Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu) — Hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət toplantı.[3]
Dünya İqtisadi Forumu WEF | |
---|---|
World Economic Forum | |
Yaranma tarixi | yanvar 1971, 1971[1] |
Qurucusu | |
Üzvləri |
|
weforum.org es.weforum.org cn.weforum.org jp.weforum.org |
|
Vikianbarda əlaqəli mediafayllar |
Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb.[4] Klaus Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən forum Dünya İqtisadi Forumu (DİF) adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında — potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.[5]
İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.[6]
Azərbaycan Prezidenti Heydər Əliyev Davos İqtisadi Forumunda: 27–31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib. O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".
2000-ci ildə Davosda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda olan sessiyada Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi -Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişin Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib.
Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Heydər Əliyev Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək bunu Dağlıq Qarabağın timsalında izah edib: "… Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən on altı min kvadrat kilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir…"
2007-ci ildə Davos forumu "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında keçirilib. 25 yanvar 2007-ci ildə Davos forumu çərçivəsində "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda keçirilən iclasda Klaus Şvab Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.
2008-ci ildə foruma dəvət olunan bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər və danışıqlar aparılıb. Forum çərçivəsində təşkil olunan "Energetika sənayesində günəş enerjisinin rolu" mövzusunda iclas keçirilib. İclasda iqlim dəyişikliyinə təsir göstərən amillərin aradan qaldırılmasının, atmosferə buraxılan karbon qazının azaldılmasının, gələcəkdə enerji sahəsində səmərəli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
28 yanvar — 2 fevral 2009-cu il tarixdə Davos şəhərində 39-cu növbəti Dünya İqtisadi Forumu keçirilib, müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın əsas problemlərinin müzakirəsi və həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri diqqət mərkəzində olub. İqtisadi forum çərçivəsində "Böyük oyun təkrarlanır" mövzusunda keçirilən iclasda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İranın xarici işlər naziri Mənüçöhr Mottəki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Burada Azərbaycanla Avropa İttifaqı arasında işbirliyi, bölgədə təhlükəsizliyin təmin olunması, Nabukko layihəsinin gələcəyi, Türkiyə-Ermənistan münasibətləri, Ermənistan ilə Azərbaycan arasında münaqişə, İpək yolu layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi məsələləri müzakirə olunub. İlham Əliyev Davos forumunun "Neft-qaz siyasəti — xəritə dəyişikliyi" mövzusunda iclasında da iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Avropa İttifaqının və dünyanın aparıcı ENİ, Total, Ekson/Mobil, Statoil-Hydro şirkətlərinin nümayəndələrinin iştirak etdiyi iclasda neft hasilatının tənzimlənməsi, neft-qaz şirkətlərinin Rusiya və Yaxın Şərqdə artan maraqları, OPEK və qaz üçlüyünün maraqları, yaxın gələcəkdə enerji sahəsində nə kimi dəyişikliklərin baş verə biləcəyi məsələləri diqqət mərkəzində olub.
27–28 yanvar 2010-cu il tarixdə növbəti dəfə Davos forumu keçirilib. Forum çərçivəsində "Neft-qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda sammit keçirilib, burada Sloveniya Prezidenti Danilo Türk, Latviya Prezidenti Valdis Zatlers, İsveçrə Prezidenti Doris Loyhard, Polşa Prezidenti Lex Kaçinski, Azərbaycan prezidenti İlham Əliyev tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparıblar.[7]
Forum Davosda illik toplantısı ilə tanınsa da, onun üzvləri il ərzində daha kiçik görüşlərə də ev sahibliyi edir və dünyanın ən aktual problemlərindən bəzilərinin real həllinə kömək etmək üçün fəal şəkildə tədqiqatlarla məşğul olurlar. Forum və onun üzvləri üçün xidmət edən 1000-dən çox ekspertdən ibarət 40-dan çox Qlobal Gələcək Şuralar yaradılmışdır. Forum həmçinin məişət zorakılığı ilə mübarizədən tutmuş davamlı kənd təsərrüfatının inkişafına qədər müxtəlif sahələr üzrə 50 layihəni asanlaşdırır.
Görüşlər həmişə söhbətdən çox olub və onlar yaxşılığa doğru dəyişikliklər üçün həll yolları təklif ediblər. Əlli illik tarixində Forum 1988-ci ildə Türkiyə və Yunanıstan arasında müharibənin qarşısını almağa kömək etdi, 700 milyondan çox uşağın peyvənd edilməsinə dəstək verdi. 1988-ci ildə Davosda edilən nitq soyuq müharibənin sona çatmasının başlanğıcı oldu. 1990-cı illərin Forumu Şərqi və Qərbi Almaniyanın iqtisadi birləşməsinə təkan verən görüşlər keçirdi. 1998-ci ildə iqtisadi islahatlarla bağlı müzakirələr G20-nin yaradılmasına səbəb oldu.[8]