Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) — Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.[1]
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 6 yanvar 2021 |
Tabelik | İqtisadiyyat Nazirliyi |
|
|
Rəsmi saytı | 4sim.gov.az |
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirən publik hüquqi şəxsdir.[1]
Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir və 5 üzvdən ibarətdir.[1][2]
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2021-ci ilin 1 aprel tarixindən Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə də ev sahibliyi edir.
Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. [3]
Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəzdir.
Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi 3 əsas platforma üzrə fəaliyyət göstərir. Mərkəz ölkəmizdə "Süni İntellekt və Maşın öyrənməsi", "Əşyaların İnterneti və Şəhər Transformasiyası" və "Rəqəmsal Ticarət" platformaları üzrə təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.