Cuzeppe Pankaro

Cüzeppe Pankoro (it. Giuseppe Pancaro; 26 avqust 1971-ci il, Kozensa, İtaliya) — keçmiş İtaliya futbolçusu, müdafiəçi.

Cüzeppe Pankaro
it. Giuseppe Pancaro
Ümumi məlumatlar
Doğum tarixi (53 yaş)
Doğum yeri Kozentsa, İtaliya
Vətəndaşlığı İtaliya İtaliya
Boyu 186 sm
Çəkisi 84 kq
Mövqeyi sağ müdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1988—1989 İtaliya Akri 29 (0)
1989—1992 İtaliya Torino 0 (0)
1991—1992  İtaliya Avessano 32 (2)
1992—1997 İtaliya Kalyari 99 (5)
1997—2003 İtaliya Latsio 152 (5)
2003—2005 İtaliya Milan 39 (2)
2005—2006 İtaliya Fiorentina 18 (0)
2006—2007 İtaliya Torino 10 (0)
Milli yığma[* 2]
1999—2005 İtaliya İtaliya 19 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pankaronun karyerası beş titullu klubda çıxışından ibarətdir - "Torino" (1989-91, 2006-07), "Kalyari" (1992, 97) "Latsio" (1997-2003), "Milan" (2003-05) və "Fiorentina" (2005-06). Lakin o, yalnız Roma və Milanda titul qazanıb. Karyerasının zirvə nöqtəsi şübhəsiz ki, paytaxtdakı dövrünə təsadüf edir. 2000-ci ildə "canavarlar"ın "skudetto"nu qazanmasında Cuzeppenin rolu çox böyük idi. Həmin mövsümdə 28 oyunda meydana çıxan müdafiəçi rəqib qapılarına 3 dəfə yol tapa da bilmişdi.

2006/07-ci illər mövsümü

[redaktə | mənbəni redaktə et]

Pankaro "Torino"da çıxış edərkən, demək olar ki, oyun praktikasından məhrum idi və cəmi 10 matç keçirmişdi. Özü də onun sonuncu görüşü fevralın 24-də fiasko ilə nətigələnən "Kyevo" ilə səfər qarşılaşması olub.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

İtaliya çempionu (2000, 2004), ölkə kuboku (1998, 2000) və Superkubokunun sahibi (1998, 2000, 2004), Kuboklar Kuboku (1999), Avropa Superkubokunun qalibi (1999, 2003).