Corydalis alpestris

Dağ mahmızlaləsi (lat. Corydalis alpestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Dağ mahmızlaləsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdə sadə və ya budaqlıdır, 5-15 sm hündürlükdə, aşağı hissədə pulcuqlu, 2-3 yarpaqlıdır. Bu yarpaqlar uzun saplaqlı, üçbölümlü, yuxarı yarpaqlar oturaq, kiçilmişdir. Çiçəklər 2-5 ədəd olmaqla kiçik başcığa toplanmışdır. Çiçək tacı göyümtül, bəzən çəhrayi-bənövşəyi, çox nadir halarda ağımtıl, 15-20 mm uzunluqda, düz, küt, 1,5 dəfə yarpaq ayasından uzundur. Qutucuq 10-15 (5) mm uzunluğunda, uzunsov və ya xətvari-ellipsşəkillidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi iyun, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında rast gəlinir.

Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin və təbii bərpasının, ətraf mühit amillərinin dəyişilməsindən və antropogen təsirlərdən asılıllığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (əsasən otlaqların sistemsiz otarılması) və iqlim dəyişilmələri.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayıldığı ərazilərdə yasaqlıqların təşkil edilməsi və növün monitorinqinin aparılması, toxumlarının yığılması təklif olunur.