Krim Paff (ing. Creme Puff; 3 avqust 1967, Austin, Texas, ABŞ — 6 avqust 2005, orada.) — 38 il 3 gün yaşayan bir pişik. Ginnesin Rekordlar Kitabına 2010-cu ilə qədər qeydə alınan ən uzun ömürlü pişik kimi daxil edilmişdir[1] .
Creme Puff (Krim Paff) | |
---|---|
Cinsiyyəti | Dişi |
Ölkə | ABŞ |
Sahibi | Jake Parry (Ceyk Perri) |
Mükafatları | Ginnesin Rekordlar Kitabı |
Dünyanın ən uzun ömür sürən pişiyinin İngiltərənin Cənubi Uelsdəki Lanelli şəhərində yaşayan Luci adlı bir pişik olduğu iddia edilirdi. O, 2015-ci ildə 43 yaşında öldü, ancaq bu rekord təsdiqlənməmiş və Ginnesin Rekordlar Kitabında qeyd olunmamışdır[2].
Krim Paff, sahibi Ceyk Perri ilə birlikdə ABŞ-nin Texas, Ostin (Austin)[1] şəhərində yaşayırdı. Perri ayrıca Granpa Reks Allen adlı bir Sfinks pişiyinə də sahib idi. Granpa'nın 1964-cü ildə Parisdə doğulduğuna və 1998-ci ildə 34 yaş 2 aylığında öldüyünə inanılır. Pişik ölümündən sonra 1999-cu ildə "Cats and Kittens" jurnalı tərəfindən "İlin pişiyi" adına layiq görülmüşdür. Granpa əvvəllər rekordu Krim Paff tərəfindən qırılana qədər ən uzun ömür sürən pişik kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür . Bir çox mütəxəssisin fikrincə, Perri pişiklərinin uzun ömür sürməsinin sirri, digər şeylər arasında bekon, yumurta, qulançar və brokkoli daxil olan xüsusi pəhrizləridir[3] .
Yazıçı Barbara Brady, qəhrəmanlarından biri Krim Paff[4] olan "Once Upon A Hunch" adlı roman yazıb.