Cubqa

CubqaKrasnodar diyarının Tuapse rayonunda şəhər tipli qəsəbə (kurort qəsəbəsi). Cubqa şəhər qəsəbəsinin inzibati mərkəzi.

Cubqa
rus. Джу́бга
44°19′06″ şm. e. 38°41′01″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Rayon Tuapsinski rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1864
Mərkəzin hündürlüyü 14 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 5.574 nəfər (2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86167
Poçt indeksləri 352843, 352844
Xəritəni göstər/gizlə
Cubqa xəritədə
Cubqa
Cubqa
Cubqa xəritədə
Cubqa
Cubqa

Qəsəbə Qara dənizin Cubqa körfəzinin sahilində və Cubqa çayının mənsəbində yerləşir. Ərazidə enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük edir. Rayon mərkəzindən 52 km şimal-qərbdə — Tuapse şəhəri yerləşir. Krasnodardan Cubqaya Adıgeysk, Qoryaçıy Klyuç və Xrebtovı marşrutu ilə 108 km uzunluğunda avtomobil yolu gəlir.

Cubqa çimərlikləri əsasən qumlu və qumlu-çınqıldır. Burada düşərgələr, avtoturizm bazaları və "Qolubaya buxta", "Qornı vozdux", "İnal" kimi müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərir. Müxtəlif pansionatlar da var.

Cubqa Aralıq dənizi iqlim zonasına daxildir. Yanvar ayının orta temperaturu +3,6 °C, iyul ayının isə 23,2 °C-dir. İllik yağıntıların miqdarı 1042 mm-dir. Yağıntılar əsasən payız-qış aylarında düşür.[1][2]

Ərazinin yerli əhalisi adıqlar Cubqa və çayın adın (adıq Жьыу́бгъу) kimi tələffüz edirlər.. Ən çox ehtimal edilən versiyaya görə, bu toponim zhybge (adıge zhy — "külək"; ubgun — "yaymaq") sözünə uyğundur. Tərcümədə — "yayılan külək" və ya — "gecə gözəli" deməkdir[3]. Toponimin mənşəyinin şapsuq variantı da var — zhequpdan — "düz yer". Toponimin hər iki tərcüməsi ərazinin coğrafi təsvirinə uyğundur. Çünki Cubqa çayının aşağı axınında vadi genişlənir və düz relyefdə axır.

Qəsəbə XIX əsrdə Kiçiq Şapsuqinin əsas mərkəzlərindən biri olmuş.[4] Qafqaz müahribəsindən sonra, 1864-cü ildə Cubqa kəndinin əsası qoyulmuşdur. Əvvəlcə kənd çayın mənsəbindən 2 km aralıda müasir Staniçka mikrorayonunun yerində yerləşirdi.

1904-cü ildə dövlət təhsil müəssisəsi olan kilsə məktəbinin binası tikildi. Yeni məktəb tikildikdən sonra hərbçilərin ixtiyarına verilmiş. Böyük Vətən Müharibəsi illərində xəstəxana kimi istifadə edilmişdir. 1965-ci il iyulun 13-də Cubqa kəndinə kurort kəndi statusu verildi.

2021-ci ilin siyahıyaalınmasına görə Cubqada 5574 nəfər yaşayır. 2002-ci ilin məlumatına görə milli tərkib belədir[5]:

  • ruslar — 3 505 nəf. (66,8 %),
  • ermənilər — 1 138 nəf. (21,7 %),
  • ukraynalılar — 225 nəf. (4,3 %),
  • digərləri — 378 nəf. (7,2 %).
  1. "www.weatherbase.com". 2014-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Джубга". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Твёрдый А. В. Джубга // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 119. — ISBN 978-5-89564-044-9.
  4. Твёрдый А. В. Джубга // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 119. — ISBN 978-5-89564-044-9.
  5. "База данных Всероссийской переписи населения 2002 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30. (#redundant_parameters); (#redundant_parameters)