D'Antrkasto boğazı (ing. D'Entrecasteaux Channel) — Tasmaniya adasının cənub-şərqində, Bruni adası ilə Tasmaniya adaları arasında yerləşir. Bruni adası kimi boğazda fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkastonun şərəfinə adlandırılmışdır[1].
D'Antrkasto boğazı | |
---|---|
ing. D'Entrecasteaux Channel | |
Ümumi məlumatlar | |
Eni | 1 - 10 km |
Uzunluğu | 55 km |
Yerləşməsi | |
43°13′ c. e. 147°17′ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Akvatoriyası | |
Ayırır | Tasmaniya adasını Bryuni adasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Holladiyalı səyyah Abel Tasman özünün 1642-ci ildə həyata keçirdiyi ekspedisiyası zamanı boğaza daxil olsa da onu körfəz zənn etmişdir. Boğaz 1792-cı ildə fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkasto tərəfindən daha ətraflı araşdırılır[1].
Boğazın şimalında Deruent və Storm çaylarının töküldüyü yerdə estuari əmələ gətirir. Cənub qurtaracağında Xuyon çayının estuarisi vardır və buradan isə Tasman dənizinə çıxır[1][2]. Boğazın uzunluğu 55 km təşkil edir[1].
D'Antrkasto boğazında bir çox adalar vardır: Partridj, Hyuon, Satellayt, Grin, Skeyk və s.
Hyuon çayının estuarisində bir sıra yaşayış məntəqələri vardır. Bunlara misal kimi Snaq, Marqret,Ketterinq, Vudbridj, Midlton və Qordon[3] məntəqələrini göstərmək olar. Yaşayış məntəqələrinin böyük qisni magistral yolun üzərində yerləşir və sahil xətti boyunca uzanır. Ketterinqdən Bruni adasının şimalına bərə fəaliyyət göstərir.[4]. Qordonda boğazın sahilində D'Antrkastonun şərəfinə 1938-ci ilin fevralında manument açılmışdır[5].
Boğazın şərq hissəsində Bruni adası sahillərində Alonna və Lunavanna qəsəbələri vardır.
Hyuon estuarisinin qərb sahillərində Dover (Port Esperans buxtasında) və Sautport qəsəbələri yerləşir. Dover və Sautport arasında avtomobil yolu keçir. Bu yolun davamı olaraq Huyonvill və Hobarta qədər uzanır.
Boğaz balıqçılar üçün məşhur balıq ovu yeri kimi tanınır. Onun sularında Treska, Atlantik qızılbalığı, Farel, Çapaq, Şuka, Okun, bundan başqa Kefallar kimi balıqların bir sıra növlərinə rast gəlinir. Bəzən boğaz sularına Avstraliya kunya akulası daxil olur. Üstəlik burada Kalmarlara da rast gəlinir.[6].