Bu məqaləni vikiləşdirmək lazımdır. |
Corce Enesku (19 avqust 1881[2][3][…] – 4 may 1955[2][3][…], VIII arondisman, Fransa[4]) — Rumıniya bəstəkarı və musiqiçisi.
CORCE ENESKU | |
---|---|
rum. George Enescu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Liven, Rumıniya |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Janrlar | opera, simfoniya, kamera musiqisi |
Musiqi alətləri | skripka, piano |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar.
Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir.
Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.
2006-cı il oktyabrın 11-də Bakıda, 8-ci mikrorayonda müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun abidəsinin təntənəli açılışı olmuşdur.[5]