Corc Monk, birinci Albemarl hersoqu (ing. George Monck, 1st Duke of Albemarle; 6 dekabr 1608 — 3 yanvar 1670) — ingilis sərkərdəsi və admiralı, 1660-cı ildə İngiltərədə monarxiyanın bərpasında həlledici rola malik şəxslərdən biri.
Corc Monk | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 (16) dekabr 1608[1][2][…] |
Vəfat tarixi | 3 yanvar 1670[2][3] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şiş |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Krallıq donanması |
Xidmət illəri | 1626-cı ildən |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1654-cü ildə Oliver Kromvelin tərəfindən Şotlandiyanın qubernatoru təyin edilmiş, Kromvelin ölümündən və onun oğlu Riçard Kromvelin istefasından sonra hakimiyyəti ələ keçirən general Con Lambertin diktaturasını qəbul etməkdən imtina edərək Londona öz qoşunlarını yeritmişdir. Sonrakı proseslərdə monarxiyanın bərpasına nail olmuş və bu səylərinə görə hersoq tituluna layiq görülmüşdür.