Culi O Kallaxan

Culi O Kallaxan (ing. Julie O'Callaghan, 1954, ABŞ) ― İrlandiyada yaşayan ABŞ şairi.

Culi O'Kallaqan
Doğum tarixi 1954
Doğum yeri
Fəaliyyəti şair, yazıçı

Çikaqoda anadan olmuş Culi o Kallaxan 1974-cü ilin iyul ayında Dublin Trinti Kollecində bir il təhsil almaq üçün İrlandiyaya gəlib. O, diplomunu tərk edərək kollecin kitabxanasında işləməyə başlamış və daimi olaraq İrlandiyaya köçmüşdür.[1] Kallaxan 1985-ci ildə 2012-ci ildə vəfat edən şair Dennis O Driskoll evlənib. [2]

Kallaxanın ilk kitabı olan "Yüngül lətifələr" 1983-cü ildə çap olunub.[mənbə göstərin] Kitab Britaniya Şairlər Birliyinin təqdimatı ilə işıq üzü görmüş və bu fakt onun özünü təsdiqində böyük rol oynamışdır. O vaxtdan Culinin böyüklər və uşaqlar üçün 5 kitabı işıq üzü görüb. Müəllif 20 yaşında ABŞ-ni tərk etsə də, özünü amerika şairi hesab edir.[mənbə göstərin]

2021-ci ildə onun "The Net" şeiri İrlandiya Müstəqil qəzeti tərəfindən işıqlandırılıb.

  1. James Bennett, Anyone who calls themselves a poet is not a poet – Julie O’Callaghan Arxivləşdirilib 2021-09-21 at the Wayback Machine, Trinity News, November 5, 2014.
  2. Contemporary Poets. St. James Press. 1991. səh. 715. ISBN 978-1-55862-035-3.