Curoku Rakan İva (十六羅漢岩?, azərb. On altı rakan qayası) – Yaponiyanın Yamaqata prefekturasının Yuza qəsəbəsində yerləşən abidə. Abidə vulkanik qayalıqda oyulmuş rakanların (buddizmdə nirvanaya çatmış şəxs) təsvirlərindən ibarətdir.
Abidə Kayzen məbədindən olan zen buddist keşişi İşikava Kankay tərəfindən 1864–1868-ci illərdə hazırlanmışdır. Abidənin adı "16 rakan qayası" olsa da, əslində burada ümumilikdə 22 daş fiqur yerləşir: 16 rakanla yanaşı, Şakyamuni, Mancuşri, Fuqen və arvadı, Avalokiteşvara və Şarira fiqurları da abidəyə daxildir. Abidə dənizdə ölmüş balıqçıların xatirəsinə hazırlanmışdır. Bu abidədəki "mühafizəçilərin" okeana yelkən açan dənizçiləri qoruduğuna inanılır.[1]
Abidə "Yaponiyanın 100 balıqçılıq kəndi irsi yeri" siyahısına daxil edilmişdir. Hər il abidə üçün xatirə festivalı keçirilir və gecə fiqurlar işıqlandırılır.[2]