Corc Qafarov

Corc QafarovAzərbaycanlı aktyor.

Corc Qafarov
Doğum tarixi (28 yaş)
Doğum yeri Riqa, Latviya
Vətəndaşlığı  Azərbaycan
Milliyyəti Latış
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fəaliyyəti Aktyor

Həyatı[redaktə | mənbəni redaktə et]

Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olmuşdur.[1][2] Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar.[1] Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır. 24 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir.[2]

Corc uşaq evində qaldığı müddətdə idman, rəqs və rəsmlə məşğul olur. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb bəyənir və görüşə dəvət edir.[1] Yavər Rzayev onu öz filmində baş rolda görmək istəyir.[1] Corca 11 yaşında təklif olunan filmə görə həyatı bir anlıq dəyişir və aktyorluq karyerası başlayır. O, 2014-cü ildə Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbi, 2014-2018-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğunu bitirib. Corc Qafarov 2018-2019-cu illərdə 1 illik əsgərlik ximətini bitridikdən sonra, 2019-cu il dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorluq vəzifəsinə cəlb olunmuşdur. O, 2019-cu ildə Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinə üzv seçilmişdir[3][4] və ordakı fəaliyyəti ilə birlikdə aktyorluq karyerasını da davam etdirir.Roza Zərgərli onu övladlığa götürür

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 ""Bircə tez böyüsəydim, anama, qardaşıma sahib çıxardım"". muallim.edu.az. 3 noyabr 2013. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.
  2. 1 2 3 4 "Roza Zərgərlinin aktyor oğlu Corc: "Uşaq olsam da, intim səhnələrə çəkilmişəm"". aqreqator.az. 30 may 2020. 3 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2021.
  3. "Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi". qafqazinfo.az. 24 dekabr 2019. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.
  4. "Corc Qafarov: "Anama görə yox, özümə görə seçilmişəm"". news.milli.az. 24 dekabr 2019. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-11.