Yəhudi məhəlləsi
| |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşməsi | Sabunçu rayonu |
Tikilmə tarixi | XX əsrin əvvəlləri |
Yəhudi məhəlləsi və ya Cuhudlar məhəlləsi — Bakının Sabunçu rayonunda yerləşən məhəllə, Bəhruz Kəngərli küçəsinin ənənəvi adı.
Məhəllənin salınması Rusiya imperiyası dövrünə, XX əsrin əvvəllərinə təsadüf edir.[1] Azərbaycanda neft bumu zamanı baş tutan "yəhudi köçü"ndə Bakıya gələn yəhudilər üçün salınmışdır.[2] Əhalisi ivritdilli idi. 1991–1992-ci illərdə SSRİ-nin süqutunun ardınca məhəllədəki yəhudi əhalisi kəskin səviyyədə azalmışdır. Azərbaycan yəhudilərinin əksəriyyəti iqtisadi problemlərə görə İsrailə, qismən də Rusiyaya kütləvi olaraq köçmüşdü.[1] Burada bir neçə yaşlı yəhudi yaşayır.[2] İndi məhəllədə əsasən məcburi köçkünlər, rayonlardan gələn kirayəçilərdir.[1] Memarlığı Bakının "Sovetski" və "Kubinka" məhələllərinə,[1] həmçinin İçərişəhərə oxşadılmışdır.[2] Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir.[1] Qəzalı vəziyyətdə olan evlər var.[2] Çoxu zərgərlik və xalçaçılıq ilə məşğul olurdu. Məhəllənin keçmiş sakinləri bəzən bura qohumlarının qəbirlərinə baş çəkməyə gəlirlər.[1] Məhəllə indiki dövrdə də bu adla tanınır.[3]