Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[1][2][…], Peşt[d], Peşt medyesi[3] – 6 mart 1867[1][2][…], Peşt[d], Peşt medyesi[4][3]) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir.
Cozef Hild | |
---|---|
mac. Hild József | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 dekabr 1789[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 mart 1867[1][2][…] (78 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı[5] |
Vətəndaşlığı | |
Təhsili |
|
Atası | Yanoş Hild[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, Florensiya və Milan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı. Bunun əsas səbəbi şəhərinin yenidən inşa edilməsində oynadığı mühüm rol olmuşdur. 1845-ci ildə Cozef Hild Budapeşt şəhərinin baş memarı vəzifəsinə təyin edildi.
Hildin klassik üslubu XIX əsrdə Budapeştin yenidən formalaşdırılmasına böyük təsir göstərdi. Sonrakı 10 illərdə tarixi tərzdə müxtəlif layihələr hazırlasa da, Hildə şöhrət gətirən əsərləri əsasən neoklassik üslubdadır, xüsusilə də kilsələr. Onun işlədiyi layihələr əsasında tikilən binalar: Budapeşt şəhərində:
Esterqom şəhərində
Eqer şəhərində
Çeqled şəhərində