Cuçi xaqan

Aşina Cuçi (走其可汗) (v. 679, Çanqan) — Çumuğun tayfasının rəisi, Tan sülaləsinə qarşı üsyan başlatmış Göytürk şahzadəsi.

Cuçi xaqan
676 – 679
ƏvvəlkiXallıq İşbara Yabqu xaqan
SonrakıTuçi xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Dini Tenqriçilik

Digər xaqanlarla geneolojik əlaqəsi məlum deyil. Aşina Mişenin ölümündən sonra 671-ci ildə Nuşibilərə xan təyin olunmuşdu. Özünə kifayət qədər dəstək alandan sonra 676-cı ildə Çinə qarşı üsyana başlamış, özünü xaqan elan etmişdi. Çinlilər onu Şisinq xaqan (阿史那施於北庭) adı ilə tanıyırdılar.

Cuçinin Çinə qarşı əsas müttəfiqi Tibet imperatoru Mansonq Maçen və Li Çefu idi.679-cu ildə Pen Sinçzyanın rəhbərlik etdiyi Çin ordusuna məğlub oldu və öldürüldü.