Dördölçülü ağcaqayın

Dördölçülü ağcaqayın — Çində, Tibetdə, Neapolda, Hindistanda təbii yayılmışdır.

Dördölçülü ağcaqayın
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Acer stachyophyllum Hiern

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 7–12 m-ə çatan, hamar, tünd qonur qabıqlı, sarı-qəhvəyi rəngdə sürüşkən yarpaqlı ağacdır. Budaqları nazik, çılpaq və yüngül, al qırmızı və ya yaşıldlr. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, uzunluğu 6–8 sm, eni 4–5 sm, bünövrəsi yumru və ya təxminən qısa, ucu iti, qeyri-bərabərdir. Dişləri iti, üstü tünd yaşıl, bəzən tükcüklü, zərifdir, köhnə tükcükləri asanlıqla ayrılır. Alt tərəfi açıq yaşıl, zərif və bəzən bozumtul tükcüklüdür, qocaldıqda tükcükləri tökülür. Çiçəkləri sarı-yaşıl, bircinsli, ikievli, tükcüksüz və nazik salxımlardadır. Erkək çiçəkləri qısa salxımlı, saplaqlıdır. Çiçək saplağının uzunluğu 1–1,5 sm, dişi çiçəklərin uzunluğu 4–5 sm-dir. Onlar qısa budaqların uclarında əmələ gəlir. Kasayarpaqları 4 yuvalı, yumurtavari-uzunsov, çox vaxt çiçəkdən çıxandır. Tozluqları enli-ellipsvari, sarı, qanadları al qırmızıdır. Cavan olduqda zərif, sarı-qonur, yaşlandıqda çox vaxt 5–10 hissəli, nazik və sallaq salxım əmələ gətirir. Qozaları uzun, bünövrəsi bir az ensiz, oval, çoxsaylı damarcıqlıdır. Düz bucaq altında yerləşir. Çiçəkləmə dövrü aprelin axırlarından mayın əvvəlinədək davam edir, meyvəsi sentyabrda yetişir.

Dəniz səviyyəsindən 1400–3300 m hündürlükdə yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakıda, Gəncədə, Qalaltında mədəni şəraitdə becərilir.

Yol kənarlarının yaşıllaşdırılmasında, tək əkinlərdə istifadəsi məqsədəuyğundur.

  • Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.