Corc Floyd etirazları - ABŞ-də afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq 2020-ci il mayın 26-da başlayaraq keçirilən etiraz aksiyalarıdır. Etirazlarla əlaqədar mayın 31-də ölkənin 25 böyük şəhərində komendant saatı elan edilib. Komendant saatı Los-Anceles və Beverli-Hills (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Luisvill (Kentukki ştatı), Minneapolis və Sent-Pol (Minnesota ştatı), Reçester (Nyu-York ştatı), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pittsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənubi Karolina ştatı), Neşvill (Tennesi ştatı), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq olunub. Minnesota, Corciya, Ohayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Texas ştatlarında, o cümlədən paytaxtın Kolumbiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün ABŞ Milli Qvardiyasının əsgərləri səfərbər edilib.[2]
Corc Floyd etirazları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Başlama tarixi | 26 may 2020 | ||||||||
Yeri | |||||||||
Səbəbi | George Floydun ölümü | ||||||||
Qurbanlar | |||||||||
Ölənlərin sayı |
|
||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Mayın 25-də Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib. Hadisəni törədən polis əməkdaşları işdən uzaqlaşdırılıb. Bununla bağlı açılan cinayət işi Federal Təhqiqatlar Bürosunun iştirakı ilə davam etdirilir.
Corcun ailə üzvləri və etirazçılar isə günahkarların cəzalandırılmasını tələb edirlər. Onlar Corcun ölümündə iştirak edən 4 polisin ədalətli mühakimə olunmasını və həbs edilməsini istəyirlər. Corcun ailəsi və yaxınları bildirirlər ki, Amerikada yaşamaq qaradərililər üçün təhlükəli hala çevrilib.
Hadisədən bir gün sonra Minnesotada minlərlə etirazçı küçələrə çıxaraq polislərin həbs olunması üçün yürüş ediblər. Onlar Corc Floydun ölümündən öncəki son sözləri - "Nəfəs ala bilmirəm" yazılmış plakat qaldırıblar. Polis etirazları dağıtmaq istəyib, nəticədə qarşıdurma yaşanıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və rezin güllədən istifadə edib. Yalnız bundan sonra Minneapolis ştatının polis idarəsinə doğru yürüş edən etirazçıları ərazidən uzaqlaşdırmaq mümkün olub.[3]
Minneapolis şəhərində mayın 26-da başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib, iğtişaşlar ölkənin digər şəhərlərinə də yayılıb. Etirazların üçüncü günündə Minneapolisdə aksiyaçılar polis idarəsinə daxil olaraq, orada yanğın törədiblər. Polis isə aksiya iştirakçılarını gözyaşardıcı qaz və rezin güllələrlə ərazidən uzaqlaşdıra bilib.[4] Etiraz edən insanlar ölkənin müxtəlif hissələrində mağazaları və digər obyektləri talamağa başlayıblar.
ABŞ Prezidenti Donald Tramp etirazlar səbəbindən Antifa (antifaşist) hərəkatını terror təşkilatı kimi tanıyacağını bildirib. O, etirazların təşkilində Antifa hərəkatını ittiham edib.[5] Həmçinin Donald Tramp qubernatorları zəiflik göstərdikləri üçün tənqid etdi. O, etirazçılara qarşı daha sərt taktikalardan istifadə etməyi tələb etdi. Prezident qubernatorları qoşun və milli qvardiyanı daha fəal tətbiq etməyə çağırıb. Etirazlarda iyunun 2-ə kimi ən azı 5600 nəfər həbs olunub, azı 9 nəfər öldürülüb. İyunun 1-də Çikaqo şəhərində keçirilən nümayişlərdə bir nəfər ölüb, beş nəfər güllə yarası alıb.[6]
İyunun 4-də həbs olunanların ümumi sayı 9813-ə çatıb. Ən çox etirazçı Los-Ancelesdə saxlanılıb, təxminən 2,7 min nəfər. 28 ştatda və Kolumbiya federal dairəsində 20,4 min hərbçi asayişin qorunmasına cəlb olunub. Vaşinqton və Nyu-York daxil olmaqla, 40-a yaxın şəhərdə komendant saatı tətbiq edilib.[7]
ABŞ-də başlayan nümayişlərə dəstək məqsədilə bəzi Avropa ölkələrində aksiyalar təşkil olunub. İlk həftə nümayişçilər ABŞ-nin Berlindəki səfirliyinin qarşısında toplaşıblar. Növbəti həftə isə Paris, Afina, London və digər şəhərlərdə etiraz nümayişləri baş tutub.[8]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |