Marşal mahmızlalәsi (lat. Corydalis marschalliana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Marşal mahmızlalәsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Marşal mahmızlalәsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yarpaq olmur, yuxarı hissədə isə iki ədəd yarpağı vardır. Kök yumruları orta ölçüdə, kələ-kötür şarşəkilli, yaşlaşana yaxın isə oyuq olurlar. Qısa saplaqdakı yarpaqların ayası enlidir və ikiqat üç qovuşuq hissədən ibarətdir; dlimləri ellipsvari və yaxud uzunsovdur, ön hissədən bütöv və sivriləşmişdir. Çiçək seyrək salxımda toplanmışdır. Çiçəkaltlığı bütöv, yaşıl rəngli, uzunsov və ya yumurtaşəkilli olub, iridir və 2-3 dəfə çiçək saplağını ötüb keçir. Tacın uzunluğu 22-25 mm, sarı və ya sarımtıl-çəhrayıdır, xarici ləçəkləri çəhrayı, daxili ləçəkləri isə sarıdır. Qutucuq uzunsovdur, sivri uclu, əyilmiş və yaxud asılmış halda olur, uzunluğu 15-20 mm-dir. Mart ayında çiçəkləyir. Aprel ayında meyvə verir.
BQ (Quba), BQ qərb, BQ şimal, KQ şimal, KQ mərkəzi, Lənkəran ovalığı, Lənkəran dağ. - aşağı dağ qurşağından, orta dağ qurşağına qədər.
Dağ meşələrində rast gəlinir.