Corc Floydun ölümü — 25 may 2020-ci il tarixində Minneapolisdə xidmət edən ağ dərili polis işçisi Derek Chauvinin qandallı şəkildə yerə uzanan Afroamerikan Corc Floydun boyun nahiyəsinə ən azı 7 dəqiqə dizi ilə sıxaraq öldürməsi hadisəsidir. [7]
Corc Floydun ölümü | |
---|---|
Tarix | 25 may 2020 ) |
Yeri | Minneapolis, Minnesota, ABŞ |
Koordinatlar | 44°56′03″ şm. e. 93°15′45″ q. u.HGYO |
Səbəbi | polis şiddəti[6] |
İştirakçılar | Derek Şovin, Tomas Leyn, Tu Tao və C. Aleksandr Kuenq[1][2] |
Nəticəsi | |
Qurbanlar | |
Ölənlərin sayı | 1 (George Floyd) |
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Minnesotada yerləşən Minneapolis şəhərinin cənub məhəlləsində baş verən hadisəni, hadisə şahidləri öz mobil telefonları vasitəsilə videoya çəkdilər. George Floydun dəfələrlə "Nəfəs ala bilmirəm" dediyini göstərən video sosial mediya platformalarında paylaşıldı. Hadisəyə müdaxilə edən 4 polis məmuru işdən çıxardıldı.[8]
Corc Floyd ABŞın Şimali Karolina ştatının Fayetteville şəhərində anadan olmuşdur. Texas ştatının Hyuston şəhərində yaşa dolmuş 46 yaşlı afroamerikalı.
Məktəb illərində basketbol və futbol yarışlarında iştirak etmişdir. Daha sonra "Screwed Up Click" adlı hip-hop musiqi qrupunda çıxış etmişdir. "Big Floyd" (Biq Floyd, Böyük Floyd) ləqəbi ilə tanınmışdır.[9][10]
Floydun ölümünə səbə olan və "Qəsdən adamöldürmə" maddəsi ilə həbs edilən 44 yaşlı polis əməkdaşı. 2001-ci ildən bu günə qədər Minneapolis Polis Bölməsində xidmət etmişdir.
Şovin şikayət qovluğunda, onun barəsində 2-si töhmət olmaqla, intizam şöbəsində 18 şikayət var idi. 3 dəfə polisə qarşı hücum əməliyyatında iştirak edib, baş verən əməliyyatların birində ölüm hadisəsi baş vermişdir.
Tu Tao, 34 yaşlı polis işçisi. Corc Floydun ölümü hadisəsini qəsdən etmədiyi, ancaq hadisənin məsul şəxslərdən biri olduğu və Corcun ölməsinə göz yumduğu üçün məhkəmə tərəfindən 25.000 dollar pul cəzası, işdən azad olunma və polis nəzarəti olmaqla sərbəst buraxıldı.
Tomas Kirnan Leyn və Ceyms Aleksandr Kuenq — 37 və 26 yaşlarındakı polis işçiləri. Daha sonra hadisə yerinə gələn və qətlin şahidi olan polis əməkdaşları. Əvvəlki intizam və ya onlara qarşı cinayət şikayətləri olmayan bu iki məmurun Corc Floydun qətl hadisəsində günahkar olmadığı və cəzaya ehtiyac olmadığı qərarı alınmışdır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |