Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi.
Pnevmoniya | |
---|---|
| |
| |
XBT-10 | J , J , J , J , J , J , J , P |
XBT-9 | - , |
XBT-9-KM | 483.8[1], 486[1], 484.8[1], 483[1] |
DiseasesDB | 10166 |
MedlinePlus | 000145 |
eMedicine | topic list |
MeSH | D011014 |
Vikianbarda əlaqəli mediafayllar |
Gedişinə görə kəskin və xronik olur.
Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rəngi alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100–120 vurur, arterial təzyiqi aşağı düşür. Yuxusu çəkilir, dilinin üstü quru ərplə örtülür, sayıqlama, iştahasızlıq, ürəkbulanma və qusma müşahidə olunur. Qanda leykositlərin sayı artır, eritrositlərin çökmə reaksiyası sürətlənir; sidiyin miqdarı azalır, xüsusi çəkisi isə artır. Krupoz pnevmoniyada bəzi ağırlaşmalar (məsələn, plevranın quru və ya eksudatlı iltihabı, ağciyərin irinləməsi, kollaps, ürək çatışmazlığı və s.) müşahidə oluna bilər.
Ocaqlı pnevmoniyada iltihab prosesi ağciyərin müəyyən nahiyəsində gedir. Bu xəstəliyi stafilokoklar, streptokoklar, Fridlender çöpləri və s. törədir. Qızılca, göyöskürək, qarın yatalağı və s. infeksion xəstəliklər, eləcə də bə'zi viruslar ocaqlı pnevmoniyaya səbəb ola bilər. Soyuqdəymə, yorğunluq və s. də xəstəliyə şərait yaradır. Ocaqlı pnevmoniya başladıqda temperatur yüksəlir (37–39°S), xəstə süstləşir, öskürür, bəlğəm ifraz edir, iştahası pozulur, bəzən üzü və dodaqları uçuqlayır. Viruslu ocaqlı pnevmoniyalardan qripoz pnevmoniya, ornitoz və psittakoz pnevmoniyalara təsadüf edilir. Psittakoz insana tutuquşudan, ornitoz isə göyərçin, ördək və s. quşlardan keçir. Viruslar quş zılı ilə xarici mühitə düşür və quruyub toz halına keçdikdə havadan insanın tənəffüs yollarına daxil olub, ağciyər iltihabını törədir. Ocaqlı pnevmoniyalar infeksiyasız da baş verə bilər.
İnterstisial pnevmoniyada iltihab prosesi ağciyərin birləşdirici ara toxumasında gedir. Həmin xəstəlik ağciyər iltihabının başqa formalarına nisbətən uzun sürür.
Quru öskürək bu xəstəliyin başlanğıc mərhələsi üçün xarakterikdir. Bir layman bunu adi bronxit ilə qarışdıra bilər: bir neçə gündən sonra bəlğəm görünəcək, xəstə özünü daha yaxşı hiss edəcək.[2]
Pnevmoniyanı tə'yin etmək çətin ola bilər. Adətən soyuqdəyməyə oxşar simptomlarla keçir və xəstələr adətən daha ağır halda olduqlarını tə'yin edə bilmirlər. Döş qəfəsində ağrı bir çox pnevmoniyaların ümumi simptomudur. Pnevmoniya simptomları onun törədicisindən asılı olaraq dəyişə bilir:
Maraqlıdır ki, yüksək risk qrupuna daxil olan yaşlı, immun sistemi zəif xəstələrdə simptomlar fərqli ola bilər, məsələn temperatur yüksəlmə əvəzinə aşağı düşə bilər. Bakterial pnevmoniya adətən ağciyərin ancaq bir payına aid ola bilir. Bu lobar pnevmoniya adlanır.
Mikoplazam pnevmoniyaları məktəb uşaqları və gənclər arasında daha çox yayılıb. Antibiotiklərlə müalicəyə həssadırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.
Sizin ağciyərləriniz membranla əhatə olunmuşdur ki, bu da plevra adlanır. Hər ağciyər paylara bölünüb: sağ 3 paya, sol isə 2 paya. Nəfəs alarkən hava traxeya vasitəsilə ağciyərlərə dolur. Ağciyərləriniz daxilində bronx adlanan havaaparıcı yollar var. Bronxlar özləri də alveollarla bitən bronxiollara bölünür.
Sizin orqanizminiz ağciyərlərinizi qorumaq funksiyası ilə təchiz olunub. Adətən insanlar tez-tez müxtəlif infeksiyalara yoluxurlar, lakin orqanizmimizin müdafiə funksiyası xəstəliyin əmələ gəlməsinin qarşısını alır. Məsələn burun seliyi özü bir çox mikroorqanizmləri ağciyərlərə keçməkdən saxlayır.
Hətta mikroorqanizm daxilə keçəndən sonra belə ağ qan hüceyrələri, yəni leykositlər bu mikroorqanizmi məhv edirlər. Lakin yığılıb qalmış patogen mikroorqanizmlər, ağ qan hüceyrələri alveollarda iltihab törədir. Bu da tənəffüsdə olan çətinliyə gətirib çıxarır. Pnevmoniyaların təsnifatı:
Çox vaxt törədiciyə görə təsnif olunur:
Belə xəstələr üçün səbəblərdən biri də qastroezofageal reflux ola bilər. Bu mədənizin möhtəviyyatının nefes borusuna düşdüyü zaman baş verir. Və bu da pnevmoniyaya səbəb ola bilər.
Digər səbəb çox alkohol içmək ola bilər. Huşsuz adam görsəniz, nəfəs borusuna yemək qalıqlarının aspirasiyası ola biləcəyini ehtimal edin. Opportunistik organizmlər tərəfindən törənən pnevmoniyalar. Bu tip pnevmoniyalar immun sistemi zədəli olan xəstələr üçün təhlükəlidir. Belə ki, bu tip pnevmoniyalarda sağlam insanlar üçün təhlükəli olmayan mikroorqanizmlər, AİDS-li xəstələrdə, transplantasiya olunan xəstələrdə çox təhlükəli ola bilər.
Müxtəlif patogenlər. Quş qripi və bir sıra kəskin respirator sindrom yaradan viruslar bəzən sağlam insanlar üçün də ölümcül təhlükə yarada bilər. Risk faktorları
Ciddi pnevmoniya həyati təhlükəli ola bilər. Odur ki, həkimə müraciət etməkdən çəkinməyin. Əgər öskürək, təngnəfəslik, sinədə ağrı, qızdırmanız varsa, mütləq həkimə müraciət edin. Xüsusən də əgər sizin 60-dan çox yaşınız varsa, orqanizminiz alkohol, siqaret, kimyəvi terapiya ilə zədəlidirsə, həkimə müraciət etməyə yubanmayın.
Həkim sizin ağciyərlərinizə qulaq asacaq. Sonra çox ehtimal ki, döş qəfəsinizi rentgen etməyi təklif edəcək. Siz həm də qan testləri edəsi olacaqsınız.
Pnevmoniyanın sizin üçün nə dərəcədə ağır olub-olmaması sizin ümumi sağlamlığınızdan və pnevmoniyanın tipindən asılıdır. Əgər siz cavan və sağlamsınızsa, pnevmoniyanız asanlıqla müalicə oluna bilər. Amma, əgər ürək və ağciyər problemləriniz varsa, xüsusən də siqaret çəkirsinizsə, onda xəstəliyin müalicəsi uzun çəkə bilər. Bə'zi hallarda isə ağırlaşmalarla üzləşə bilərsiniz ki, bu da həyati təhlükəli ola bilər.
Bəzən maye plevranın ağciyərləri və döş qəfəsini örtən hissələri arasında normadan artıq yığılaraq plevrit əmələ gətirir. Bu adətən pnevmoniyalar zamanı baş verir ki, həmin maye iltihablanır və normadan artıq toplanır. Bu halda həmin mayeni xaric etmək üçün qabırğalar arası boru yerləşdirilir. Ağciyər absesi. İrin ilə dolu boşluqdur. Adətən pnevmoniya olan sahənin ətrafında əmələ gəlir. Antibiotiklərlə müalicə olunur, lakin bəzən cərrahi əməliyyata ehtiyac olur.
Əgər hər iki ağciyər prosesə qoşulubsa bəzən süni tənəffüsə ehtiyac olur.
Müalicə pnevmoniyanın növündən asılıdır:
Əlavə olaraq temperatur salan dərmanlar, ağrını azaldan dərmanlar, öskürək əleyhinə dərmanlar verilə bilər. Lakin öskürək əleyhinə dərmanları çox vermək olmaz, çünki öskürək özü bəlğəmi təmizləmək üçün mühüm vasitədir.
Əgər sizdə kəskin pnevmoniyadırsa xəstəxanada yerləşdirilib tənəffüsünüz rahatlaşması üçün sizə oksigen verilə bilər. Oksigenə ehtiyac yoxsa evdə də müalicə ala bilərsiniz.
Müalicədən bir müddət sonra tam müalicə olunanadək bir neçə dəfə müayinəyə getməyiniz məsləhətdir.
Adətən xəstəlik sizin immun sisteminizin zəifliyindən əmələ gəlir. Və xəstəlik adətən başqalarından sizə yoluxmur. Bunu qarşısını almaq üçün: