Xoşiyli dovşanalması (lat. Cotoneaster suavis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Xoşiyli dovşanalması | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Xoşiyli dovşanalması |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Vətəni Şərqi Sibirdir. Hazırda "Qırmızı kitab"a salınmışdır.
Parlaq dovşanalması həmişəyaşıl koldur. Budaqları düz dayanandır. Bir il ərzində 2 m-dək böyüyür. Yarpaqlar sıx, yaşıl rəngli, payızda al-qırmızı olur, uzunsovdur. Çiçək qurupları çəhrayı, kiçik, bir saplaqda 5-8 çiçək olur. Çiçəkləmə mayın axırları başlayır və iyunun ortalarınadək davam edir. Çiçəkləmədən sonra yumru meyvələri əmələ gəlir. Meyvələri payızadək gövdələrdə qalır. Dovşanalaması həyatının dördüncü ilində meyvə verməyə başlayır.
Kölgədə, istənilən torpaqda bitə bilər. Soyuğa davamlıdır, quraqlıq və yüksək nəmişlikdən qorxmur. Şəhərin çirkli havasına dözür.
Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Payızda landşaft dizaynında parlaq dovşanalmasından əsasən canlı hasarlarda tez-tez istifadə edilir. Təxminən 50 il yaşayır. Payızda kolun möhkəm köklərindən yamacların bərkidilməsi üçün istifadə etmək olar. Çoxlu yarımnövü vardır.