Corc Paul Şelli (ing. George Paul Shelley) —
27 iyul 1993-cü ildə Böyük Britaniyada, Bristol şəhərində anadan olmuşdur. Kiçik yaşlarından babası ona gitara çalmağı öyrətmişdir. İlk dəfə bəxtini the X-factor musiqi yarışmasında sınayır. Səhnədə Britney Spearsin "Toxic " mahnısını ifa edir. X-factora qatıldığı zaman o həm tələbə həm də qəhvə mağazasında işləyirdi. Daha sonra isə o Triple J qrupunun üzvü seçilir və yeni qrup yaranır: Union J.[1]