Cyrebia lacernaria (lat. Cyrebia lacernaria) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin cyrebia cinsinə aid heyvan növü.
Cyrebia lacernaria | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Cyrebia lacernaria |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Qanadları açılmış halda 20–22 mm-dir. Ön qanadları xeyli enlidir, onların forması sovkalar üçün səciyyəvi deyil. Qanadların yuxarı kənarı açıq-bozdur, cərgə ilə düzülmüş gümüşü rəngdə tutqun nöqtələr vardır. Qanadların rəngi dalğalı xaranı xatırladır. Qəhvəyi-qonur fon üzərində açıq rəngli, eninə istiqamətdə 5 əyri və nazik sarğı gedir. Arxa qanadlar da dalğalı cizgilidir.
Avropanın cənubi-qərbi, Türkiyə, Kiçik Asiya, Fələstin, Yunanıstan, İspaniya ərazisində yayılırlar. Azərbaycanda isə yalnız Naxçıvan Muxtar Respublikasında və Talışın dağ-səhra ərazisində təsadüf edilir.
Dağətəyi və dağlıq ərazilərin kserofit biotoplarında yaşayır. Biologiyası ətraflı öyrənilməmişdir. Kəpənəyi mayda, iyunda və sentyabrda uçur. Tırtılı iyulda bozaqgül bitkisi üzərində yaşayır.
Azsaylıdır, cəmi 3 kəpənəyi tutulmuşdur.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.