Cuhudlar məhəlləsi (Bakı)

Yəhudi məhəlləsi
Ölkə Azərbaycan
Şəhər Bakı
Yerləşməsi Sabunçu rayonu
Tikilmə tarixi XX əsrin əvvəlləri

Yəhudi məhəlləsi və ya Cuhudlar məhəlləsiBakının Sabunçu rayonunda yerləşən məhəllə, Bəhruz Kəngərli küçəsinin ənənəvi adı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Məhəllənin salınması Rusiya imperiyası dövrünə, XX əsrin əvvəllərinə təsadüf edir.[1] Azərbaycanda neft bumu zamanı baş tutan "yəhudi köçü"ndə Bakıya gələn yəhudilər üçün salınmışdır.[2] Əhalisi ivritdilli idi. 1991–1992-ci illərdə SSRİ-nin süqutunun ardınca məhəllədəki yəhudi əhalisi kəskin səviyyədə azalmışdır. Azərbaycan yəhudilərinin əksəriyyəti iqtisadi problemlərə görə İsrailə, qismən də Rusiyaya kütləvi olaraq köçmüşdü.[1] Burada bir neçə yaşlı yəhudi yaşayır.[2] İndi məhəllədə əsasən məcburi köçkünlər, rayonlardan gələn kirayəçilərdir.[1] Memarlığı Bakının "Sovetski" və "Kubinka" məhələllərinə,[1] həmçinin İçərişəhərə oxşadılmışdır.[2] Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir.[1] Qəzalı vəziyyətdə olan evlər var.[2] Çoxu zərgərlik və xalçaçılıq ilə məşğul olurdu. Məhəllənin keçmiş sakinləri bəzən bura qohumlarının qəbirlərinə baş çəkməyə gəlirlər.[1] Məhəllə indiki dövrdə də bu adla tanınır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "“Cuhudlar” məhəlləsi - “Ən kasıbının evindən 1 kilo qızıl tapmaq olardı”". Toplum TV. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  2. 1 2 3 4 "Bakının "Yəhudi məhəlləsi" sakinləri evlərinin şəraiti ilə bağlı şikayətlərinə reaksiya verilmədiyindən gileylənirlər". VOA. 6 fev 2023. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  3. https://ann.az/az/sabuncunun-yehudi-mehellesi-fotolar/