Corc Merker Douson

Corc Merker Douson (1 avqust 1849[1][2]2 mart 1901[2], Ottava[3]) – Kanada geoloqu, təbiətşünas, etnoqraf. 1891-ci ildən London Kral Cəmiyyətinin üzvü, 1893-cü ildən isə Kanada Kral Cəmiyyətinin prezidenti.

Corc Merker Douson
Doğum tarixi 1 avqust 1849(1849-08-01)[1][2]
Vəfat tarixi 2 mart 1901(1901-03-02)[2] (52 yaşında)
Vəfat yeri
Təhsili
Üzvlüyü
Mükafatları Companion of the Order of St Michael and St George
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıqda keçirdiyi ağır onurğa vərəmi xəstəliyindən sonra əlil olmuşdur. 1872-ci ildə Kenqistonda Kral Dağ-mədən məktəbini bitirdikdən sonra Kvebekdə Morrin kollecində kimyanı tədris etmişdir. 1873–75-ci illərdə 49-cu paralel üzrə Amerika-Kanada sərhədində Britaniya sərhəd komissiyasının ekspedisiyasında geoloq və botanik kimi iştirak etmişdir. Bu ekpedisiyanm nəticələri haqqında onun məruzəsi Kanada geologiyasının klassik işi kimi qəbul edilmişdir.

1875-ci ildən Kanada Geologiya Xidmətinin əməkdaşı, 1895-ci ildən isə direktoru olub. Kompleks çöl tədqiqatı aparmış və Qərbi Kanadanın geoloji xəritəsini tərtib etmişdir. Onun xəritə və hesabatları Qərbi Kanadanın təbii potensialı, orada məskunlaşma, aqrar-sənayenin inkişafı, haqqında mühüm informasiya mənbəyi idi. Xəritədə qeyd olunmuş Kaynozoy liqnitləri Kanadanın meşəsiz rayonları üçün əsas yanacaq mənbəyi idi. 1887-ci il Yukon ekspedisiyası nəticəsində Yukon hövzəsində iri qızıl yataqlarının mövcudluğunu söyləmişdir. Onun etnoqrafik və paleontoloji kolleksiyaları əsasında Kanada Sivilizasiya muzeyi və Milli Təbiətşünaslıq Elmi muzeyi yaradılmışdır.

1892-ci ildən Berinq dənizinin təbii resursları üzrə Britaniya komisyoneri, 1898-ci ildən Kanada Dağ-mədən İnstitunun vitse-prezidenti, 1900-cu ildən Amerika Geologiya Cəmiyyətinin prezidenti olmuşdur. Douson şəhəri onun adı ilə adlandırılmışdır.