Cozef Pulitser (10 aprel 1847[1][2][…] – 29 oktyabr 1911[1][2][…], Çarlston, Cənubi Karolina, ABŞ[4]) — macar əsilli publisist və jurnalist.
Cozef Pulitser | |
---|---|
Doğum tarixi | 10 aprel 1847[1][2][…] |
Vəfat tarixi | 29 oktyabr 1911[1][2][…] (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı, naşir, jurnalist |
Fəaliyyət illəri | 1865–1907 |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Cozef Pulitser Macarıstanın Mako şəhərciyində doğulub. Uşaqlığı Budapeştdə keçib, elə orada da hərbi qulluğa girib. 1864-cü ildə – 17 yaşı olarkən ABŞ-yə mühacirət edən Pulitser Şimal Ordusunun tərkibində muzdlu kimi vətəndaş müharibəsinin iştirakçısı olub. Müharibə bitəndən sonra San-Luiz şəhərinə köçüb və 21 yaşında orada nəşr olunan almandilli "Westliche Rost" qəzetində müxbir işinə düzəlib. Artıq 3 il sonra Pulitser qəzetin həmsahiblərindən birinə çevrilib, ancaq öz payını böyük pula satıb.
1871-ci ildən o, siyasətlə maraqlanmağa başlayıb. Hələ 22 yaşı olarkən Missuri ştatının qanunverici orqanına seçilib. 1871–72-ci illərdə öz ştatında Liberal Respublikaçılar Partiyasının bölməsini yaratmağa köməklik göstərib. 1872-ci il prezident seçkisində partiyanın namizədi Qaras Qrili uğursuzluğa düçar olandan sonra Pulitser siyasi yönümünü dəyişərək demokratlar tərəfə keçib.
1878-ci ildə Pulitser almandilli "Disratch və Rost" qəzetlərinə nəzarətə nail olub. Bu qəzetlərin tirajlarının sürətlə artması və "Rost-Disratch" nəşr qrupunda birləşdirilməsi sayəsində Pulitser San-Luizdə ən nüfuzlu qəzet maqnatına çevrilib.
5 oktyabr 1882-ci ildə "Rost-Disratch" Baş redaktoru Pulitserin siyasi opponentlərinin əleyhinə radikal yazılar yazır. Yaranan qalmaqal, üstəlik də sağlamlığının zəifləməsi Pulitseri Hyu-Yorka köçməyə məcbur edir.
10 may 1883-cü ildə Pulitser əvvəllər maliyyəçi Cey Qaulda məxsus olan "World" qəzetini alır. Onun redaktorluq istedadı sayəsində qəzet demokratların Nyu-Yorkdakı ruporuna çevrilir. Daha 4 il sonra o, əlavə olaraq "Evening World" qəzetinin çapına başlayır.
Pulitserə öz qəzetlərinin tirajını artırmağa kömək edən metod çox sadə və effektli idi. Onun qəzetlərinin səhifələrində siyasi korrupsiya qalmaqalları haqda yazılar, jurnalist təhqiqatları, müxtəlif sahələrdən sensasiyalar, bir qədər yumor və bol-bol reklam özünə yer tapırdı. Daha sonra Pulitser buraya idman xəbərləri, qadınlar üçün səhifələr və parlaq illüstrasiyalar da əlavə etdi. Beləliklə, Pulitserin qəzetlərində hər şey vardı – şayiələrdən başlamış ciddi siyasi analizlərə qədər.
İspaniya-ABŞ müharibəsi başlayanda Pulitserin "World" qəzeti Uilyam Hertsə məxsus "New York Morning Journal" ilə kəskin rəqabətə girdi. Məhz bu mübarizə "sarı mətbuat" ("yellow journalism") termininin yaranmasına səbəb oldu. Bu termin qəzetlərin rəqabətdə əl atdıqları üsulların xarakteristikasını əks etdirirdi.
Gərgin fəaliyyət Cozef Pulitserin səhhətini zəiflətdi – o, görmə qabiliyyətini itirməyə başladı, üstəlik, mütəmadi əsəb sarsıntılarından üzülməyə başladı. Ona görə də 1887-ci ildə 40 yaşlı Pulitser Baş redaktor postunu tərk etdi, 3 il sonra isə naşirlik fəaliyyətindən əl çəkdi və yalnız siyasətlə maraqlanmağa başladı.
O,29 oktyabr 1911-ci ildə dünyasını dəyişdi. Onun vəsiyyətnaməsi bütün jurnalist aləmi üçün gözlənilməz oldu. Pulitser Kolumbiya Universitetində onun hesabına jurnalistika məktəbi yaradılmasını və illik mükafat (Pulitser mükafatı) təsis olunmasını vəsiyyət etmişdi.
Həmin mükafat 1917-ci ilin mayından başlayaraq təqdim olunur. Qaliblər barədə qərarı Kolumbiya Universitetinin təyin etdiyi jüri (Pulitzer Prize Board) qəbul edir. Hər il 25 mükafat təqdim olunur.