Corc Makklelan - (ing. George Brinton McClellan ; 3 dekabr 1826[1][2], Filadelfiya, Pensilvaniya – 29 oktyabr 1885[1][2][…]) — ABŞ Vətəndaş müharibəsi zamanı Amerika Birləşmiş Ştatlarının ordu generalı.
Corc Makklin | |
---|---|
ing. George Brinton McClellan | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Təhsili |
|
Fəaliyyəti | ABŞ Vətəndaş müharibəsi zamanı ordu generalı |
Fəaliyyət illəri | 1846-cı ildən |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
1861-ci ildən etibarən potamak ordusunun komandanı təyin edilmişdir. ABŞ Vətəndaş müharibəsi zamanı ölkədə ən yüksək rütbəli 2 şəxsdən biri hesab edilirdi. Müharibənin ilk illərində, tərəfindən aparılan uğurlu hərbi əməliyyatlar, Makklelanın qısa zaman ərzində tanınmasına səbəb olmuşdur. Corc Makklelan Amerikada 1861 və 1865-ci illəri əhatə edən vətəndaş müharibəsi dövründə yalnız bir dəfə 1862-ci ildə Penisula döyüşlərində məğlub olmuşdur. Penisula adlı döyüş Virciniyanı ələ keçirmək uğrunda gedirdi. Döyüş zamanı Şimal ordusu Konfederasiya ordusunun generalı Robert Linin hərbi dəstələri tərəfindən ciddi müqavimətlə qarşılaşmış və geri cəkilməli olmuşdular.
Corc Makklelanin iştirak etdiyi ən önəmli və ən qanlı döyüşü Eynthem müharibəsidir. Eyinthem döyüşündə Şimal ordusu cətinliklə olsa da qalib gəlmişdir. Corc Makklelan eyni zamanda fəal şəkildə siyasətləsə məşğul olmuşdur. 1865-ci ildə ABŞ Demokrat Partiyası tərəfindən vahid namizəd olaraq göstərilmişdir. Ancaq Respublikaçılar partiyasından olan siyasi rəqibi Avraam Linkolnun seçkilərdə qalib gəlməsi, Makklelanın siyasi fəaliyyətinin uğursuzluqla nətiçələnməsinə səbəb olmuşdur. Corc Makklelan həyatının son illərində müxtəlif ölkələrə səyahət etmiş və kitab yazmışdır. Makklelan 1885-ci ilin 29 oktyabr tarixində 58 yaşında Nyu-Cersi ştatının Orenc şəhərindən qəfildən vəfat etmişdir.