Culiya Tersi (it. Giulia Terzi; 14 avqust 1995[1], Milan[2]) — beynəlxalq səviyyəli yarışlarda iştirak edən İtaliya paraüzgüçüsü.
Culiya Tersi | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 14 avqust 1995[1] (29 yaş) |
Doğum yeri | |
İdman növü | paraüzgüçülük |
Vikianbarda əlaqəli mediafayllar |
Culiya Tersi 14 avqust 1995-ci ildə Milanda anadan olub. Dörd yaşı olarkən ona anadangəlmə skolioz diaqnozu qoyulub.[3] Tersi gənclik illərində gimnastika ilə məşğul olmuşdur. Lakin fiziki qüsuru daha da ağırlaşdığına və sol ayağı ilə əlində problem yarandığına görə paraüzgüçülüyə keçmişdir.
O, çıxdığı ilk beynəlxalq yarışda – 2019-cu ildə Londonda keçirilən paraüzgüçülük üzrə dünya çempionatında üç medal qazanmışdır.[4][5]
2020-ci il Yay Paralimpiya Oyunlarında qadınlar arasında 4×50 qarışıq sərbəst üzgüçülük üzrə iştirak etmiş və gümüş medal qazanmışdır. Qadınlar arasında 50 metr məsafəyə batterflay üsulu ilə S7 üzgüçülük yarışlarında bürünc medala layiq görülmüşdür.[6]
20 dekabr 2021-ci ildə Romada idman sahəsindəki xidmətlərinə görə İtaliya Milli Olimpiya Komitəsinin qızıl nişanına layiq görülmüşdür.[7]