İlahi məxluq (film, 2011)

İlahi məxluq — rejissor Yavər Rzayevin filmi.[1]

İlahi məxluq
Fayl:İlahi məxluq (film, 2011).jpg
Janr dram
Rejissorlar Yavər Rzayev
Ssenari müəllifləri Yavər Rzayev
Baş rollarda Nurəddin Mehdixanlı
Vəfa Zeynalova
Bəstəkar Səyavuş Kərimi
İstehsalçı "Bizim Kino" Prodüser Mərkəzi
İlk baxış tarixi 2 avqust 2011, Bakı, Azərbaycan
Filmin digər adı İlahi heyvan
Filmin növü tammetrajlı bədii film
Müddət 82 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2011
Texniki məlumatlar "Kodak" kinolenti
Dolby Digital
35 mm
Rəng rəngli

Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur.

Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır.

Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir.

Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir.

Çəkilişlər əsasən Qubanın XınalıqQalaxudat kəndlərində, Yardımlıda aparılıb[2].

Filmin Latviya və Estoniya film istehsalçıları ilə müştərək çəkilməsi planlaşdırılırdı.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Yavər Rzayev
Quruluşçu rejissor: Yavər Rzayev[3]
Quruluşçu operator : Rəsul Tənhayi
Quruluşçu rəssam : Rafiq Nəsirov
Bəstəkar: Səyavuş Kərimi
Redaktor : Ramiz Rövşən
Musiqi redaktoru : Rauf Əliyev
İkinci rejissorlar : Ənvər Həsənov, Elman Şeydayev
Montaj : Elşad Rəhimov
Qrafika : İqrar Əşrəfzadə
Geyim rəssamları : Nigar Babayeva, Niqora Əhmədova
Qrim rəssamı : İradə Gülbabayeva
Səs rejissoru : Mehman Nadirov
Səs operatorları : Zaur Məmmədov, Aslan Əlibəyov
Rejissor qrupu : Elbrus Ələkbərov, Xədicə Qarayeva, Pərviz Həsənov, Kəmalə Zəkiyeva
Operator qrupu : Məhəmməd Fəkuri, Əli Mehdəvi
Dekorçu rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov
Əlbəsə ustası : Füzuli Ağayev
Pirotexnik : Vaqif Qurbanov
Trüklərin quruluşu : Əli Məmmədov
Kaskadyorlar : Etibar Məmmədov, Əhməd Cəfərov, İlham Abbasov, Bəxtiyar Abbasov, Əli Məmmədov
Tərbiyəçi : Kəmalə Məmmədova
Təlimçilər : Alya Somkina, Vadim İqnatenkov
Kinoloq : Ədalət Şahvələdov
Çalır : Səyavuş Kəriminin Rəhbərliyi ilə İnstrumental Ansambl
Vokal : Sevda Ələkbərzadə
Musiqi üzrə operator : Nazim Kərimov
İşıqçılar : Anar Almazov, Qabil Yəhyayev
İnzibati qrup : Məhəmməd Ağabəyov, İlqar Musayev (II), Asif Ağayev, Fəxri İbrahimov, Asiman Həsənov, Pərviz Hacıyev
Sürücülər : Əkbər Həsənov, Ələkbər Abdulov, Gündüz Cəfərov, Qədir Abbasov, Elman Məmmədov, Mövlud Əhmədov, Faiq Rzayev, Əvəz Bəşirov
Prodüser : Heydər Dadaşov
İcraçı prodüserlər : Tofiq Musayev, Cavid İmamverdiyev
Line prodüser : Azər Quliyev
Nurəddin Mehdixanlı
Vəfa Zeynalova
Münəvvər Əliyeva
Corc Qafarov
Rəşad Səfərov
Mehriban Zəliyeva
Aysun Əsgərova
Leyla Məmmədova
Rəşad Məmmədov
Kəmalə Zəkiyeva
Qədir Abbasov
  1. Aliyə. “İlahi məxluq”: Keçmişlə gələcək, təbiətlə mədəniyyət arasında: [rejissor Yavər Rzayevin quruluşunda hazırlanan eyniadlı film haqqında] //Mədəniyyət.- 2013.- 20 fevral.- S. 11.
  2. "İLAHİ MƏXLUQ". 2010-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-30.
  3. Reyhan. "İlahi məxluq" filminin təqdimatı keçirildi: ["Azərbaycan" kinoteatrında rejissor Yavər Rzayevin quruluşunda hazırlanan eyni adlı filmin təqdimatı] //Mədəniyyət.- 2011.- 20 aprel.- S. 2.
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  • Sədaqət Kamal. “Veneranın qürubu: Yavər Rzayevin "İlahi məxluq" filmi haqqında qeydlər” //Mədəniyyət.-2011.- 11 may.- səh. 12.
  • Oqtay. “İlahi məxluqun izində” [Yavər Rzayevin «İlahi məxluq» filmi haqqında qeydlər] //Xalq cəbhəsi.-2012.- 3 mart.- səh. 13.
  • Kamal, S. Veneranın qürubu: Yavər Rzayevin "İlahi məxluq" filmi haqqında qeydlər //Mədəniyyət.- 2011.- 11 may.- S. 12.
  • Toğrul Abbasov. "İlahi məxluqun narahatlığı". "fokus" analitik kino jurnalı. №1 (07) may 2012 səh. 49–53
  • Aygün Aslanlı. İlahi məxluq, Avropanın qürubu, Kamran babanın sandığı. "Fokus" analitik kino jurnalı. №1 (07) may 2012 səh. 54–56.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]