Corc Vestinqauz (6 oktyabr 1846[1][2] – 12 mart 1914[1][2], Nyu-York, Nyu-York ştatı[3]) — dəmir yolu hava tormozunu ixtira edən amerikalı sahibkar və mühəndis. Elektrotexnika sənayesinin təşəbbüsçülərindən biri olan Vestinqauz ilk patentini 22 yaşında qazanıb. Karyerasının böyük bir hissəsini Pensilvaniya ştatının Pittsburq şəhərində keçirən Vestinqauz Amerika elektrik enerji sisteminin həyata keçirildiyi ilk vaxtlarda Tomas Edisonun əsas rəqiblərindən biri idi. Vestinqauzun dəyişən cərəyana əsaslanan elektrik enerji bölgüsü sistemi Edisonun sabit cərəyan üzərində təkidliyinə baxmayaraq, nəticə etibarilə üstünlük təşkil edib. O, 1911-ci ildə "dəyişən cərəyan sisteminin inkişafı ilə bağlı qüsursuz nailiyyətlərinə görə" Amerika Elektrik Mühəndisləri İnstitutunun Edison medalı ilə təltif olunub.[4]
Corc Vestinqauz | |
---|---|
Doğum tarixi | 6 oktyabr 1846[1][2] |
Vəfat tarixi | 12 mart 1914[1][2] (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vikianbarda əlaqəli mediafayllar |