Azərbaycan Respublikası Prezidentinin 18.04.2001-ci il tarixli, 460 saylı fərmanı ilə Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilmiş və iki komitənin əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.
Dövlət Aerogeodeziya Müəssisəsi, Azərbaycan Respublikası Prezidentinin 06.09.2001-ci iı tarixli, 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərkibinə daxil edilmişdir.
Dövlət Aerogeodeziya müəssisəsi SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən 16 saylı müəssisənin varisidir.
Dövlət Aerogeodeziya müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərar və sərəncamlarına, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarına və bu Nizamnaməyə əsaslanır.
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsi geodeziya, topoqrafiya, kartoqrafiya, aerofotoplanalma və dəniz geodeziyası işlərini Azərbaycan Respublikasının «Geodeziya və Kartoqrafiya haqqında» qanununa əsasən həyata keçirən baş podratçı təşkilatdır.
Dövlət Aerogeodeziya müəssisəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona fəaliyyətinin nəticələri haqqında hesabat verir.
Dövlət Aerogeodeziya Müəssisəsi hüquqi şəxsdir.
Müəssisə aparatının və onun vahid sistemini təşkil edən şöbələrin saxlanılması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir.
Müəssisənin ünvanı: Bakı şəhəri, Atatürk pr.-70,