Coruri məbədi

Coruri məbədi (浄瑠璃寺, Coruri-ci?) və ya Kutay məbədi (九体寺, Kutay-ci?)Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi.[1] Buddizmin Şinqon Ritsu sektasına aiddir.[1] XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır.[1]

Şinqon Ritsu buddizmi
Cururi məbədi
Coruri-ci (浄瑠璃寺?)
Din
İlahi gücü Amidanın doqquz surəti
Yerləşməsi
Ölkə
Bölgə Kioto prefekturası
Yeri Kamo qəsəbəsi
Memarlıq
İnşa tarixi 1047
Tikdirəni Qimyo Şonin
Üslubu Heyan
Coruri məbədi xəritədə
Coruri məbədi
Coruri məbədi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir.[1] Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur.[1] Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir.[1]

Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir.[1] Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir.[1]

Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür.[1] Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.[1] 19,8 metr uzunluğunda və 7,2 metr enindədir.[1] Uzunsov forması Amidanın 9 təsvirinə ev sahibliyi etməyə imkan verir.[1] Bu heykəllər mərkəzi doqquş aşırım boyunca düzülmüşdür.[1] Əsas zalın tavanı yoxdur, daxili damın alt tərəfində yerləşən çatmalar görünür və öndən daxil olan işıq şüaları heykəllərin başları üzərinə düşür.[1] Mərkəzi fiqur digərlərindən daha böyükdür və Coço üslubundadır.[1]

Əsas zal Heyan dövrünün son illərinə aid olan Şitenno heykəllərinə də ev sahibliyi edir.[1] Sərv ağacından yonulmuş, rənglənmiş və qızıl folqa zolaqları ilə bəzədilmiş bu heykəllər Tan üslubundadır.[1] Ən məşhuru 1212-ci ilə aid edilən Kiçicoten heykəli hesab olunur.[1] Bu heykəl müxtəlif daş-qaşlarla bəzədilmişdir.[1]

Gölməçənin sahilində yerləşən üçmərtəbəli paqoda məbədə 1178-ci ildə İçico Omiyadan köçürülmüşdür.[1] Paqoda Yakuşinin surətinə ev sahibliyi edir və interyeri ezoterik motivlərlə rənglənmişdir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild. Tokio: Kodansha. 1983. səh. 77. ISBN 0-87011-624-7. İstifadə tarixi: 29 iyun 2022.