Dörderkəkcikli yulğun (lat. Tamarix tetrandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü.
Dörderkəkcikli yulğun | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Dörderkəkcikli yulğun |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Cənubi və Şərqi Zaqafqaziya, Ukrayna, Moldova, Orta Asiya, Kopetdağ, Badxız, Pamir Alay, Türkiyə, İraq, İran və Əfqanıstanda təbii arealı vardır.
Təbiətdə hündürlüyü 6 m-ə qədər, ağac və ya kol şəklində olan oduncaqlı bitkilərdir. Gövdəsinin qabığı qara və ya tünd qonur rəngində olur. Bitkinin yarpaqları çox kiçilmiş və pulcuq halını almışdır. Çiçəkləri ikicinsli 4-5 üzvlü çiçək tacı ağ və ya çəhrayı rəngdədir. Erkəkciyi 4 ədəd olmaqla bölümlüdür. Çiçək tacı ilə eyni səviyyədə yerləşir və ya ondan azacıq uzundur. Aprel-may ayında çiçəkləyir. Meyvəsi iyul-avqust aylarında yetişir və qutucuq meyvədir.
Çay və kanal sahillərində rast gəlinir. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın nadir bitkisidir və arealı geniş deyildir. Abşeronun dənizsahili qumluqlarında, aran rayonlarında çay və kanalların kənarlarında qumlu dərələrdə, şoran və qumlu ərazilərdə, Araz sahillərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.