Kamera musiqisi

Kamera musiqisi — böyük olmayan musiqi kollektivi tərəfindən ifa edilən instrumental və ya vokal musiqidir [1].

XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, qoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar.  Kamera musiqisi anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcud olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqi janrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniyaoratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.

  1. Baron, John Herschel. Intimate Music: A History of the Idea of Chamber Music. Pendragon Press. 1998. ISBN 1-57647-018-0.