Coracias garrulus

Dra-dra göycəqarğa (lat. Coracias garrulus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin əsl rakşilər fəsiləsinin göycəqarğa cinsinə aid heyvan növü.

Dra-dra göycəqarğa
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Növ:
Dra-dra göycəqarğa
Beynəlxalq elmi adı

Genefond əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan faunasında fəsilənin tək növüdür.

Sığırçından iridir. Ümumi rəngi yaşıl-göydür. Bel tərəfi qəhvəyi gil rənginə çalır. Quyruğu və qanadları üzərində tünd göy rənglər var. Boğazı ağdır. Adi səsi kəskin cırıltıdır "rak-rak", lakin reproduksiya dövrünün əvvəlində tez-tez "kra-kra-kra-kra" edir. Qarğa kimi ləng uçur.

Avropa, AsiyaAfrikanın şimal-qərb hissəsində yayılıb. Qışlamaq üçün hamısı Afrikaya köçür. Azərbaycana reproduksiya üçün gəlir. Aranda və dağətəyində məskunlaşır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Polibiont quşdur. Seyrək meşəni, köhnə ağac olan meyvə bağlarını, yarğan və qobular olan yarımsəhra və bozqırları, eləcə də seliteb sahələri mənimsəyir. Örtülü şəraitdə nəsil verir (ağac koğuşunda, yarğanda və tirələrdə, torpaqda qazılmış boş dəliklərdə, tikililərin çardağı altında və s.). May ayında 4-5 ağ yumurta verir, 18-19 gün kürt yatıb bala çıxarır, onları 27-28 gün yuvada yemləyib pərvaz edir. Əsas yemi çəyirtkə, şala, böcək və b. həşəratdır. Müəyyən qədər kərtənkələ, qurbağasiçan da yeyir. Faydalı quşdur.

Adi saylıdır. XIX əsrin axırı, XX əsrin əvvəllərində düzənlik rayonlarda çoxsaylı olub dağa tərəf getdikcə azalıb. Hazırkı vaxtda düzənlikdə çox yerdə adi saylı, bəzi sahədə isə hətta nadirdir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Kürqırağı tuqay meşələrinin 1950-ci illərdən sonra kəskin azalması (əsas yuva yeri), meyvə bağlarında köhnə (koğuşlu) ağacların qırılması və quruyub aradan çıxması, aqrar təsərrüfat sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizənin intensiv tətbiq edilməsi. Ona görə də indiki dövrdə yarğanlarda nəsil verən qruplar üstünlük təşkil edir.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Həşərat və siçan yeməsi fayda verir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

İUCN-in, Bern və Bonn konvensiyalarının siyahısına daxildir. Lakin Azərbaycanda xüsusi mühafizə statusu yoxdur, yalnız "faydalı fauna"ya daxildir. Əhali tərəfindən qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməli, zooloji maarifçilik daha çox yayılmalıdır.