Skolioz

Skolioz (yun. σκολιός — "əyri", lat. scoliōsis) — onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müșahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistelərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetnəlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.

Skolioz
XBT-10 M41.
XBT-10-KM M41, M41.9
XBT-9 737
XBT-9-KM 737.43[1]
OMIM 181800
DiseasesDB 26545
MedlinePlus 001241
eMedicine med/618 orthoped/627pmr/293radio/627
MeSH D012600
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Skoliozda Cobb bucağının ölçülməsi

Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

  • Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.
  • Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
  • Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
  • Deformasiyanın qabarıq tərəfində "qabırğa donqarlığının" əmələ gəlməsi
  • Bir qol digərindən uzun görünür
  • Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Rentgenoqrammalara əsasən həkimlər skoliotik defornasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcyə bölürlər:

1-ci dərəcəli – 0–10° dərəcə

2-ci dərəcəli – 11–30° dərəcə

3-cü dərəcəli – 31–60° dərəcə

4-cü dərəcəli – >61° dərəcə

Skolioz 40⁰

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun Deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Skolioz Azərbaycanda

[redaktə | mənbəni redaktə et]
Qıç və qol uzantıları.

Azərbaycanda təxminən hər min nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Üstəlik bu xəstəlik adətən vaxtında təyin olunmur və insanın vücudu əyilir və donqarlıq əmələ gəlir. Skolioz deformasiyasının müalicəsi zamanı isitfadə olana müalicəvi idmanların, plastik materialdan hazırlanmış ortezlərin və cərrahi müalicənin elmi əsaslara dayanaraq faydası olduğu sübut olunmuşdur. Skolioz deformasiyası zamanı konservativ müalicəyaə tabe olmayan və əyrilik dərəcəsi 40 dərəcdən yuxarı olan onurğa deformasiyaları cərrahi müalicə tətbiq olunur. Öncədən bu deformasiyalara görə ölkə xaricində müalicə və əmaliyytalar aparılırdısa son zamanda irəli dərəcəli onurğa deformasiyaları ölkədə xaricdə təhsil almış ortoped-onurğa cərrahları tərəfindən uğurla icra edilməkdədir. Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.[2]

Simptomları azaltmaq üçün olan idman hərəkətləri

[redaktə | mənbəni redaktə et]
  • Onurganın dayanıqlılığını artırmaq
  • Əzələləri gücləndirmək
  • Elastikliyi artırmaq

Hər hərəkətdə beşə qədər sayılmalı, günde 2 dəfə hər biri 10 dəfə olmaqla edilməli.

1.hərəkət

Üst gövdə ekstensiyası (uzatması): Qarını yastıqla dəstəkləyin. Əlləri arxada birləşdirin ve gövdənizin üst qismini yerdən qaldırın.

2.hərəkət

Qol-ayaq ekstensiyası: Sağ qolunuzu ve sol ayağınızı qaldırın. Boynunuzu bükməyin. Daha sonra diger qol ve ayaq üçün hereketi tekrarlayın.

3.hərəkət

Orta döş rotasiyası (döndürmə) : Hər iki yanda uzana bildiyiniz qədər uzanın, sinəni yerə yaxın tutun.

4.hərəkət

Torakolumbar (döş ve beldən) yana əyilmə: Başınızın üzərindən sağ qolunuzda sola doğru gərginlik hissedənə qədər uzadın. Digər tərəf üçün təkrarlayın.

5.hərəkət

Üst trapes gərilmə hərəkəti: Yavaşca başınızın sağ tərəfindən tutun, digər əlinizi belinizə doğru uzadın. Yüngül bir gərginlik hissedənə qədər başınızı əyin. Digər tərəf üçün təkrarlayın.

6.hərəkət

Levator skapula gərilmə hərəkəti: Sol əli eyni tərəf kürək sümüyünə aparın. Digər əl ilə başı önə doğru yavaşca əyərək gərginləşdirin. Digər tərəf üçün təkrarlayın.

7.hərəkət

Hamstring gərilmə hərəkəti: Sağ ayaq düz ikən digər ayağı qasığa doğru qıvırın. Qalça arxasında gərginlik hissedənə qədər önə doğru əyilin. Beli düz tutun. Digər tərəf üçün təkrarlayın.

8.hərəkət

Skapular retraksiya (kürək sümüklərini geriyə çəkmə): Qollar yanda ikən her iki kürək sümüyünü birbirinə yaxınlaşdırın.

9.hərəkət

Servikal / torasik (boyun və bel) ekstensiya / rotasiya: Oturarkən gövdənizin digər tərəfinə sol qolunuzu uzadın və stulun arxasından tutun. Sağ çiyin üstündən baxın. Digər tərəf üçün təkrarlayın.

10.hərəkət

Torakolumber yana əyilmə: Sağ tərəfiniz üzərinə uzanın. Çanaq sümüyü kənarını yastıqla dəstəkləyin. Aşağıdaki qol ilə boyunu dəstəkləyin, yuxarıdakı qolunuz başınızın üzərində boş qalsın. Digər tərəf üçün təkrarlayın.

11.hərəkət

Lumber rotasiya: Ayaqlar və dizler birləşik, qollar iki yana açıq, dizlərinizi sola çevirin; bu anda başınızı gərginlik hissedənə qədər digər tərəfə çevirin. Digər tərəf üçün təkrarlayın.

  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. Skolioz [ölü keçid]