Cunda

Cunda (türk. Alibey Adası, Cunda, yun. Μοσχονήσι Moshonisi, Εκατόνησα Hekatonisa)[1][2]Türkiyənin qərbində ada. Ada Egey dənizində, Edremit körfəzinin cənub-qərbində yerləşir. Ada Ayvalık ilçəsinin yaxınlığındadır. Cunda Mosko adalar qrupunun ən böyüyüdür. Eləcə də, Egey dənizində olan adaların içərisində sahəsinə görə dördüncüdür. Adanı Yunanıstanın Lesbos adasından 16 km-lik məsafə ayırır.

Cunda
türk. Cunda və ya Alibey
Ümumi məlumatlar
Sahəsi 23 km²
Hündür nöqtəsi 187 m
Əhalisi 3.321 nəfər
Yerləşməsi
39°21′38″ şm. e. 26°38′34″ ş. u.HGYO
Ölkə  Türkiyə
Arxipelaq
Akvatoriya
Cunda xəritədə
Cunda
Cunda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sahəsi 23 km² olan Cunda adası şərqdəki Patrica limanı vasitəsilə iki hissəyə bölünür. Bu iki hissəni nazik bərzəx birləşdirir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi cənubda yerləşir — Alibey dağı (187 m). Şimaldakı Aktepe dağının hündürülüyü 150 metrdir. Adanın cənubunda eyni adlı şəhər yerləşir. Ada Ayvalık limanını şimaldan qoruyan təbii bənd funksiyasını yerinə yetirir. Ümumi arxipelaqdakı adalar arasındakı boğazlar ensiz olduğuna görə gəmilərin hərəkəti üçün çətinlik yaradır. Ada və Ayvalık şəhəri Dolap adası da daxil olmaqla birləşdirilib.[3] Körpü Türkiyənin ilk boğaz körpüsü olub 1964-cü ildə inşa edilmişdir. İnzibati baxımdan ada Ayvalık ilçəsinə, Balıkəsir ilinə aiddir.

2023-cü ildən Cunda adası qorunan ərazi elan olunmuşdur.[4] HarvardKoç universitetlərinin «Osmalı Türkçesi Yaz Okulu» 1997-ci ildən bu adada həyata keçirilir.

Osmanlı imperiyasının 1881-1893-cü illərdə həyata keçirmiş əhalinin siyahıya almasına görə Cunda adasının əhalisi 4671 nəfər olmuşdur. Bunun 4417 nəfəri yunan, 89 nəfər türk, 165 nəfər isə xarici vətandaş olmuşdur.[5] Müasir dövrdə ada əhalisinin sayı 3321 nəfərdir.

Əhalinin əsas gəlir mənbəyi turizmdir. Əlavə olaraq adada zeytunçuluqbalıqçılıq da geniş yayılmışdır.

  1. Cansever, Meltem (2003). Nil Yüzbaşıoğlu, Burçin Ünlü (Ed.). Türkiye Gezi Kitaplığı - Ayvalık-Altınoluk. Boyut Yayınları. s. 22. ISBN 975-521-690-1.
  2. Шлиман, Генрих. Троя (rus). Litres. 2011-09-22. ISBN 978-5-457-04618-4.
  3. Айвалик  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  4. "Cunda Adası ile ilgili karar Resmi Gazete'de yayımlandı - 13.04.2023, Sputnik Türkiye". web.archive.org. 2023-04-13. Archived from the original on 2023-04-13. İstifadə tarixi: 2024-05-30.
  5. Kemal Karpat (1985), Ottoman Population, 1830-1914, Demographic and Social Characteristics Arxivləşdirilib 2019-10-10 at the Wayback Machine, The University of Wisconsin Press, p. 130-131