Cullen drupaceum

Cullen drupaceum (lat. Cullen drupaceum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin cullen cinsinə aid bitki növü.

Cullen drupaceum
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı olub, hündürlüyü 40-150 sm, yuxarı hissəsi budaqlanan, azca qabırğalı, sadə, sıx tükcüklü və metalabənzər nöqtələr şəklində olan tükcüklərdən ibarətdir. Yarpaqları sadə və ya üç hissədən ibarət qovuşuq, yarpaq lövhələri demək olar ki, dairəvi, kənarları irioyuqlu dişli, əsası isə bütövkənarlı olub, uzunluğu 1,5-5 sm, eni isə 2-5 sm, aşağı hissəsi isə sıx tükcüklüdür. Saplağı 0,5-1(4) sm-dir. Yalançı zoğları xətti-neştərşəkilli, itiuclu və tükcüklüdür. Çiçəyin uzunluğu 4-7 sm, çoxçiçəkli olmaqla, sünbül çiçək qrupunda cəmlənmişdir. Çiçək altlığının uzunluğu 2,5-3 mm, metalabənzər tükcüklü, yumurtavari və itiucludur. Kasacığı zəngşəkilli və 5-yarpaqlıdır. Çiçək tacı kəpənəkçiçəkli və ağımtıl-bənövşəyi rənglidir. Meyvəsi təktoxumlu, sıx xovlu tükcüklü, ağımtıl-qonur rəngli paxlameyvədir.

Başlıca olaraq, meşə, dağətəyi, ön və aşağı dağlıq zonalarının pöhrəliklərində daha çox rast gəlinir.

Tibbdə istifadə etmək üçün paxla meyvəsini iyun-avqust aylarında toplamaq lazımdır. Əsasən zirvəsində olan paxla meyvələri toplamaqla günəş altında tədricən qurutmaq lazımdır. Meyvənin toplanılması zamanı dəri yanıqlarının qarşısını almaq üçün əlcəkdən istifadə edilməlidir.

Qabığında furokumarinlər, gövdə və yarpaqlarında isə az öyrənilən steroid birləşmələr olan drupaçin və drupanin maddələri tapılmışdır.

Havası dəyişilən quru anbarlarda saxlanılmalıdır. Saxlama müddəti 3 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Fotosensiblizasiyaedici dərmandır. Furokumarinlər ultrabənövşəyi şüanın təsiri ilə dəridə olan melanin piqmentini stimullaşdırır. Bundan başqa sonsuzluq və piylənmələrin müalicəsində tətbiq edilir. Bitkinin meyvəsinin tərkibində psoralen və izopsoralen preparları vardır. Fotosensiblizasiyaedici maddə kimi 0,01 q həbi, xaricə 0,1% məhlulu (70% spirtlə çıxarış) vitiliqo və allopesiyalarda təyin edilir.

Forokumarin maddələr (psoralen və izopsoralen) ən azı 0,9%, rütubət 10%, kül 8%, inkişaf etməyən və onun hissəciklər 5%, gövdə, yarpaq və çiçək hissəciklər 10%, üzvi birləşmələr 4%, mineral birləşmələr isə 2%-dir.