York arasını 3.5 saata qət edə bilirdi. Sərnişinlərin böyük əksəriyyətini varlı və məşhurlar təşkil edirdi, çünki Konkord ilə New York-Paris səfəri, təkcə gediş bileti 12 min dollar təşkil edirdi.
Altısı sınaq məqsədli olmaqla Konkord’dan cəmi 20 ədəd istehsal olunmuşdu. 1 ədəd Konkord’un qiyməti isə 42 milyon dollar idi. Layihənin inkişaf mərhələsində sifariş verən hava yolu şirkəti sayının daha çox olmasına baxmayaraq, 1970-ci illərin iqtisadi şərtlərinə görə bu sifarişlər bir-bir ləğv edilmişdir.
(Air Canada, Air India, American Airlines, Braniff, CAAC, Continental Airlines, Iran Air, Japan Airlines, Lufthansa, Middle East Airlines, Olympic Airways, Pan Am, Panair do Brasil, Qantas, Singapore Airlines, TWA və United Airlines, ilk mərhələdə sifariş verib sonradan ləğv edən şirkətlərdir.) Bir mühəndislik, texnologiya və aviasiya möcüzəsi olaraq qəbul edilən Konkord, ticari baxımdan tam mənasıyla böyük bir ziyan içərisində idi.
Son Konkord, 1979-cu ildə istehsal olunmuş və British Airways hava yollarında istifadəyə verilmişdir. Təyyarə son uçuşunu 2003-cü il 26 noyabr tarixində həyata keçirdi və bir daha havalanmadı. Bunun səbəbi isə Konkord’un 2000-ci ildə keçirdiyi qəza idi.
25 iyul 2000-ci ildə baş verən Air France qəzası, Konkord tarixində yeganə qəza olmaqla yanaşı dünya daxilində də böyük sensasiyaya səbəb olmuş və Konkord’ların istifadədən qaldırılmasına səbəb olmuşdur. Qəza günü Konkord’un qarşısından qalxan McDonnell Douglas Dc 10-30 tipli sərnişin təyyarəsindən qopan bir hissə Konkord sürətlənib qalxarkən sol arxa təkərinə ilişmiş və təkəri parçalamışdı. Parçalanmış təkər təyyarənin yanacaq bakına dəyərək ani alovun yaranmasına səbəb olmuşdu. Təyyarə qalxışdan 1.5 dəqiqə sonra bir otelə çırpılır. Hadisə zamanı təyyarədə olan 113 nəfərdən sağ çıxan olmamışdır. Eyni zamanda təyyarənin çırpıldığı oteldə də bir çox insan həlak olmuşdu.
Parisdəki bu qəzadan sonra Konkord, təhlükəsizlik tədbirləri səbəbiylə istifadə edilməmiş, son uçuşunu isə 2003-cü ildə reallaşdırmışdır. Qəzaya səbəb olan McDonnell Douglas Dc 10-30 təyyarəsinin məxsus olduğu Continental Airlines, qəzadan sonra 200.000 avro dəyərində cərimə olundu. Qəzadan sonra Air France, qəzada ölən sərnişinlərin yaxınlarına ümumilikdə 100 milyon avro dəyərində təzminat ödədi.
İngiltərə Hava Yolları tərəfindən hazırlanan Supersonic 27 adlı qısa filmdə təyyarənin bəzi önəmli görüntülərini görmək mümkündür.