Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir.[1] İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.[2]
Dördüncü Cenevrə Konvensiyası | |
---|---|
ing. The Geneva Convention relative to the Protection of Civilian Persons in Time of War | |
| |
İmzalanma tarixi | 12 avqust 1949 |
İmzalanma yeri | Cenevrə, İsveçrə |
Tərəflər | Siyahı |
Dili | çex dili |
Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir.[3] "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir.[4][5] 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatana qədər isə qarşılıqlılıq norması silahlı münaqişədə davranış üçün əsas verirdi.[6]
1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Baş katibin və Ekspertlər Komissiyasının hesabatını qəbul etmişdir. Həmin sənədə əsasən Cenevrə Konvensiyalarının müddəaları beynəlxalq adət hüquq normaları kimi tanınmış və beləliklə, silahlı münaqişələrdə iştirak etdikləri halda həmin Konvensiyaları imzalamayan dövlətlər üçün də məcburi olmuşdur.[7]
I–IV CK və I–III P-ların tərəfləri | I–IV CK və I–II P-ların tərəfləri |
I–IV CK və I və III P-ların tərəfləri | I–IV CK və I P-un tərəfləri |
I–IV CK və III P-un tərəfləri | yalnız I–IV CK-nın tərəfləri |
Konvensiyanın 2-ci maddəsinə əsasən, onu imzalayan tərəflər həm müharibə, həm müharibənin elan olunmadığı silahlı münaqişələr, həm də başqa ölkənin ərazisinin işğalı zamanı konvensiyaya tabedirlər.
47—78-ci maddələr işğalçı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur. Belə ki, işğal edilmiş ərazinin sakinlərinin ümumi rifahına dair çoxsaylı müddəalarda olduğu kimi, işğalçı tərəf müdafiə olunan şəxsləri zorla deportasiya edə, yaxud öz mülki əhalisinin bir hissəsini işğal olunmuş əraziyə deportasiya edə və ya köçürə bilməz. Buradakı "deportasiya" ifadəsi adətən əcnəbilərin ölkədən çıxarılması kimi başa düşülür; vətəndaşların ölkədən çıxarılması isə "ekstradisiya" və ya "sürgün" adlanır. Etnik qruplar deportasiyanın təsirinə məruz qalarsa, buna "əhalinin köçürülməsi" də deyilir. Bu halda "köçürmə" hərfi mənada bir yerdən başqa yerə köçmək mənasını ifadə edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatına görə "beynəlxalq humanitar hüquq (işğal edilmiş ərazilərdə) yaşayış məntəqələrinin salınmasını qadağan edir; çünki bu, əhalinin işğal olunmuş əraziyə köçürülməsinin bir formasıdır."[8]
51-ci maddəyə görə, işğalçı tərəf müdafiə olunan şəxsləri onun silahlı və ya yardımçı qüvvələrində xidmət etməyə məcbur edə bilməz. Könüllü əsgərliyi təmin etmək məqsədi daşıyan heç bir təzyiq və ya təbliğata icazə verilmir. İşğalçı dövlət müdafiə olunan şəxsləri on səkkiz yaşına çatmamış, eləcə də yalnız işğalçı ordunun ehtiyacları, yaxud ictimai işlər, qidalanma, sığınacaq və ya işğal olunmuş ölkənin əhalisinin geyimi, daşınması və ya sağlamlığı üçün zəruri olan işlərdə işləməyə məcbur edə bilməz.