Culfa (peşə)

Bu məqalə Culfa (peşə) haqqındadır. Digər mənalar üçün Culfa səhifəsinə baxın.

CulfaƏl hanasında pambıq parça toxuyan şəxs, toxucu.[1]

Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub.

Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".

Mirzə Ələkbər Sabir "Çatlayir,Xanbaci,qəmdən ürəyim!" adlı şeirində yazırdı:

"Atam əllaf, babam dülgər idi,
Qardaşım culfa, əmim kargər idi."[2]