Corc Klinton (ing. George Clinton) — afro-amerikalı bəstəkar, vokalçı, gitaraçı. Ceyms Braun və Slay Stoun ilə birlikdə musiqi cərəyanı olan "fank"ı yaratmışdır. 1997-ci ildə Rok-n-rollun şöhrət zalına daxil edilmişdir.
Corc Klinton | |
---|---|
ing. George Clinton | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kannapolis, Şimali Karolina, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, söz müəllifi, gitaraçı, qrup lideri, səsyazma prodüseri |
Fəaliyyət illəri | 1955-indiyə qədər |
Janr | fank[d][1] |
Musiqi alətləri | elektron klaviatura[d] |
Albom şirkətləri | Capitol Records[d] |
Mükafatları | |
georgeclinton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Klinton 1968-ci ildə "Parliament" musiqi qrupunu yaratmışdır. Bu qrup erkən fankın pionerlərindən sayılır. "Parliament" əsasən nəfəs çalğı alətlərindən istifadə etmişdir. 1970-ci ildə Klinton Funkadelic musiqi qrupunu təşkil etmişdir. Bu qrup psixodelik gitara ifası üzrə ixtisaslaşmışdır. Parliament və Funkadelic fərqli musiqi şirkətləri ilə əməkdaşlıq etmişlər və üslub baxımından bir-birindən fərqlənmişlər. Amma hər iki musiqi qrupunun heyəti demək olar ki, eyni idi.
1990-cı illərdə P-Funk All Stars qrupunun heyətində çıxış edir və mahnılarını lentə yazdırır.
Klintonun üslubunu adətən P-Funk sözü ilə səciyyələndirirlər. Bu üslubda fankla yanaşı psixodelik rok, speys-rok və psixodelik soul elementləri də güclüdür.