Torino FK (it. Torino Football Club 1906) — İtaliyanın Turin şəhərini təmsil edən futbol klubu.
Torino | ||||
---|---|---|---|---|
Torino Football Club | ||||
Klubun tam adı | Torino Futbol Klubu | |||
Ölkə | İtaliya | |||
Ləqəb(lər) |
Öküzlər Bənövşəyilər |
|||
Yaranma tarixi | 3 dekabr 1906 | |||
Stadionu | Turin Olimpiya stadionu | |||
Tutumu | 27,958 | |||
Sahibi | Urbano Kayro | |||
Baş məşqçisi | Ivan Jurić | |||
Kapitanı | Andrea Belotti | |||
Liqa | İtaliya A Seriyası | |||
2022–23 | 10 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
3 dekabr 1906-cı ildə Yuventusun bəzi oyunçuları yeni klub açaraq adını Torino qoydular. Klub Milanın İnter klubunun yeniyetmələr komandasının və Torineze Komandasının bazasında yaradılmışdır. Klub ilk dəfə 1927-ci ildə İtaliya çempionu olmuşdur.
40-cı illərin ikinci yarısında Torinoya, İtaliya futbolunun əsas oyunçuları yığıldı. O zaman komandanın kapitanı Valentino Matsola idi. 1943-cü ildən başlayaraq komanda 5 il Skudettonu heç kimə vermədi. Növbəti dəfə komanda 1975-ci ildə Çempionluq ugrunda oynamaga başladı və 1976-cı ildə çempion oldu. Növbəti mövsüm isə ikinci yeri tutdu. 1992-ci ildə klub UEFA kubokunun finalına çıxdı.
4 may 1949-cu ildə Lissabon-dan İtaliyaya uçan "FIAT G-121CP" təyyarəsi Superqa yaxınlıgında qəzaya ugradı, sərnişinlərin hamısı həlak oldu. Bu təyyarə Benfika klubuyla oyundan geri qayıdırdı. Bu qəzada Torino klubunun bütün üzvləri həlak oldu.
Dvizion | Mövsumlərin sayı | Debut | Sonuncu mövsum |
---|---|---|---|
A | 84 | 1906–1907 | 2008–2009 |
B | 10 | 1959–1960 | 2010–2011 |